Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycanlılar Rusiyadan kütləvi şəkildə çıxarılır
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Diaspor > Azərbaycanlılar Rusiyadan kütləvi şəkildə çıxarılır

Azərbaycanlılar Rusiyadan kütləvi şəkildə çıxarılır


Polad Bülbüloğlu: «Rusiyanın müxtəlif aeroportlarında səbəbi izah edilmədən Azərbaycan vətəndaşlarının Rusiyaya girişinə qadağa qoyulub»

Rusiyanın Xarici İşlər Nazirliyində Azərbaycanın Moskvadakı səfiri Polad Bülbüloğlunun təşəbbüsü ilə Rusiya Federal Miqrasiya Xidmətinin (FMX) rəhbəri Konstantin Romodanovski ilə növbəti görüş keçirilib.
Azərbaycanın Rusiyadakı səfirliyindən verilən məlumata görə, görüşdə Rusiya XİN rəhbərinin müavini Qriqoriy Karasin, Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) Sərhəd Xidmətinin rəhbərinin müavini Vladimir Moçalov, Rusiya XİN və FMX-nın müvafiq qurumlarının rəhbərləri iştirak ediblər.
Rusiya XİN rəhbərinin müavini Qriqoriy Karasin tədbirdə çıxış edərək Rusiyada miqrasiya şəraitinin gərginləşdiyi dövrdə belə bir görüşün keçirilməsinin xüsusi əhəmiyyətini qeyd edib.
Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) Sərhəd Xidmətinin rəhbərinin müavini Vladimir Moçalov çıxışında MDB ölkələrinin vətəndaşlarının Rusiya dövlət sərhədindən keçməsinə dair statistik rəqəmləri açıqlayıb. Onun sözlərinə görə, Azərbaycan vətəndaşları 2013-cü ilin 10 ayı ərzində Rusiyaya gələn MDB vətəndaşlarının cəmi 6 faizini təşkil edib. Bu Rusiyaya gələn Azərbaycan vətəndaşlarının axınının azaldığını bildirir. Qeyd olunan müddət ərzində 3909 Azərbaycan vətəndaşına Rusiyaya daxil olmağa icazə verilməyib.
Azərbaycanın Moskvadakı səfiri Polad Bülbüloğlu çıxışında Azərbaycan vətəndaşları da daxil olmaqla MDB ölkələrinin vətəndaşlarının əksəriyyətini narahat edən aktual miqrasiya məsələlərinə toxunub. Polad Bülbüloğlu qeyd edib ki, Azərbaycan prezidentinin hələ 2006-cı ildə imzaladığı sərəncamı ilə Rusiya ərazisində Azərbaycan vətəndaşlarının problemlərinin həlli ilə bağlı Dövlət Komissiyası yaradılıb. Səfir Rusiyanın miqrasiya sahəsindəki islahatlarının indiki mərhələsində qarşılıqlı əlaqənin olmadığını təəssüflə qeyd edərək, miqrantların — Azərbaycan vətəndaşları da daxil olmaqla MDB ölkələrinin vətəndaşlarının kütləvi şəkildə ölkə ərazisindən çıxarıldığını vurğulayıb.
Polad Bülbüloğlu çıxışının əsas mövzusuna keçərək diqqətini Azərbaycan vətəndaşlarının çoxsaylı şikayətlərinə yönəldib. Səfir Moskva, Sankt-Peterburq və Yekaterinburq da daxil olmaqla Rusiyanın müxtəlif aeroportlarında səbəbi izah edilmədən Azərbaycan vətəndaşlarının Rusiyaya girişinə qadağa qoyulduğunu və ölkədən çıxarıldığını xüsusi qeyd edib. Bu vətəndaşların müxtəlif kateqoriyalarını — Rusiya ali təhsil müəssisələrinin tələbələri, məktəbliləri, tranzit sərnişinləri və ailələri əhatə edir. Səfir hətta Rusiya XİN-də rəsmi akkreditasiyası olan Azərbaycanın Moskvadakı səfirliyinin iki əməkdaşının Rusiyaya girişinə qadağa qoyulduğunu da xatırladaraq bir çox neqativ halları görüş iştirakçılarının diqqətinə çatdırıb.
Səfir Polad Bülbüloğlu Rusiyada 11 qurumun ölkə ərazisinə girişə müstəqil şəkildə qadağa qoymaq hüququna malik olmalarına gileylənərək, bu hüquqdan məhrum edilən vətəndaşlar üzrə məlumat mübadiləsinə dair məsələləri müzakirə etməyi təklif edib.
Səfir Azərbaycan Miqrasiya Xidmətinin nümayəndələrinin yaxın zamanda rusiyalı həmkarları ilə görüşməyə və qeyd olunan məlumat mübadiləsinin mexanizminin yaradılmasına dair məsələləri müzakirə etməyə hazır olduqlarını bildirib.
Özbəkistan, Moldova, Ukrayna, Qırğızıstanın Rusiyadakı səfirləri də çıxışlarında səfir Polad Bülbüloğlunun qeyd etdiyi tezisləri tam dəstəkləyərək Rusiya Federal Miqrasiya Xidmətinin əməkdaşlarının diqqətini öz həmvətənlərinin bu ölkədəki problemlərinə yönəldiblər.

Geri dön