Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial > DSMF sədrinin müavini pensiyaların artımından danışdı
DSMF sədrinin müavini pensiyaların artımından danışdı |
«Pensiyaya çıxma yaşı 1 yanvar 2014-cü ildən kişilər üçün 63, qadınlar üçün 59 yaş yarım (59,5) olacaq. Pensiya hüququ qazanmaq üçün tələb olunan sosial sığorta stajı isə dəyişməyəcək». Bu barədə Dövlət Sosial Müdafiə Fondunun sədr müavini Elman Mehdiyev Milli Məclisdə çıxışı zamanı bildirib.
O deyib ki, pensiyaların baza hissəsinə 2014-cü ildə 1 milyard 518,5 milyon manat vəsait yönəldiləcək ki, bu da cari ildəkindən 160 milyon manat çoxdur: «Qeyd edilən məbləğin 1 milyard 474,1 milyon manatı bilavasitə pensiyaların baza hissəsinin, 44,4 milyon manatı isə «Əmək pensiyaları haqqında» Qanunun 19-cu maddəsi ilə müəyyənləşdirilmiş əlavələrin ödənişi üçün nəzərdə tutulur. Əmək pensiyalarının sığorta hissəsinin cari ilə nisbətən 11,2% və ya 128,4 milyon manat artacağı proqnozlaşdırılır. Bu artımın 27,7 milyon manatı pensiya məbləğlərinin 2014-cü ilin yanvarın 1-dən 3,3%-lik inflasiya səviyyəsinə uyğun indeksləşdirilmə xərclərinə, qalan hissəsi (100,7 milyon manat) isə xüsusi əlavələr alan (hərbi qulluqçular, xüsusi rütbəli şəxslər, dövlət qulluqçuları və s.) pensiyaçıların qulluq stajına görə əlavələrin artımına, eləcə də sistemə daxil olan və sistemdən çıxan pensiyaçıların pensiyaları arasındakı fərqin maliyyələşdirilməsinə yönəldəcəkdir. Bu artımlardan sonra pensiyaların orta aylıq məbləği 10,8% artaraq 183 manata, o cümlədən yaşa görə pensiya üzrə 11,9% artaraq 186 manata, əlilliyə görə pensiya üzrə 8,6% artaraq 132 manata, ailə başçısını itirməyə görə isə 10,4% artaraq 131 manata çatacaqdır». DSMF-nin sədr müavini bununla da son 10 il üzrə pensiyaların artım dinamikasına görə Azərbaycanın MDB-də qabaqcıl mövqeyini 2014-cü ildə də saxlayacağını deyib. Geri dön |