Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Aşıq Alı və Aşıq Ələsgər yaradıcılıqında İslam təfəkürü
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > İslam dini, Mədəniyyət > Aşıq Alı və Aşıq Ələsgər yaradıcılıqında İslam təfəkürü

Aşıq Alı və Aşıq Ələsgər yaradıcılıqında İslam təfəkürü


Aşıq Ələsgər yaradıcılığında İslam təfəkküründən söz açarkən onun “Əlif, Lam...” gəraylısını təhlil etmək zəruridir, ona görə ki, bu gəraylıda bütövlükdə Qurani-Kərimdə yazılan hikmətlər əhatə olunmuşdur. Beləliklə, “Əlif, Lam...” gəraylısının təhlilindən başlayıb Ələsgər yaradıcılığına ardıcıllıqla diqqət edək. Bir şeyi də qeyd etmək lazımdır ki, əslində gəraylının adı “Əlif, Lam, Mim” dir. Son üç nöqtə “Mim”in olmasını bildirir. Qurani_Kərimin 2-ci surəsi- ƏL-BƏQƏRƏ(inək ) surəsi də ƏLİF, LAM, MİM-lə başlayır. Məlum olduğu kimi, Qurani-Kərimin birinci surəsi- Əl- Fatihə yeddi ayə ilə tamamlanır və yeddi rəqəmi maddi dünyanı ifadə edir: yeddi hava təbəqəsi, yerin yeddi qatı, işığın yeddi əsas rəngi, insan duyğularının sayının yeddi olması, yeddi əsas elm sahəsinin olması və s. Aşıq Ələsgər yeddinci bənddə “Hey” hamıya yetər fərman”,-deyə namaza işarə edir. Burada “fərman” sözü ibadətin vacibliyini, yəni Allah tərəfindən əmr edildiyinə işarədir. Aşıq Ələsgər də altıncı bənddə “Fey”- fəna, “Qaf” – qiyamətdir”, deyərək göstərir ki, 50-ci “Qaf” surəsini unutma, dünya malına alüdə olmaq lazım deyil, bu maddiyyat müvəqqətidir: haqqa qayıtmaq zamanı var , o dünya üçün savab qazancı əldə qalandır; qyamət günü xeyir əməl hesaba alınacaq. 114-cü surə -axırıncı Ən-Nas (insan) surəsi də altı ayə ilə tamamlanır: “Pənah aparıram insanların Rəbbinə” – yəni insanların qiyamətdən sonra da qayıtdığı məkan var... İnsanların mövcud olduğu məkan-dünya altı müstəvidən ibarətdir: aşağı, yuxarı, ön, arxa. Yaşadığımız mənzillər də altı müstəvidən və qəbir evi də altı müstəvidən ibarətdir. Yeddinci müstəvi anlayışı mövcud deyil, lakin yeddinci duyğu- insan ruhunun sonda gedəcəyi məkan olsa da, insanlar o məkanı təsəvvür edə bilmirlər: bu Allah sirridir...
Qurani-Kərimin Bismillahdan sonra 1-ci surəsində “Mərhəmətli, rəhmli Allahın adı ilə”,-deyilərək vəhylər başlayır və axırıncı 114-cü surəsində “Pənah aparıram insanların Rəbbinə”,-ayəsilə tamamlanır. Aşıq Ələsgər də şeirin əvvəlində Allahın adı ilə başlayır sonda da Allahın adı ilə fikrini tamamlayır.
Əvvəlki yazımda “MƏHƏMMƏD Ə.S.-ın ULU BABASI IBRAHİM Ə.S. ŞUMER TÜRKÜDÜR, “QÜREYŞ “ TAYFASI – UYĞUR TÜRKLƏRİNİN “TÜREYŞİ” TAYFASI XƏTTİLƏDİR” söyləmişdim və orada göstərmişdim ki, ilk danışıq dili Türk dili, sonra Qibti, Yəhudi növbəti gələn Ərəb dilidir: Ərəb dili özündən əvvəl gələn üç dilin qarışığından yaranmışdır. Lakin Ərəb dilində arxaik Türk sözləri daha çoxdur. Bu da ondan irəli gəlmişdir ki, ilk yazı və dünyəvi, səmavi anlayışlar Şümer türkləri mədəniyyədində təşəkkül tapmışdır, terminlər meydana gəlmiş, yazılı şəkildə antik dünyaya yayılmışdır. Əsasən də qədim dövrdə Ərəbistan yarımadasında, Mesapotomiyada, Afrikanın şimalı olan Misirdə, Hindistan ərazilərində Şumer dünyagörüşü daha geniş yayılmışdır... Qurani-Kərimdə işlədilən morfemlərə-sözün köklərinə diqqət etdikdə türk morfemlərinin çoxluğu nəzəri cəlb edir: “quran” sözü “qur-qurmaq-qurulan” deyilmi? “surə” sözü, yəni “sur-sürayə-səyyarə, sinonimi-ulduz” deyilmi? “ayə” sözü “ay-aydın-işıqlı” sözündən törəmə deyilmi?.. belə sözlərdən ərəb dilində işlənən minlərcə sözlər təqdim etmək olar... Bu yaxınlıqlar Türk şeriyyətində İslam təfəkkürünün geniş yer almasına yol açmışdır. Hələlik bizə məlum olan Nəsimi yaradıcılığından başlayaraq Miskin Abdalda, Şah İsmayıl Xətaidə, Qurbanidə, Aşıq Alıda, Aşıq Ələsgərdə İslam təfəkkürü və fəlsəfəsi daha geniş yer almışdır. Qurani-Kərimi və təfsirləri oxumadan, bilmədən adlarını qeyd etiyim şeriyyət sahiblərinin təqdim etdikləri bədii fikirləri anlamaq mümkün deyil...
Beləliklə, əsas təqdim etmək istədiyimiz Aşıq Ələsgər yaradıcılığına qayıdaq və araşdırmalar aparaq.

