Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycan İran kəşfiyyatçısını ölkədən qovdu
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Hadisə > Azərbaycan İran kəşfiyyatçısını ölkədən qovdu

Azərbaycan İran kəşfiyyatçısını ölkədən qovdu


"Bakıdakı İran Mədəniyyət Mərkəzinin əməkdaşı 3 saat həbsdə saxlanılıb, daha sonra ölkədən xaric edilib”

Bakıdakı İran Mədəniyyət Mərkəzinin əməkdaşı Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb, daha sonra ona iki sutka ərzində ölkəni tərk etmək əmr edilib.
Bu məlumatı İranın yarımrəsmi "Fars” agentliyi yayıb.
"Bakı İran nümayəndəliyinə qarşı təzyiq siyasətini davam etdirir” - deyə agentlik bildirir.
Xəbərdə iddia olunur ki, rəsmi Bakı diplomatik missiyaların statusu haqqında Vyana konvensiyasını pozaraq İranın Azərbaycandakı Mədəniyyət Mərkəzinin əməkdaşını 3 saat ərzində həbsdə saxlayıb. Daha sonra onu məcbur edib ki, 48 saat ərzində ölkəni tərk etsin.
"2011-ci ildən bu yana Azərbaycan İran nümayəndəliyinin xidməti pasportlara malik olan 8 əməkdaşını ya ölkəni tərk etməyə məcbur edib, ya da onların ölkəyə girişini qadağan edib” - deyə xəbərdə bildirilir.
"Fars” agentliyi qeyd edir ki, İranın "dostluq siyasətinə” baxmayaraq ötən illər ərzində rəsmi Bakı İran İslam Respublikasının dini liderinin nümayəndəsini, İran telekanalının çəkiliş qrupunu, həmçinin İran Mədəniyyət Mərkəzinin əməkdaşını Azərbaycan ərazisinə buraxmayıb. Onlar ya aeroportdan, ya da quru sərhədlərini keçərək İrana geri dönməli olublar.
"Azərbaycanın İran nümayəndələrinə qarşı addımları və onları ölkədən çıxarması Tehranın Bakıya strateji dəstək verdiyi, Naxçıvanla Azərbaycan arasında quru əlaqəsinə imkan yaratdığı bir vaxtda baş verir. Bundan əlavə, İran cavab addımları atmaqdan çəkinir və Bakının Tehranda Azərbaycan Mədəniyyət Mərkəzi açılmasına dair xahişini müsbət cavablandırıb. Biz gözləyirik ki, İran hökuməti Azərbaycan tərəfinin son hərəkətlərinə cavab verəcək və bu ölkənin davam etməkdə olan qeyri-dost addımlarının qarşısını alacaq” - deyə "Fars” agentliyinin şərhində göstərilir.
Qeyd edək ki, İran mədəniyyət mərkəzləri bu ölkənin dini liderin tabedir. İran bir qayda olaraq bu mərkəzlərdən SEPAH rezidentlərinin fəaliyyətini təmin etmək üçün istifadə edir. Belə görünür ki, Azərbaycan xüsusi xidmət orqanlarının əlində Bakıdakı İran Mədəniyyət Mərkəzinin adı açıqlanmayan əməkdaşının bu ölkənin xüsusi xidmət orqanlarına bağlı olduğuna dair ciddi dəlillər olub.
Onu da deyək ki, bu insident İranla Azərbaycan arasında davam etməkdə olan sərhəd gərginliyi və Bakıdakı İsrail səfirliyinə qarşı terror hazırlamaqda şübhəli bilinən iranlının həbsi ilə bir vaxtda baş verir. İran neçə vaxtdır ki, Azərbaycanla sərhəddəki nəzarət-keçid məntəqələrində hərəkəti məhdudlaşdırıb, nəticədə iritonnajlı yük maşınları İran ərazisindən keçib Naxçıvana hərəkət edə bilmir.
Bir gün əvvəl deputat Siyavuş Novruzov parlamentdə bildirib ki, İranın tətbiq etdiyi məhdudiyyətlər üzündən Naxçıvan faktiki olaraq blokadadır və rəsmi Bakı Tehranla ciddi danışmalıdır.
Həmçinin təxminən bir ay əvvəl Bakıdakı İsrail səfirliyinin qarşısında şübhəli davranışlarına görə saxlanılan İran vətəndaşının terror hazırladığı barədə məlumatlar yayıb. İsrail qaynaqları xəbər verib ki, Həsən Fərəci adlı İran vətəndaşının evindən səfirliyə qarşı terror planlarını təsdiq edən dəlillər tapılıb. İran isə iddia edir ki, H.Fərəciyə təcridxanada işgəncələr verilib.

Geri dön