Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Güney Azərbaycan xəbərləri
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > Güney Azərbaycan xəbərləri

Güney Azərbaycan xəbərləri


Ayətullah Fazil Lənkəraninin oğlu Rafiq Tağının qətlinə haqq qazandırıb

İranın mərhum ayətullahı Fazil Lənkəraninin oğlu, Qum şəhərində fəaliyyət göstərən axund Məhəmməd Cavad Lənkərani azərbaycanlı yazıçı və jurnalist Rafiq Tağının qətlinin haqq olduğunu bildirib.

M. C. Lənkərani deyib ki, müsəlmanlar islam dəyərlərinə qarşı məkrli planların gerçəkləşməsinə icazə verməyəcəklər: “Şükürlər olsun ki, Allahın intiqam əli qeyrətli müsəlmanlarda zühur etdi və islamı və onun peyğəmbərini təhqir edən xəbis adamı öldürərək cəhənnəmə göndərdi. Onu qətlə yetirən qatil müsəlmanların ürəyini şad etdiyi və Allahın əmrini icra etdiyi üçün Tanrının yanında böyük mükafat sahibi olacaq”. M. C. Lənkərani Rafiq Tağının öldürülməsi ilə bağlı Azərbaycan xalqını təbrik edərək onun qətlinə fətva vermiş atası Fazil Lənkəraninin xatirəsini anıb.

Qeyd edək ki, 2006-cı ildə ayətullah Fazil Lənkərani “Avropa və biz” adlı məqaləsində islamı təhqir etdiyi iddiası ilə Rafiq Tağı barəsində ölüm fitvası verib. Fazil Lənkərani 2007-ci ildə vəfat edib. Rafiq Tağı isə noyabrın 19-da “İran və qloballaşma qaçılmazlığı” məqaləsindən sonra Bakıda bıçaqlanıb və dörd gün sonra - noyabrın 23-də aldığı ağır xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.


İran kökənli mühacir yazıçılar Rafiq Tağının qətlinə görə İran rejimini suçladılar

Mühacirətdə fəaliyyət göstərən İran Yazıçılar Birliyi bəyanat yayaraq azərbaycanlı yazıçı və jurnalist Rafiq Tağının qətlə yetirilməsini pisləyib.
Bəyanatda deyilir: “Birinci dəfə deyil ki, İran İslam Cümhuriyyəti yazıçıların ölümünə şərait yaradır və onu təşkil edir. Həm İran, həm də dünya əhalisi birbaşa ETTELAAT məmurlarının əli ilə qətlə yetirilən və ya zindanlarda edam olunan yazıçıları unutmayıb. Öldürülən yazıçılar siyahısında Səid Sultanpur, Səidi Sircani, Piruz Dəvani, Məhəmməd Muxtari və Cəfər Puyəndə kimi yazıçıların adları var. Qətlə yetirilmiş bu yazıçıların siyahısı isə islam cümhuriyyəti rejiminin qırğın, işgəncə və repressiya (sərkub) siyasətinin göstəricisidir.
İran İslam Respublikasının ölkə sərhədlərindən kənarda öldürdüyü və ya qətli ilə bağlı fitva çıxardığı, yaxud onları öldürməyə cəhd etdiyi yazıçılar az deyil. Bunlardan biri Salman Rüşdidir. O və digər yazıçılar yalnız öz düşüncələrini bəyan etdiklərinə, islam cümhuriyyətinin ekspansionist (expansionist), repressiv (sərkubçu) siyasətini və islamı istər birbaşa, istərsə də dolayı yolla tənqid etdiklərinə görə hücuma məruz qaldılar.
İslam cümhuriyyətinin göstərişi və fitvası ilə baş verən son qətllərdən biri azərbaycanlı yazıçı Rafiq Tağının öldürülməsidir. Bu yazıçı “İran və qloballaşma (kürəsəlləşmə) qaçılmazlığı” adlı bir məqaləsində islam cümhuriyyətinin rəftar və siyasətini tənqid etdiyinə görə bir qatilin hücumuna məruz qalaraq yaralandı və xəstəxanada can verdi. O həmçinin bundan əvvəl “Avropa və biz” adlı digər məqaləsində İran İslam Cümhuriyyətinin islam inqilabını ixrac etməyə cəhd göstərməsini tənqid etdiyinə görə axund Fazil Lənkərani tərəfindən ölümə məhkum edilmişdi.
Bu terrorla eyni vaxtda Əhvazdan olan Nasir Cəbərzərqani adlı bir ərəb şairi də islam cümhuriyyətinə müxalif mövqeyinə görə rejim məmurlarının hücumuna məruz qalaraq ağır yaralanıb, ölümcül vəziyyətdə xəstəxanaya düşüb. Rejim məmurları hazırda ölüm ayağında olan bu şairin evini də dağıdıblar.
İran İslam Cümhuriyyəti onu hər yandan böhran bürüdüyü vaxtda da adam öldürmək, terror siyasətindən əl çəkmir. O hələ də danışan dilləri kəsməyə çalışır. Biz sürgündə fəaliyyət göstərən İran Yazıçılar Birliyi olaraq yazıçılara hər hansı hücumu, onlara xəsarət yetirilməsini, öldürülməsini kəskin pisləyir, bu siyasətin davam etdirilməsini islam respublikasının, azadlıq öldürən rejimin sarsılmasının göstəricisi kimi qiymətləndiririk”.
Mühacirətdə fəaliyyət göstərən İran Yazıçılar Birliyi müstəqil ictimai qurumdur, hazırda İsveçdən idarə olunur.


