Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Türkün şanlı tarixi, DAVAMın yazıları > MƏHƏMMƏD Ə.S.-IN ULU BABASI IBRAHİM Ə.S. ŞUMER TÜRKÜDÜR
MƏHƏMMƏD Ə.S.-IN ULU BABASI IBRAHİM Ə.S. ŞUMER TÜRKÜDÜR |
“QÜREYŞ “ TAYFASI – UYĞUR TÜRKLƏRİNİN
“TÜREYŞİ” TAYFASI XƏTTİLƏDİR Əvvəlcədən qeyd edək ki, Allaha ibadət edənlərə görə dil mühim rol oynamır: sadəcə, ünsiyyət vasitəsi kimi qəbul edilir. Bəşəriyyətin ümumilikdə ulu babası Adəm və anası Həvvadır. Belə olan halda bütün insanların əcdadı bir mənbəyə söykənir. Dillər isə bir nöqtədən başlayan spiralvari olmaqla hər dolaqda fərqli tələffüzlər, sözlər vardır və xeyli sözlər də az dəyişmələrlə ortaq işlənməkdədir. Deməli, dil şəcərəsi də bir kökdən başlamaqla şaxələnmiş formada mövcuddur... “Tarix” deyəndə, şərqli insanlar da qərb alimlərinin apardıqları tədqiqat və araşdırmalar əsasında tərtib olunmuş kitablara istinadən xronologiyanı qəbul edir. Buradan belə bir sual doğur: Qərbin müəyyən dairələri Türk tarixinə qarşı qərəzli deyil ki? –Bəli, tarixə diqqətlə yanaşmada çox dəlillər meydana çıxır. Bu fikiri təsdiq etmək üçün qədim tarixi təkrar analiz etməklə, eyni zamanda din və “Peyğəmbərlər tarixi”nə də diqqət etmək zəruridir. Əsasən şəcərə ardıcıllığı ilə Peyğəmbərlər dövründə baş verən hadisələri ritual fikirlərdən bir qədər ayırmaqla elmi formada qəbul edək. Məlum olduğu kimi, İbrahim peyğəmbər qədim Babil hakimiyyəti dövründə yaşamış və atasının adı Azər olmuşdur. Qeyd edək ki, “Azərbaycan” da ərazi bildirən “Azurpaycan” sözündən olmaqla açması belədir: Azlar-Urlular-(şumerlərin Ur, Uruk şəhərləri) pay-ərazi-can-dövlət deməkdir... O dövrdə hakimiyyətdə olan Nəmrud Assur-Azur hökmdarı olaraq Mesapotomiyanı idarə edirdi. Həmin dövrdə tarixi tədqiqatların nəticəsindən məlumdur ki, Türk şumerlilər “Mixi yazısı”nı icad etməklə yazılı mədəniyyətə sahib olmuşlar, eyni zamanda elmi təffəkkürlə paralel bədii təfəkkür də inkişaf etmişdir. Buradan belə nəticə hasil olur ki, Babil, Mesapotomiya ərazilərində Şumer dili və mədəniyyəti geniş yayılmışdır. Hökmdar Aşşurbanipalın (əslində Azurbanipal) yaratdığı kitabxananın da fondunda olan gil lövhələrin, yəni kitabların əksəriyyəti şumerdilli məzmunda olmuşdur: “Ümumdünya daşqını” bu qəbildəndir... Hökmdarlar qanunlarını Mixi yazısı ilə yazdırmışlar. Buna misal Hammurapi qanunlarını göstərmək olar. Bu qanunlar qədim Türk dilinin arxaiq formasında yazılmış sözlərdir. Deməli, Babil hökmdarı Nəmrud da, o dövlətdə yaşayan Azərin ailəsi də şumerdilli-arrandilli insanlar olmuşlar. Corc Simit Mixi yazıları üzrə tədqiqat apararkən Azzurbanipal kitabxanasının Nineva xarabalığından gil lövhələrin qalanlarını da tapıb London muzeyinə aparır. Yazıları oxuyarkən məlum olur ki, “Tovrat”da bəhs edilən Nuhun tufanı “Gilqameş dastanı” ilə oxşardır və “Ümumdünya daşqını” əfsanəsi də Nuhun tufanı ilə eyni məzmundadır. Bu dəlillər də əsas verir ki, türkdilli şumerlər dördüncü