Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Günəşli yatağında neft hasilatının artırılması üçün plan hazırlanır
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > İqtisadiyyat > Günəşli yatağında neft hasilatının artırılması üçün plan hazırlanır

Günəşli yatağında neft hasilatının artırılması üçün plan hazırlanır


Bu yataq üzrə layihə smeta sənədləri əsasında ümumilikdə 20 yeni quyunun qazılması planlaşdırılıb

İqtisadiyyat Neft sənayesinin infrastruktur imkanları ildən-ilə genişləndirilir, dənizdə və quruda yeni-yeni sosial və istehsal təyinatlı obyektlər inşa olunur.
ARDNŞ-nin rəsmi saytının verdiyi məlumata görə, neft-qaz sənayesi üzrə nəzərdə tutulmuş tikinti-quraşdırma işləri ARDNŞ-nin “Neftqaztikinti” Tresti tərəfindən həyata keçirilir. 2013-2015-ci illərdə neft hasilatının stabilləşdirilməsi və artırılması üçün ARDNŞ tərəfindən “Neftqaztikinti” trestinin qarşısına qoyulan əsas tələblərdən biri “Günəşli” yatağında infrastruktur imkanlarının genişləndirilməsi ilə bağlı tikinti-quraşdırma işlərinin yerinə yetirilməsidir. İlin əvvəlindən ölkənin neft-qaz sənayesinin infrastruktur imkanlarının artırılmasına xidmət edən bu layihələrin icrası sürətlə davam etdirilir.

“Günəşli” yatağı üzrə layihə smeta sənədləri əsasında ümumilikdə 20 yeni quyunun qazılması planlaşdırılıb. Həmin quyuların altısı artıq istismara, beşi qazmaya təhvil verilib, qalan quyuların qazılması üçün isə tikinti-quraşdırma işləri davam etdirilir. Yataqdakı 6 saylı dərin dəniz özülü əlavə 1 quyunun qazılması üçün trest tərəfindən yenidən qurulub və quyu istismara təhvil verilib, 8 saylı dərin dəniz özülündə əlavə 2 quyunun qazılması üçün yenidənqurma işləri başa çatdırılmaq üzrədir. 11 saylı dərin dəniz özülünün əlavə 6 quyunun qazılması üçün nəzərdə tutulmuş genişləndirilmiş hissəsində 3 quyu istismara və 1 quyu qazmaya təhvil verilib, digər quyularda isə işlər başa çatdırılmaq üzrədir.

Eyni zamanda 13 saylı dərin dəniz özülü əlavə 4 quyunun qazılması üçün yenidən qurulub, buradakı 2 quyu istismara təhvil verilib və digər quyularda işlərin yekunlaşdırılması istiqamətində hazırlıq görülür. 14 saylı dərin dəniz özülünün genişləndirilmiş hissəsində 3 quyu istismara və 1 quyu qazmaya təhvil verilib, digər quyuların qazmaya təhvil verilməsi üçün hazırlıq işləri aparılır. Bundan əlavə 19 saylı dərin dəniz özülündə 1 quyunun qazılması üçün də hazırlıq işləri görülür.

Geri dön