Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Türk dünyası-Turan > Amerikadakı qohumlarımız - qızıldərililər...
Amerikadakı qohumlarımız - qızıldərililər... |
Ay, Türk adını elan üçün bir səmavi aynadır, Türkün tarixi həm Yerdə, həm də Göydədir. Hüseyn Cavid Bu yaxınlarda Türkiyənin TRT1 telekanalında “Oturan Buğanın izində” sənədli filmi nümayiş etdirilirdi. Bir neçə bölümdən ibarət olan film Amerikanın şimalında yaşayan qızıldərililərdən (qırmızıdərililər) bəhs etdiyi üçün xüsusi maraqla izlədim, həmçinin müəyyən qeydlər götürdüm. Axı qızıldərililərin tarixin qədim zamanlarında Berinq boğazından Şimali Amerikaya keçmiş türksoylu toplum olduğu haqda nəzəriyyə mövcuddur. Yüksək peşəkarlıqla hazırlanmış bu sənədli filmdə TRT1 qızıldərililərin türksoylu olmasını sübut etmək üçün heç bir cəhddə bulunmurdu. Təqdim olunan səhnələrə heç bir şərh verilmirdi. Sadəcə, TRT! tamaşaçını faktlarla baş-başa buraxırdı - Bax, özün müəyyən et! Mənim də bu qeydləri sizə çatdırmaqda məqsədim, qızıldərililəri türk oğlu türk kimi təqdim etmək deyil. Sadəcə, filmdən götürdüyüm qeydlərlə sizləri tanış etməklə, yuxarıda qeyd olunan - qızıldərililərin türksoylu olması haqda tarixi iddianın gerçəyə nə qədər yaxın olduğunu birgə düşünməyimizi təklif edirəm. Sənədli filmdə ABŞ-ın şimal ştatlarında yaşayan iki qızıldərili tayfadan bəhs olunurdu. Qəbilələrin adları belə idi: Lakota və Yakota. Lakota sözünün əski türkcədə hansısa sözlə yaxınlığını və ya eyni köklü olmasını araşdırmadan, Yakota sözünə diqqətinizi yönəltmək istəyirəm: Yakot-yakut və ya Yakota-Yakutiya. Bu qəbilənin adı türksoylu yakutlarla necə də səsləşir. Üstəlik nəzərə alsaq ki, yakutlar da Uzaq Şərqdə - Berinq boğazına yaxın coğrafiyada məskundurlar. Kim bilir, bəlkə də tarixin əski qatlarında o torpaqlardan Amerika qitəsinə köç etmiş yakutlar, mənsub olduqları ulusun adını yeni vətəndə öz qəbilələrinə veriblər. Buradaca qeyd edim ki, Yakota qəbiləsinə mənsub insanların sifət cizgiləri Uzaq Şərqdə yaşayan türksoylu xalqlarla - yakutlarla, tuvalılarla çox oxşardır. Xüsusən də, gözlərinin qıyıq olmaları ilə… Tayfalardan biri “Kaya Siyu” adlanır. Bəlkə də “Qaya suyu” anlamıdadır. Türkiyədə “qaya”ya “kaya deyilir”. Hər halda, mən daha çox bu yozuma üstünlük verdim. Bu yerdə aydınlıq üçün bir məqamı da vurğulayım. “Qəbilə”, “tayfa” deyəndə ilk ağıla Afrika cəngəlliklərində qəbilə halında yaşayan insan topluları gəlir. Amma yox, qızıldərililər öz inanclarına, milli adət-ənənələrinə sadiq olmaqla, ulu babalarının cəngavərlik xüsusiyyətlərini daşımaqla bərabər, müasir yaşam tərzinə malik insanlarıdırlar. Qızıldərililərin yaşadıqları coğrafiyada toponimlərin adları türkcəyə çox yaxındır. Bəzi toponim adlarının mənasını isə ilk səslənişindən anlamaq olur. Həmçinin insanların soyadları