peyğəmbər Nuhun dövründən təşəkkül tapmışlar... Məlum olduğu kimi, İbrahim peyğəmbər birinci dəfə əmisi Xarranın qızı Sara ilə, ikinci dəfə qibti krallarından birinin qızı olan Həcər ilə evlənmişdir. Həcərdən İsmayıl, Saradan isə İshaq adında iki oğlu olmuşdur. Məhəmməd peğəmbər də İbrahim peyğəmbərin ulu babası olduğunu bəyan etmiş və İsmayıl xəttilə ayrılıb şaxələndiklərini söyləmişdir. İsmayıl Məkkədə məskunlaşdıqdan sonra cürhümilərdən (ərəb qəbilli tayfa) Rale adlı qızla evlənmiş və sonradan Məkkəyə Mudad adlı ərəb sahiblik etmişdir. Beləliklə, İsmayıl peyğəmbərin anası qibti Həcər və evləndiyi qadın isə ərəb Rale olmaqla on iki oğlundan biri olan Heydərin üzündə Məhəmməd peyğəmbərin nuru olduğu söylənilir... Mətləbə qayıdaraq qısa şəkldə “ ərəb” sözünü təhlil edək: Ərəb, əslində Arab- “aramaq”, “açmaq” sözü mənasını bildirir. Mudadın başçılığı ilə keçirilən toplantıda tayfa ağsaqqaları şəhərin asaiş, mülki işlərini hər həftənin cümə günləri müzakirə edib tədbirlər qəbul edirmişlər və bu toplantını “Yevmül-Aruba” adlandırmışlar. Sonradan toplantı iştirakçıları da xalq arasında “Arablar- arayanlar” adlandırılmışlar. Ərəb dili Şumer, Qibti və Yəhudi dilindən sonra təşəkkül tapan, onların qarışığından əmələ gələn bir dildir. İsmayıl peyğəmbərdən sonra Məkkə ziyarətinə gələn müxtəlif ərazilərdən olan və dialekt, şivələrlə danışan insanlar şəhər ətrafınada daimi məskunlaşmaqla yeni bir qarışıq ünsiyyət vasitəsi- dil formalaşdırmışlar. Ona görə də qədim ərəb dili müasir ərəb dilindən kəskin fərqlidir... Qədim Ərəb dilində işlənən arxaiq türk sözlərinin çoxluğu da İbrahim və İsmayıl peyğəmbərdən gəlmədir. İndi Məhəmməd peyğəmbərin 11-ci babası Qüreyş haqqında araşdırma aparaq. Qurani-Kərimdə Məhəmməd peyğəmbər yəhudiləri “İsrayıl oğulları” deyərək təqdim edir. Bu cür adlandırmalar qədim dövrlərdə bir tayfanın başqa bir tayfanı təqdim etmək üçün tayfa başçısının adı ilə digər sıravi üzvlərini də hallandırmışlar. Burada ərazinin, müəyyən əlamətdar hadisələrin insana ad kimi verilməsi geniş formada yayılmışdır. Şumerlərin məlum olan iqtisadi-mədəni və hərbi baxımdan inkişaf etmiş iki böyük Ur və Uruk şəhərlərinin adları ilə bağlı Mesapotomiyada və qədim Misirdə çoxsaylı toponim, hidronimlər indiki dövrə qədər gəlib çatmışdır. Afrikanı Asiya ilə ayıran Qırmızı dənizin şərq sahilində yerləşən Sina, Tur dağları Misirlə Mesapotomiyanın qədim sərhədləri olmuşdur. Misirlilər Tur dağını belə adlandırmaqla, yəni “Tu-Ur”- şərq tərəfdəki Ur dövlətini nəzərdə tutmuşlar: burada yaşayan əhalini də “tuureyş”-turlular adlandırmışlar. “Assuriya” sözü də misirlilər tərəfindən verilən ad olmaqla “as” , şumerlilərdə “az”-azman cəsur-igid, “ur” ərazi, dövlət, xalq: şumerlilər ölkələrinə “Azuriya” deyərək səsləndirmişlər... Qeyd etiyimiz kimi ümumi tayfa adlarının şəxs adlarına çevrilməsi də tarixi xüsusiyyətilə ənənəvi halda yayılmışdır. İndiki Uyğur türklərinin