Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > 20 noyabr qurbanlarına Şəhid statusu verilsin!
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Siyasi partiyalar > 20 noyabr qurbanlarına Şəhid statusu verilsin!

20 noyabr qurbanlarına Şəhid statusu verilsin!


Milli Dirçəliş Hərəkatı Partiyasının Qarabağ Departamenti bir neçə qərar qəbul edib

Milli Dirçəliş Hərəkatı Partiyasının Qarabağ Departamentinin ümumi toplantısı keçirilib. Toplantıda bir neçə məsələ müzakirə olunub. Bunlardan biri, Ermənistan-Azərbaycan müharibəsi ilə bağlı partiyanın mövqeyi olub. Bu istiqamətdə qarabağlıların rolunun aktivləşdirilməsi istiqamətində görüləcək işlər müəyyənləşdirilib. Münaqişənin həllinin uzadılmasında maraqlı olan və Azərbaycana bununla bağlı təzyiqlər göstərən xarici ölkələrin, xüsusən qonşu Rusiya və İranın mövqeyi pislənilib.
Bundan əlavə, MDHP Qarabağ Departamenti “20 noyabr” faciəsi ilə bağlı qərar qəbul edib. Qərarda bildirilir ki, 1991-ci il noyabrın 20-də Xocavənd rayonunun Qarakənd kəndi üzərində Azərbaycanın siyasi elitasını daşıyan “Mİ-8” vertolyotunun ermənilər tərəfindən vurulması olduqca faciəvi bir terror hadisəsidir ki, bunun da dünya ictimaiyyətinə çatdırılması vacib məsələdir. Departament həmin terrorun qurbanlarına Şəhid statusunun verilməsini təklif edir və bu barədə müvafiq orqanlara hüquqi müraciətlərin olunmasını planlaşdırır. Sözügedən terror hadisəsinin dünya ictimaiyyətinə çatdırılması ermənilərin bir daha ifşasına səbəb olacağı üçün, bununla bağlı mütəmadi tədbirlərin təşkil olunması və Azərbaycana gələn xarici qonaqların diqqətini bu məsələyə də yönəltmək təklif olunur.
MDHP Qarabağ Departamenti Məmməd Əmin Rəsulzadənin 130 illik yubleyinin dövlət səviyyəsində qeyd olunması və bununla bağlı tədbirlər planının hazırlanması ilə bağlı prezidentin verdiyi sərəncamı da alqışlayıb.

MDHP Mətbuat Xidməti

Geri dön