ƏLİF, LAM, MİM

İbtidakı “əlif”- Allah, -Burada hərfin səciyyəsi: hər şey Allahla başlayıb aşağı gəlir... 2-ci surə (əlif,lam,mim)
“Bey”-birliyə dəlalətdi. -Bey-bazar, mübadilə; Beytül-mal-xəzinə... yəni maddi mənafe və mənəvi birlik...
“Tey”-təkdi, vahidi-yekta, -Tey-yol: yəni İslam yolu birdir...
Arif bu elmə bələddi. -Yəni İslamı anlayan,-müsəlmanam,-deyən bunları anlayar...

“Sey”-sabitdi doğru yola, -Sey-parlaq yol -yəni 1-ci surə, 5-ci ayə,-bizi doğru yola yönəlt ...
“Cim”-ucadı, bax calala. -Cim-vəhdət-Ləxsi cəlalə-Allahın yaratığı gözğəlliyin ucalığına işarə...
“Hey”- mehribandı halala, -Hey-görünüş-varlıq: yəni İslam halallıqda görünür , halallıq sevir...
Münkir ondan xəcaləti. -İnkir səvab yazan, Münkir günah yazan möminlərə şər yaza bilmir...

“Xey”- birdi, xaliqi-əkbər, -Xey-at-Düldül-Misirdən peyğmbərə hədiyyə,Əlinin atı –yaranışda tək, göxəl olan...
“Dal”-doğru doqquz fələklər, -doqquz ulduz: Mərrix və s. şər qüvvə olanı-Dal-bükülmüş belə oxşar yetirdikləri xətər.
“Zal”- zikr eylə dildə əzbər, -Zal- namazdan sonra zikr etmək; zal-qoca mənasında ax. düşünmək...
“Rey”- Rəsuli- Əhməddir. -Rey- dövr; Tovrat və İncildə Məhəmməd ə.s. adı Əhməd-Allahın rəsulu...

“Zey”- zəbanı aç xudaya, -Zey-qiyafə-zəban ağız: yəni namaz libasında Allaha ibadət et...
“Sin”- salam et, getməz zaya, -Sin-yaş-ömür: namazdan sonrakı salamlar: nəbilərə, əməli salehlərə...
“Şin”- şövq elə o mövlaya, -Şin-həvəs- Allaha məhəbbətlə ibadət et, qorxu və təmənna ilə yox...
Qeyri söhbət məsiyyətdir. -Məsiyyət-günah, təqsir: şeytani söhbətlər günahı nəzərdə tutulur...