keçmiş tayfa adı “Türeyşi” olmuş və sonradan “uyğur” adlanması Bilğə xan tərəfindən yaradılmış dövlətin adı ilə bağlıdır: “uyğur-uyuşan-ittifaq” deməkdir... Məhəmməd peyğəmbərin babası Qüreyşə verilən ad da təsadüfi deyil, həmin ad mənsub olduğu tayfa şəcərəsi ilə bağlıdır. Məhəmməd peyğəmbər deyəndə ki, mən o ərəblərdən deyiləm: yəni zaman-zaman tarixi proseslə bağlı ərəb dilini qəbul etmiş türeyşilərdən olduğunu vurğulamışdır... Məhəmməd peyğəmbərin “İslamı türklər qoruyacaq” deməsini də tarix bir daha təsdiq etdi... Mən bu məqalədə Məhəmməd peyğəmbəri türkləşdirmək niyyətində deyiləm və sadəcə, tarixi həqiqəti qısa şərhlərlə təqdim etdim. Bir həqiqət də inkaredilməzdir ki, ən qədim dil Türk dili olmuş, sonra Qipti dili, sonra da Yəhudu dili təşəkkül tapmışdır. Bəşər tarixinə bədii təfəkkürdə Füzuliyə, bütün elmlər sahəsində N. Tusiyə, kimya sahəsində Yusif Məmmədəliyevə, fizika sahəsində K. Kərimova, riyaziyyat sahəsində Lütfizadəyə bərabər dahilər meydana gəlməyib... Bu fikirlərin əksinə söz demək istəyən hər kəslə də dialoqa hazıram. Sonda Türk dilində bir xitabət tıqdim edirəm və Türk dilindən başqa heç bir dilin belə ifadələr əhatə etmək qüdrəti yoxdur. Bir olan Allaha səcdə edirik, Onun hikmətini sizə deyirik! Salam olsun bütün peyğəmbərlərə, Allah kəlamını deyən bizlərə! Allah söz adlanan vasitə ilə Buyurdu bəşərə, söylədi belə: 1. Ey insan , torpaqdan xəlq etdim səni. Ruh ilə bəzədim cansız bədəni. 2. Can verən də mənəm, alan da Mənəm. Yerlərə, göylərə xaqan da Mənəm. 3. Mənim ixtiyarım, hökmüm olmadan Bir nöqtə yerini dəyişməz, inan. 4. Altı duyğu verdim anlamaq üçün, Mənə səcdə elə, dua et hər gün. 5. Beş duyğu aiddir sənə müstəqil, Altıncı beyninin içindədir, bil. 6. Altıncı duyğunu verdim ki, əsas Yarada biləsən Mənimlə təmas. 7. Eşitmək, iy bilmək gedişat üçün, Sizə yardım edir məlumat üçün. 8. Görməklə, dadmaqla, hissiyyatla sən Dünyəvi anlayış əldə edirsən. 9. Altıncı duyğu ki beyninizdə var, O bağlı qıfıldır, məndədir açar. 10. Kimə bir məsləhət, xəbər verirəm, Həmin duyğu ilə söz göndərirəm. 11.Sonsuzluq deyilən anlayış ki var. Tükənir orada sizin duyğular. 11a.Yeddinci duyğu ki ruh göndərmişəm, Ona son mənzildə məkan vermişəm. 11b. Altı istiqamət, tərəf siz bilən- Zamanla məkandır ömrə verilən. 12. Yuxarı, aşağı, ön, arxa divar, Sağ ilə sol tərəf anlamınız var. 13. Qəbir otağı da altı tərəfli Cəsədlər üçündür son mənzil, bəli. 14.Yeddinci müstəvi aləmdən kənar, Sizə son mənzildə sirli məkan var. 14a. Qəbir otağında kasıb, ya varlı Hamı bərabərdir, yox dövlət-malı. 15. Hər kəsin dövləti o dünya üçün Səvab qazancıdır, anlasın düzgün. 16. Heç kim bilə bilməz ölüm vaxtını, Qurmuşam hər kəsə əcəl taxtını. 17. Adımı çəkəmdə tək məni anın, Bəşər hər kim isə, şərik qoşmayın. 18. Sizə xidmət edir bütün kainat, Ulduzlar, Ay, Günəş, yerdəki büsat. 19. İki aləm üçün xəlq etdim sizi, Mələklər qeyd edir əməlinizi. 