Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Qazaxıstan alimləri Azərbaycanın latın qrafikalı əlifbaya keçid təcrübəsini öyrənir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Türk dünyası-Turan > Qazaxıstan alimləri Azərbaycanın latın qrafikalı əlifbaya keçid təcrübəsini öyrənir

Qazaxıstan alimləri Azərbaycanın latın qrafikalı əlifbaya keçid təcrübəsini öyrənir


Bu gün AMEA Dilçilik İnstitutunda Qazaxıstan Dilçilik İnstitutunun bir qrup alimi ilə görüş keçirilib.



Qonaqlar Azərbaycana latın qrafikalı əlifbaya keçid təcrübəsi ilə tanış olmaq üçün gəliblər.



İnstitutun direktor professor Fəxrəddin Veysəlli qonaqlara institutun fəaliyyəti, gördüyü işlər barədə məlumat verərək bildirib ki, Azərbaycanda keçid dövrü 10 il müddətində olub: "Qazaxıstanda 2025-ci ildə latın qrafikalı əlifbaya keçid nəzərdə tutulur. Bunu nəzərə alaraq sizə daha çox keçid dövrünün özəllikləri ilə bağlı məlumat vermək istəyirəm. Əvvəlcə orta məktəbin ibtidai siniflərində bu əlifbaya keçmək lazımdır. Daha sonra bunu yuxarı siniflərdə tətbiq etmək məqsədəuyğundur. Nəhayət, institutlar və universitetlərdə latın qrafikalı əlifbaya keçilməlidir. Lüğətlər, klassiklərin əsərləri və folklor materiallarının da latın qrafikasında çap olunması çox vacibdir".



Görüşün sonunda hər iki ölkənin alimləri fikir mübadiləsi aparıblar.

Geri dön