Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Mədəniyyət > I Bakı Beynəlxalq Turizm Filmləri Festivalı açılıb
I Bakı Beynəlxalq Turizm Filmləri Festivalı açılıb |
Dünən Nizami Kino Mərkəzində I Bakı Beynəlxalq Turizm Filmləri Festivalının açılış mərasimi keçirilib.
Açılış mərasimində çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev festivalın əhəmiyyətindən, ölkəmizin turizm sahəsində qazandığın uğurlardan danışıb: "Festivalın məqsədi turizmin müxtəlif sahələrinə həsr olunan, daxili və beynəlxalq turizmin inkişafına təkan verə biləcək filmləri təbliğ etmək, ən yaxşı ekran əsərlərini aşkara çıxarmaq və müəllifləri həvəsləndirməkdir. Festival tarixi və mədəni irsin beynəlxalq mərkəzlərindən biri olan Azərbaycanın turizm potensialına da diqqəti cəlb etməyi qarşısına məqsəd qoyub". Festivala dünyanın 45 ölkəsindən qonaqlar gəliblər. Festival Azərbaycan və Fransanın birgə istehsalı olan "Qafqaza qayıdış" sənədli filminin təqdimatı ilə açılıb. Sonra "Qafqaza qayıdış" sənədli filminin yaradıcı heyəti səhnəyə çıxıb. Məşhur fransız aktyor Jerar Depardye, illüstrasiyaçı rəssam Matyo Sapanla yanaşı, aktyor Ənvər Həsənov və tanınmış televiziya aparıcısı Fuad Axundovun da çəkildiyi filmin quruluşçu rejissorları Stefan Berqunyu, Jan-Pyer Devilerdir. Filmin ssenari müəllifləri Fuad Axundov, Stefan Berqunyu, Jan-Pyer Deviler, Lesli Qranberq, quruluşçu operatoru Stefan Byon, prodüserləri Arno Friley və Cavid İmamverdiyevdir. Ekran əsərində 1858-ci ildə Qafqaza, o cümlədən Azərbaycana səyahət etmiş məşhur fransız yazıçı və səyyah Aleksandr Dümanın "Qafqaz" əsərində yazdıqları şərh edilir, onun izi ilə J.Depardyenin Azərbaycana səyahətindən bəhs olunur. Filmdə məşhur aktyorun vasitəsilə yazıçının niyə məhz bu məkandan təsirləndiyi aydın olur. A.Düma kimi J.Depardye də səyahət zamanı maraqlı insanlarla rastlaşır, bir-birindən gözəl yerləri kəşf edir. Sonra film nümayiş etdirilib. I Bakı Beynəlxalq Turizm Filmləri Festivalının müsabiqəsi 7 nominasiyadan ibarətdir. Festivala ümumilikdə 38 ölkədən 140 rejissor 215 film təqdim edib. 31 ölkədən 74 rejissorun 78 filmi müsabiqəyə buraxılıb. Müsabiqənin proqramında 14 azərbaycanlı rejissorun filmləri də yer alıb. Münsiflər heyəti hər kateqoriyada 3 film seçəcək. Birinci yerə Qızıl mükafat, ikinci yerə Gümüş mükafat, üçüncü yerə isə Bürünc mükafat təqdim ediləcək. Festivalın ən yaxşı filminə "Qran-pri" - diplom, mükafat və 4000 avro pul təqdim olunacaq. Filmlər noyabrın 21-dən 23-dək hər gün səhər saat 11:00-dən etibarən Nizami Kino Mərkəzində nümayiş olunacaq. Festivalın bağlanış və mükafatlandırma mərasimi noyabrın 23-də nəzərdə tutulub. Geri dön |