20. Birinci yaşayış yer üzündədir, İkinci həyata var mizan-tədbir. 21. İkinci aləmdə yaşamaq ancaq Əmələ münasib rəftar olacaq. 22. Cəhənnəm əzabı çox dəhşətlidir, Bədəməllər üçün məşəqqətlidir. 23. Hər kəsə verdiyim qabiliyyətlə, Rüzi qazanmalı şükran biətlə. 24. Vermişəm hər kəsə peşə, bir sənət, Ondan hərəkətdir, Məndən bərəkət. 25. Mənim verdiyimi alammaz bəşər, Mən ucaldan kəsə gəlməz bir xətər. 26. Mənim aldığımı verəmməz heç kim, Mənəm var da verən, alan da hakim. 27. Şeytanı nə üçün yaratmışam Mən, O mənim sirrimdir sizlər bilməyən. 28. Onun tərəfinə getməyin ki siz, Çətin sınaqlardan keçəsiz təmiz. 29. Şeytan yolu ilə gedənlər bilsin, Cavankən şər işdən qorxsun, çəkinsin. 30. Sonradan gec olur qocalan zaman, Tövbə qapısında qalacaq nalan. 31. -Tutduğum şər işdən peşmanam,- deyə Nə qədər desə də, yetməz ərsəyə. 32. Cəhənnəm oduna yanacaq onlar, Orada əzablar, işgəncələr var. 33. Mənə şərik qoşan olur özündən, Düşür Cəhhənəmə yalan sözündən. 34. Mənim ehtiyacım yoxdur heç nəyə, Bəşər qadir deyil o səviyyəyə. 35. Yalnız ibadətdir əsas tələbim, Möminə köməyim, vardır səbəbim. 36. Baxın, baş barmağın uc cizgiləri Fərqlidir, saymırıq bir əkizləri. 37. Adəmdən törəyən var ki nə qədər, Barmaq izlərilə ayrılır bəşər. 38. Hər kəsin şahidi öz barmağıdır, Yaxşı-pis əməlin həm ortağıdır. 39. Adəmdən həndəsi silsilə kimi Artırıram sizi, belədir çəmi. 40. Bir zaman yenə də silsilə sayaq İnsan azalması labüd olacaq. 41. Nə vaxt ki yer üzü tam boşalacaq, Qiyamət günü də onda qopacaq. 42. Ulduzlar, Ay, Günəş, küllü kainat, Tamam məhv olacaq qurulan büsat. 43. Cənnətə gedənlər nura qərq olan, Görəcəklər gözəl məkan firavan. 44. Cəhənnəmə düşən acı bir həyat, Görəcək işgəncə, əzablar qat-qat. 45. Keçmiş tarixlərə, dövrə münasib Peyğəmbərlər seçdim nur mütanasib. 46. Dörd kitab göndərdim hikmətlər dolu, Göstərdim sizlərə doğru, pak yolu. 47. “Tovrat”ı göndərdim Musaya ki Mən, Əl çəksin insanlar şər əməllərdən. 48. Firon qarşı çıxdı, getdi öcünə, Güvəndi varına, silah gücünə. 49. Musanı öldürmək fikrinə düşdü, Qərq oldu dənizdə, şəri ötüşdü. 50. Musa qurtarsa da xalqını dardan, Yəhudilər ona vurdular ziyan. 51. Insanlar vətənsiz oldu dərbədər, Bir-birinə qarşı vurdular xətər. 52. “Zəbur”u göndərdim Davuda sonra, Rütbəyə qaldırdım, çatdırdım vara. 53. Verdim insanlara əminamanlıq, Gözəl bir yaşayış, tam firavanlıq. 54. Bir zaman düz yolla getdilər xeyli, Səvab işlər oldu insan əməli. 55. Sonradan paxıllıq-şeytan felləri, Məhv etdi onları bəd əməlləri. 56. Davuda sui-qəsd etdilər onlar, İşğala, qarətə düçar oldular. 57. Əsir də düşdülər yadellilərə, Düşdülər əzaba, qəmə kədərə. 58. İsaya göndərdim “İncil” kitabı, İnsanlar düz yolu, bilsin hesabı. 59. Onu da çarmıxa çəkdiniz, əfsus, Mənə zidd gedənə cəzadır məxsus. 67. Ona böhtan atan, şər adlandıran, Həmin insan oldu çarmıxda qalan. 60. İsanı həmin vaxt qeybə götürdüm, Şərxətər qövmünə bəla ötürdüm. 