Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İran Azərbaycanı çevrilişlə hədələməyə başladı
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Siyasət > İran Azərbaycanı çevrilişlə hədələməyə başladı

İran Azərbaycanı çevrilişlə hədələməyə başladı


İranın Bakıdakı Mədəniyyət Mərkəzinin əməkdaşının ölkədən xaric edilməsinə Tehrandan sərt reaksiyalar gəlməkdədir.

İran Mədəniyyət Mərkəzinin əməkdaşı ötən həftə 3 saat saxlanılıb və daha sonra ona iki sutka ərzində ölkəni tərk etmək əmr olunub.

İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədr əvəzi Mənsur Həqiqətpur isə rəsmi Bakını bu hərəkətinə görə “çevrilişlə” hədələyib.

“Azərbaycan Respublikası muzdursifət ölkə başçılarının aqibətindən ibrət almalıdır. Əgər Azərbaycan Respublikası başçıları Amerika, İsrail və sionist rejimi himayə etməkdən əl çəkməzlərsə, onları himayə etməyin aqibəti rejimlərinin süqut etməsindən başqa bir şey olmayacaq” - deyə M.Həqiqətpur “Fars” agentliyinin müxbirinə açıqlamasında bildirib.

O, əlavə edib ki, Azərbaycan tərəfi iranlı işçilərin ölkədən çıxarılmasını “sionist rejimin istəyi ilə həyata keçirib və İran tərəfi vəziyyəti yaxından izləməkdə davam edəcək”.

“Fars” agentliyinə danışan digər iranlı mənbə isə deyib ki, Tehranla münasibətlərdə rəsmi Bakının “gərginlik yaratmağa yönələn hərəkətləri” Azərbaycan Respublikasına xeyri olmayacaq: “Azərbaycan Respublikası rəsmiləri İranın strateji dəstəklərinə hörmətsizliklə əslində öz xalqına xarici siyasət səhnəsində öz dost və düşmənlərini yaxşı tanımadıqlarını göstərirlər. İran Azərbaycan Respublikasının gərginlik yaradan hərəkətlərinə cavab vermək üçün müxtəlif vasitələrə malikdir və ümidvardır ki, Bakı sionist rejimə yaxşı xidmət istiqamətində olan hərəkətlərini dayandıracaq”.

Qeyd edək ki, son vaxtlar İranla Azərbaycan arasında gərginlik yenidən artmaqdadır. Əvvəlcə İran tərəfi Azərbaycanla sərhəddəki nəzarət-keçid məntəqələrində hərəkəti məhdudlaşdıraraq blokada şəraitində olan Naxçıvana yüklərin daşınmasını çətinləşdirib. Daha sonra məlum olub ki, İran xüsusi xidmət orqanlarının agenti Bakıdakı İsrail səfirliyinə qarşı terror planlaşdırdığı üçün tutulub.

İranın Azərbaycana təzyiqləri artırması bu ölkənin Qərblə anlaşma əldə etdiyi bir vaxtda baş verir. Belə görünür ki, İran Qərblə anlaşdığı üçün İsraillə sıx tərəfdaşlıq edən Azərbaycana təzyiqləri artırmağa çalışır.

Geri dön