“Sat”- səbri-Şahi-Heydərə, -Sat-seyyid- Əhli-beyt- Həz. Əlinin xəttilə doğulanlar nəzərdə tutulur...
“Zat”- zərbin vurdu Əntərə, -Zat-doğulmuş-yenə Həz.Əli Xeybərin alımasında Mərhəbə-Əntərə qalib gəlməsi...
“Ta” - tərif çıxdı göylərə, -Ta-əlifli adlanan hərf: Həz. Əlinin Xeybərin dəmir qapısını qalxan kimi işlətməsi...
Ağam kani-şücaətdir. -Kan-mədən- Həz. Əlinin elm və fiziki tükənməz gücünün böyüklüyü nəzərdə tutulur.

“Zay”- zülm edəcək düşmənə, -Zay-doğum haqqında sənəd- yəni İslamın sıraları artdıqca düşmənləri azalacaq...
“Ayın”-həyati-çeşminə, -Ayın-mərasim-orucluq bayramı; qurban bayramı və s.
“Ğayın”-ğül-ğüli-dövranə, -Ğayın-yəni əminamanlıqda- ğül-ğül-şənlənmə...
“Fey”- fəna, “qaf”-qiyamətdir. -Fey- dünya malının faniliyi; Qaf-50-ci surə-qiyamətddə haqq-hesab...

“Kaf”- kon ilə tutub qərar, -Kaf-bütöv kainat Allahın “ol” əmrilə bərqərar olmuş...
“Lam”-lal necə hesab verər?! -Lam- nur -samit olduğu üçün saitsiz-əlifsiz səslənə bilmir...2-ci surədə 2-ci hərf...
“Mim”-möminə yol göstərər, -Mim-2-ci surənin əvvəlidə yazılan 3-cü hərf –Məhəmməd ə.s. yəni Qurani-Kərimin
İsmi-paki- Məhəmməddir. Surələrini deməklə İslamla haqqa gedən yolu göstərməsi...

“Nun” –nida eylər hər zaman, -Nun- məc. bükülmüş bel, qocalıq- Allahdan kömək diləmək, nida etmək...
“Vov”-vay deyər, yatma, oyan, -Vov-fəryad-qəflətdə yatanların, Qurani-Kərimdən bixəbər yol azanların İslama
“Hey”-hamıya yetər fərman, gəlməsinə çağrış-azan... “Həyyə xeyrül-əməl”-xeyir əmələ tərəf...
Sanma səhni- zərafətdi. Allahın əmri hamı üçündür, əbəs , zarafat deyil...

“Yey”- yekdi adil padişah, -Yey-kömək-mərhəmətli rəhimli Allah bağışlayandır, kömək edəndir...
“Lam- lifla”- birdi Allah, -Əliflə Lam birləşəndə Allah oxunur. 2-ci surənin də .əvvəli əlif,lam,mimlə başlayır
Ələsgər, tutduğun günah oxunuşda Allahın adını bildirir...
Bağışlansa, çox hörmətdi. –Peğəmbərlərdən savayı hər bəndənin cüzi də olsa, günahı var ...

Aşıq Ələsgərin bağlamalarında da əsasən İslam anlayışları önə çəkilir. Bu baxımdan aşığın
“Ay nədən oldu” qoşma bağlamasına diqqət edək.



Aşıq Ələsgər:
Yerin, göyün, ərşin, kürsün, insanın
Künhü, bünövrəsi ay nədən oldu?
Yeri göydən, göyü yerdən kim seşdi?
Hikmətin dəryası ay nədən oldu?

Mənim cavabım:
“OL!” dedi, yarandı yeddiqat yer-göy,
Adəmin torpaqdan əsası oldu.
Ulduzlar, Ay, Günəş nizama gəldi,
Məhəbbət aləmin təması oldu

Aşıq Ələsgər:
Yeddi qat göy nə növ ilə quruldu?
Neçə qəndil, neçə sütün vuruldu?
Sən kimsən, mən kiməm kimdən soruldu?
Ustadlar ustası ay nədən oldu?