Öyrəncilər universitetin təhlükəsizlik bölümünə çağırılıblar

Güney Azərbaycanlı öyrəncilərə qarşı təzyiqlər davam edir. Bir qrup öyrənci Binab dövlət universitetinin təhlükəsizlik bölümünə çağırılıblar.
Bölümə çağırılan öyrəncilər, Qərb cərəyanlarına bağlılıqda və pantürkizmdə ittiham edilirlər. Artıq öyrəncilərin yataqxanası və evləri qanunsuz olaraq yoxlanılıb və heç bir şübhəli məqam ortalığa çıxmayıb.
Bütün bunlar ona görə baş verib ki, öyrəncilər Urmu Gölü Ocağı yaratmaq və bu zəmində fəaliyyət göstərmək istəyiblər.


12 nəfər “Traxtur” tərəfdarı tutulub

Təbrizdə daha 12 nəfər soydaşımız tutuqlanıb. Onlar “Traxtur-Rahahən” futbol müsabiqəsindən sonra yaxalanıblar.
Noyabrın 24-ü müsabiqədən sonra Təbrizin səhənd stadionunu tərk edərkən tutuqlanan 12 nəfər “Traxtur” tərəfdarı Saib xiyabanındakı polis idarəsinin təhlükəsizlik bölməsinə aparılıblar.
Tutuqlanan spoydaşlarımız yaxalanarkən təhlükəsizlik qüvvələri tərəfindən döyülüblər.


Tehranın müvəqqəti imam cüməsi Azərbaycan dövlətini və ali qanunverici orqanını tənqid edib

Tehran şəhərinin müvəqqəti imam cüməsi Ayətullah Kazim Sədiqi Azərbaycan dövlətini və ali qanunverici orqanını tənqid edib.
İran KİV-nin yaydğı məlumata görə, Təbriz şəhərində keçirilən mərasimdə çıxış edən Ayətullah Sədiqi Azərbaycan Respublikasında İslam dininin təbliğinə və inkişafına məhdudiyyətlər yaradıldığını iddia edib: “Azərbaycan xalqı imam hüseynçidir. Onların qəlbi Hüseyn ibn Əliilədir. Sovet hökumətinin dağıldığı ilk illərdə bu ölkə qadınlarının hicab barədə məlumatı yox idi. Bununla belə, onlar imam Hüseyni (ə) sevirdilər. Məhərrəm ayında da əzadarlıq edirdilər. Sovet hökumətinin dağılmasından artıq illər keçib və həmin qızlar və xanımlar hicaba meyllidirlər. Amma çox təəssüf olsun ki, dövlət yenə hicabı qadağan etməklə onlarla və dindarlarla üz-üzə dayanıb”.
Tehranın müvəqqəti imam cüməsi bildirib ki, Azərbaycan dövləti özünü dindarlarla üz-üzə qoymaqla səhvə yol verir: “İsrail din xadimləri Azərbaycanda sərbəst hərəkət etdiyi halda, müsəlman alimlərin öz hümməti ilə görüşlərinə məhdudiyyət qoyulur. Bu ölkənin müsəlman xalqı bu hüquqdan məhrum olmalarına dözə bilməzlər. İndi Azərbaycan Respublikasında şiələr İranda təhsil almış ruhaniləri moizə etməyə dəvət edə bilmirlər. Bu vəziyyət gərək dəyişsin”.


Rəsmi Ankara İranın raketli təhdidinə cavab verdi

Türkiyənin milli müdafiə naziri İsmət Yılmaz İran İnqilab Qvardiyasının ali baş komandanının bəyanatı barədə açıqlama verib. Nazir Yılmaz bu bəyanatın mətbuatda çıxdığını, rəsmi Tehranın bu istiqamətdə hər hansı bir açıqlaması olmadığını deyib.
Nazir bildirib ki, bu barədə Türkiyənin rəsmi açıqlama verməsi üçün İran siyasətçiləri bu bəyanatı təsdiqləməlidir. “Mətbuatdan eşidərək bəyanat vermək düzgün olmaz. İndi Türkiyənin Milli müdafiə naziri belə bir açıqlama verdi deyəcəklər və onların da Müdafiə naziri bizim açıqlamamıza cavab verəcək. Bunlar mətbuatda yayılan xəbərlərdir. Deyildimi, deyilmədimi əvvəl təsdiqlənsin, sonra lazım olsa biz də cavab verərik”.