61.Bəs İsadan sonra nə etdiniz siz, Ayələr, şəriklər qoşdunuz hədsiz. 62.Dörd yüz “İncil” adlı yazdınız kitab, Bir-birindən fərqli oldu söz, hesab. 63.Onlardan ikisi saxlandı əsas, Qalan yandırıldı, qalmadı miras. 64.Mənəm söz, hikmətin sahibi olan, Şeytana uyanlar qalacaq nalan. 65.Cəhənnəm oduna yanacaq onlar, Orada əzablar, işgəncələr var. 66.Cəhənnəm əzabı çox dəhşətlidir, Bəd əməllər üçün məşəqqətlidir 68. Vəhşilik içində çəkən zilləti Düz yoldan azmışdı Ərəb milləti. 69. Qəbilə savaşı qanlı bir zaman, Gedirdi hər yerdə şər dayanmadan. 70. -Qız döyüşə bilməz, zəifdir ,- deyə Aman vermirdilər doğma körpəyə. 71. Diri basdırırdı məsum uşağı, Ata övladına çıxmışdı yağı. 72. Qadına bir əşya baxırdı onlar, Alıb-satırdılar, qul sanırdılar. 73. Hər tayfa özünə büt düzəldirdi, Allah adlandırıb səcdə edirdi. 74. İnsan düşüncəsi vəhşi bir qarət, Talançılıq idi, həm də qənimət. 75. Məhəmmədə “Quran” –hikmət göndərdim, Maddi, həm mənəvi sərvət göndərdim. 76. Qurtardı ərəblər şər, cəhalətdən, Onlar xilas oldu həm müsibətdən. 77. Çoxları İslama tam sidqi-dillə, Gəldilər imana ibadətilə. 78. Mənim qüdrətimə səcdə etdilər, Əminamanlığa, kama yetdilər. 79. Elə ki peyğəmbər dünyadan gedi, Ərəblər yenə də fitnələr etdi. 80. Peyğəmbər xəttilə doğulanlara Düşmən kəsildilər, çəkdilər dara. 81. Nəslini kəsdilər İmam Hüseynnin, Bu qan din-imana sığarmı, deyin?! 82.Ağır cəza aldı həmin insanlar, Cəhənnəm oduna məhkum oldular. 83.İncili götürüb ibadət edən Deməsin, üstünəm Quran əhlindən. 84.Nə də İslam yolu seçən insanlar- Düz demir özgəyə düşmən olanlar. 85.Tək Mənə ibadət, səcdə edənlər- Mömindir əməli pak olan bəşər. 86.İman olsun gərək qəlbin içində Azaddır hər insan din seçimində. 87.Mənim dediklərim səadət yolu- Hikmətdir, ibrətdir-mənalar dolu. 88.Qurani-Kərimdir sonuncu kitab, Orada doğru yol, var nicat, xitab. 89.Öyrənmək istəsən doğrudan xəbər, Budur haqqın yolu əsas hikmətlər. 90.Birinci oxumaq-yazmağı öyrən, İdrakla aləmi dərk edəsən sən. 91. Sizə ki vermişəm birinci həyat, Elmlə, biliklə bağlıdır büsat. 92.Tarix ibrətləri anladır sizə, Bədii aiddir əyləncənizə. 93. Ölçü, çəki, zaman, hərəkət, məkan- Fizika öyrədir, anlayır insan. 94. Zahiri görünüş, quruluş, tərəf Həndəsi bilikdir məntiqi hədəf. 95. Kimya maddələrin təkini, yəni Öyrənir ayrılma, həm birləşməni. 96. Hesab da öyrədir saylar olanı, Gedəni-gələni, əldə qalanı. 97. Coğrafiya deyən xəbər, gedişat Yer səthinə aid verir məlumat. 98. Mənim xəlq etdiyim- siz bəşəriyyət Mənim hökmüm ilə qurmuş ünsiyyət. 99. Heç kəs öyünməsin:- var-dövlətim var, Məndən aşağıdır qalan insanlar... 100. Hər kəsin yeri var mənim yanımda, Hamı bərabərdir haqq-divanımda. 101.Yalnız üstün olan xeyir əməldir, Axirət gününə yaxşı təməldir. 102.Məndən gizli deyil heç bir əməl, iş, Mənim hökmüm ilə dolanır gərdiş. 103.Qurani-Kərimdir sonuncu kitab, Hər insan onunla verəcək hesab... Niftalı Göyçəli Türk tarixi və mədəniyyətinin araşdırıcısı Geri dön |