Mənim cavabım:
Yeddi qat göy dairəvi quruldu,
Kainata nurdan sütün vuruldu.
Cəbrayıldan ilk haqq-hesab soruldu,
Düzəltdi səhvini, xilası oldu.

Aşıq Ələsgər:
Nədən loh yarandı, nədəndi qələm?
Neçə hüruf o məclisdə oldu cəm?
Aləmi-ərvahda qurulan ələm
Ayəsi, şüqqəsi ay nədən oldu?

Mənim cavabım:
Cənnət qapısına nur oldu qələm,
“Bismillah” yazıldı- doqquz hüruf cəm.
Ruhlar aləmində quruldu ələm, “ələm”- elm
Yüz on dörd surəsi qaydası oldu. Qurani-Kərimin 114 Surəsi

Aşıq Ələsgər:
Mansırın toxmağı, İsrafil suru,
Kəbənin zəmzəmi, Musanın Turu,
Nitqimin guyası, dərdimin nuru,
Sərimin sevdası ay nədən oldu?

Mənim cavabım:
Mansırın toxmağı, İsrafil suru,
Kəbənin zəmzəmi, Musanın Turu,
Nitqimin guyası, dərdimin nuru,
Başımın sevdası təqvası oldu? “təqva” İslam yolu tutmaq


Aşıq Ələsgər:
Yazıq Ələsgərəm, intizarım var,
Alimsənsə, məni eylə xəbərdar:
Elmi hardan tapdı cümlə aşıqlar? Şərq şeriyyətində mənasına görə
Şeri-müəmması ay nədən oldu? “müəmma”-şeirin sirri, dərin mənası...

Mənim cavabım:
Göyçəliyəm, Göyçəm olub dərd, qübar,
Sənin Səhnəbanu intizarın var.
Elmi eşq camından tapdı aşıqlar,
Şeri-müəmması nidası oldu.

Aşıq Ələsgərin dini mövzularda dediyi şeirlərdə Quran ayələrinə istinadlarından əlavə təfsirçilərin də dünyagörüşü yer almışdır. İkinci bənddə mələk Cəbrayılın Allahın “Sən kimsən, mən kiməm?”sualına “Sən sənsən, mən mənəm” cavab verməsi və bu cavaba görə qanadlarının yanması, üçüncü dəfə “Sən Yaradansan, mən yaranan” deməsilə bağışlanılması əhvalatı ritual rəvayət olaraq meydana gəlmişdir. Qurani-Kərimdə bu məzmunda açıqlama yoxdur...
İndi Aşıq Ələsgərin “dildönməz” növdə dediyi bir gəraylısına nəzər yetirək:

BAX-BAX (sözlər fars dili qramatikası ilə Türk xitabı ilə qarışıq işlədilir)
Axı biya, biya, bigu, -axı səhrada ümidsiz bir yol gedirəm,
Bigu, biqof, dağa bax-bax! -ümidsizlikdən qaça bilmirəm, sinəmdəki dağa bax...
Həyyü, həqqü hakim sənsən, -həqiqət yoluna yön verən hakim Sənsən,
Həyyə bax, bu bağa bax-bax! -nicata bax, yaratdığın Cənnət bağına bax... yəni haq yolçularının
mükafatı Cənnətdir...

Gözüm sağı, səhər çağı, - (Allaha ibadət edən möminlər) gözümün ağı sübh namazı ağ geyinək, Geyək ağı, gəzək bağı; yəni kəfənə bürünüb dünyamızı dəyişək: möminlərin də sevdası belədir.
Hamı sevib bu sayağı, Görün Cənnətin nemətləri nə qədər ləzizdir!
Qaymağa, həm yağa bax-bax!


Əziz ayə, müəmmayə, - Əziz ayələrin sirrinə, dərinliyindəki sığınacağa, nicata nəzər yetir...
Salsan sayə, bu məvayə, - Allahım, mənim haqq aşiqi olmağımın səbəbkarı Sənsən.
Səbəb sənsən bu sevdayə, Sağımda səvablarımı yazan mələyin yazdığını nəzərə al, günahlarımı
Böyük ağa, sağa bax-bax! bağışla!