Tehran ABŞ-a və İsrailə qarşı mümkün müharibə ssenarisini açıqlayıb

İranın ali dini lideri Ayətullah Əli Xamneinin rəsmi saytı İslam Respublikasına mümkün Amerika-ABŞ hüсumunun mümkün varinatları barədə yerli hərbi analitik Əmir Mohebyanın araşdırmasını dərс etdirib.
Bu sənədə görə, iranlılar mümkün müharibənin üç variantını ehtimal edirlər:
- ölkəni taqətdən salmaq üçün hərtərəfli müharibə və burada həm havadan, həm də yerüstü hüсumdan istifadə ediləсək;
- rejimin sabitliyinin pozulması və İranda ümumi vəziyyətin qarışması üçün
məhdud zərbələrdən istifadə edilə bilər. Bu сür hüсum Tehranı danışıqlara vadar etməklə yanaşı, həm də rejimin çökməsinə gətirə bilər;
- ABŞ-a və xüsusilə də İsrailə zərbə vurmağa qadir ayrı-ayrı hərbi hissələrin məhv edilməsi.
Tədqiqatçının fikrinсə, birinсi variantın ehtimalı aşağıdır, çünki Qərb ölkələri bunu gerçəkləşdirmək üçün yetərinсə güсə və vəsaitə malik deyillər. Həmçinin, ABŞ seçkiqabağı dönəmdə iri miqyaslı müharibəyə başlamağa risk etməz.
Mohebyan hesab edir ki, ikinсi və üçünсü ssenari daha realdır, amma onların gerçəkləşdirilməsində də müəyyən maneəçiliklər var. İran əsas siyasi və hərbi mərkəzlərin qorumağa hazırdır. İranın hüсuma reaksiyası gözlənilməz olaсaq. Müdaxilə rejimi konsolidasiya etdirəсək və radikallaşdıraсaq, böyük Yaxın Şərq müharibəsinin əsası qoyulaсaq. Bütün nüvə obyektlərinin tam məhvi də mümkün olmayaсaq, çünki onlar ölkə üzrə geniş səpələniblər.
Mohebyan belə nətiсə çıxarır ki, İrana məhdud zərbələr də real deyil, çünki onlarla lazımi məqsədlərə çatmaq mümkün deyil. Amma sonu bəlli olmayan böyük müharibəyə yol aça bilər. Bununla bərabər, müəllif həm də bildirir ki, Buşer AES-nin məhvi bütün rengion üçün geniş miqyaslı ekoloji fəlakətə yol aça bilər.


Torontoda 21 Azər Hərəkatının ildönümü anılacaq

Dekabrın 11-də Kanadanın Toronto şəhərində İranda Seyid Cəfər Pişəvərinin rəhbərliyi altında qurulmuş Azərbaycan Milli Hökumətinin yaranmasının 66-cı və süquta uğradılmasının 65-ci ildönümü ilə əlaqədar konfrans keçiriləcək., Kanadada siyasi mühacir həyatı yaşayan, əslən İrandan olan azərbaycanlı fəalların keçirəcəyi tədbirdə Azərbaycan Milli Hökumətinin necə yaranması və süquta uğradılması barədə qonaqlara məlumat veriləcək, mövzu ilə bağlı müxtəlif səpkidə çıxışlar olacaq, eyni zamanda Azərbaycan Milli Hökumətinin fəaliyyət göstərdiyi bir il ərzində müxtəlif tədbirlərdən çəkilmiş və bu günə qədər qorunan videogörüntülər nümayiş etdiriləcək. Yerli vaxtla saat 14:00-da keçiriləcək tədbir Torontodakı North York kitabxanasının konfrans salonunda baş tutacaq.
Qeyd edək ki, 1945-ci il dekabrın 12-də Seyid Cəfər Pişəvərinin rəhbərliyi altında İranda Azərbaycan Milli Hökuməti yaradılıb. Bir il sonra, yəni 1945-ci il dekabrın 17-də İran şahı Məhəmmədrza Pəhləvinin rəhbərliyi altında Təbrizə qoşun yeridilərək Azərbaycan Milli Hökuməti devrilib.


İran Böyük Britaniyanın səfirini ölkədən çıxardı

İran Böyük Britaniya ilə diplomatik münasibətləri aşağı səviyyəyə saldı və Birləşmiş Krallığın səfirini ölkədən çıxardı. Associated Press agentliyinə istinadən verilən məlumata görə, məsələ ilə bağlı İran parlamenti qanun layihəsi qəbul edib.
Reuters isə yazır ki, müvafiq qanun layihəsinə 206 deptatdan 179-u lehinə səs verib.
İranın bu qanun layihəsini qəbul etməsi Böyük Britaniyanın birinciyə qarşı qadağalar tətbiq etməsinə cavab olaraq həyata keçirilir.
Xatırladaq ki, noyabrın 21-də Böyük Britaniya İrana qarşı əlavə maliyyə sanksiyaları qəbul edib. Bu qadağalara əsasən, iki ölkənin maliyyə və kredit müəssisələri arasında istənilən münasibətlərə son qoyulur.

Geri dön