da bir çox hallarda türkcə ilə səsləşir. Məsələn, sənədli filmdə danışanlardan birinin adı-soyadı belə idi: Vingent Kara Tüy. Mən yenə də belə yozdum: Kara Tüy - Qara Tük. Yəqin ki, soyadı Qara Tük deməkdir. Anadoluda da “qara”ya “kara”, “tük”ə “tüy” deyilir. Elə Azərbaycan türkcəsində də “tük” sözü “tüyh” kimi tələffüz olunur. TRT1 müsahibinin adının Vingent, yəni ingilismənşəli olması isə sizi çaşdırmasın. Eyni dərd assimlyasiyaya uğrayan bir çox türk toplumlarında yaşanmaqdadır. Moldovada yaşayan qaqauz türklərinin soyadları türkmənşəli olsa da, adları slavyan və ya rumın mənşəlidir. Qızıldərililərin adət-ənənlərində əski türk gələnəklərinə aid çoxsaylı oxşar nümumələr varmış. Onlardan biri ağaca əski (parça) bağlamaqdır. Daha çox şaman dininə məxsus olan bu ənənə qızıldərililərdə də geniş yayılıb. Ümumiyyətlə, ağac (xüsusilə tək ağac) qədim türk kültüründə inam, etiqad məqamı kimi qəbul olunub. Azərbaycanımızın bir çox bölgələrində tək ağaclara inam, xoş arzular diləyib ağaca adını yazmaq, əski parçası baglamaq kimi adətlər bu gün də yaşamaqdadır. Qızıldərililərdə də Şaman var. Onların Şamanı daha çox şəfaverici missiyasını daşıyır. Şaman əlində böyük qaval Günəş rəqsi oynayır. Musiqiləri Uzaq Şərqdəki xalqların musiqilərini xatırladır. Onlar da tək bir Tanrıya inanırlar. Dinlərinin yasaqlandığını bildirirlər. Böyük basqılara rəğmən bir çoxları hələ də xristianlığı qəbul etməyiblər. Deyirlər ki, ABŞ kimi sivil bir dövlətin vətəndaşı olsalar da, fərqli dinin daşıyıcıları olduqları üçün başları çox bəlalar çəkib. Soyqırımına məruz qalıblar dəfələrlə. 1979-cu ildə onların dini azadlıqları məhdud çərçivədə tanınıb. Törənlərə ancaq qızıldərililər buraxılır. Nədənsə qızıldərililər babalarının nə zamansa bu torpaqlara gəldikləri haqda nəzəriyyəni yaxın buraxmaq istəmirlər. Bildirirlər ki, bu torpaqların əbədi və əzəli sakinləridirlər. Onu da qeyd edirlər ki, qızıldərililərin Amerika qitəsinə gəlmə olması haqqında iddia bir çox hallarda onlara ziyan gətirib. Çünki, əslində özləri yaxın tarixdə gəlib Amerikada məskunlaşanlar onlara “Siz bu torpaqlara gəlməsiniz” deyirlər. Atı da müqəddəs sayırlar “Atlarımız müqəddəsdir”deyirlər. At və türk. Məncə, bu yerdə əlavə sözə gərək yoxdur. “Ailələrimiz möhkəm təməl üzərində qurulur və ailə müqəddəsdir” deyir qızıldərililər. Nə qədər doğma dəyərdir bizim üçün. Hə, filmdə ən maraqlı fikri isə dünya görmüş bir nurani qoca söyləyirdi: “Ayda bizim qohum-əqrabalarımız var”. Bu iddia necə tanış gəlirmi? Türklərin Yer planetinə başqa sivilizasiyadan gəlməsi haqda iddiaları yəqin ki, eşitmisiniz. Hətta Göytürklərin də “göydən gəlmiş türklər”ə bir işarə olduğunu söyləyənlər var. Qızıldərili ağsaqqal isə bir qədər də dəqiqləşdirir: “Ayda bizim qohum-əqrabalarımız var”… Aqil Camal Geri dön |