Bəşəriyyətin bədii təfəkkür tarixində Aşıq Alı ilk dəfə olaraq “dodaqdəyməz” şeir növü yaratmaqla
bədii anlayışda əsasən Allahın böyüklüyünü, qüdrətini tərənnüm etmişdir. Başqa qoşma və bağlamalarında da Peyğəmbərin, Həz. Əlinin Şah-Mərdan, Mustafa adları ilə fikirini təqdim edir. Aşıq Alı haqqında növbəti məqalədə geniş məlumatlar vermək fikrim olduğu üçün bu yazıda Aşıq Ələsgərdən, onun yaradıcılığını tam əhatə etməsə də, məlumatlar vermək məqsədi qarşıda durur. İndi onun bir “dodaqdəyməz “ cığalı təcnisinə diqqət edək. Onu da qeyd edim ki, Aşıq Alıdan sonra bu janrda şeirin texnika və tələblərinə cavab verən təcnis deyən olmayıb. Cəhd eləyənlər olsada tələblər pozulub... Allahın hökmüilə bir dənə dodaqdəyməz cığalı təcnis mən də demişəm və şeirin bütün tələblərinə cavab vermişdir...
Aşıq Ələsgərin bu təcnisdə qarşıya qoyduğu “düstur” mahiyyətli fikirlər çox çətin bir araşdırmadır..
NƏ YAXŞI-YAXŞI
Əzizi cani-dil, eyni dirəxşən, - Həz. Məhəmmədin üzünün nuruna işarədir...
Risalə deyirsən nə yaxşı-yaxşı. –risalə-ayələr, yəni Allahın vəhyini deyirsən...
Qarşıda nə yaxşı,
Ləhcən gəlir nə yaxşı. -Qurani-Kərimin avazla oxnması. Ayələr şeir ahəngli olması səbəbi...
Canan cannan əzizdir, -Can verən Allah candan əzizdir, ona olan sevgim ilahi sevgidir:
Nə Leylidir, nə Yaxşı. Bu sevgi leyli, nə də Sarı aşığın sevgilisi Yaxşının məhəbbəti deyil...
Dil deyər cananın sadağası can, -Burada İbrahimin Allah sevgisinə İsmayılı qurban deməsi və Allahın
Canan deyər, ey can, nə yaxşı-yaxşı. Bu sevgi müqabilində ismayılı İbrahimə qaytarmasına işarədir...

Yazıq canı yada saldın sən ginə, - İsmayılın anası Həz. Həcərə Allahın dərman oğlunun əvəzinə qoç
Səd hazar dərdinə gətirdin kinə. qurban buyurmasına işarədir.
Qarşıda sənginə, -Ahən-dəmir... əslində “atəç yanar sənginə” olmalıdır... İbrahim
Ahən yanar sənginə. peyğəmbərin Nəmrudun əmrilə odda yandırılması səhnəsində
Tərlan şikar eylədi, İbrahim tonqalın içində çəmənlikdə oturub mələk Cəbrayılla söhbət
Çıxdı dağlar sənginə. etməsinə işarədir. Şəcər-su dəyirmanının çarxı bir surətlə asta-asta
Şəcər ahən çəkər səngisənginə, fırlanıb dəni narın üyüdür. Yəni zaman asta-asta fırlanıb Nəmruda
Yeyər dəni dəhan nə yaxşı-yaxşı. İbrahimin Allahın peyğmbəri olmasını başa salır...

Ələsgər, sən eşq atını yay indi, -eşq atı-ilham pərisini burax... yazın yaışlı-yağmurundan, qışın soyu-
Yazdan, qışdan ləzzətlidi yay indi. Undan güllü-çiçəkli yay ləzzətlidi... xətəng-ox, yay-kaman.... yəni
Qarşıda yay indi, hiss və duyğularını gözəlliyə yönəldəcəksən, durma, yönəlt...
Çək xətəngin yayın di,
Aşiq eşqin atını
Yayacaqsan, yay indi.
Ah-zar eyləyər insan yay- indi, - yayda quraqlıq keçən zaman qayda belədir ki, yağış arzulayarlar...
Ərşdən leysan yağa, nə yaxşı-yaxşı!



Ardı var.

Niftalı Göyçəli
Türk Tarixi və ədəbiyyatı araşdırıcısı
Müəliflə əlaqə: 055 850 78 64

Geri dön