Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Fərəc Quliyev: “Azərbaycan hərb yoluna əl atarsa...” – MÜSAHİBƏ
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Müsahibə, Özəl xəbər, Fərəc Quliyev > Fərəc Quliyev: “Azərbaycan hərb yoluna əl atarsa...” – MÜSAHİBƏ

Fərəc Quliyev: “Azərbaycan hərb yoluna əl atarsa...” – MÜSAHİBƏ


simsar.az - saytına MÜSAHİBƏ
Millət vəkili Fərəc Quliyevlə ölkədə baş verən son siyasi proseslər barəsində söhbət apardıq. Müsahibəni Simsar.az-ın oxucularına təqdim edirik:

- Dağlıq Qarabağ probleminin həlli istiqamətində fəal addımlar atılır. Azərbaycanın, beynəlxalq qurumların və xarici ölkələrin bu dönəmdə rolunu necə qiymətləndirirsiz ?

- Bu çox prinsipal məsələdi. Azərbaycan burda öz məsələsini güdmür. Burada artıq qütbləşmiş dünya prinsiplərinin, düşüncələrinin davası gedir. Amerika və Qərb dövlətləri dünyada yeni siyasəti yürüdən və tətbiq edən tərəfdir. Lakin digər tərəfdə Qərb dövlətlərinə və Amerikaya duruş gətirməyə çalışan Avrasiya Bloku var. Bu bloka isə imperialist, revanzişst qüvvələr – Rusiya başda olmaqla, digər dövlətlər daxildir. Bu iki böyük qüvvə arasında soyuq müharibənin getdiyi bir məqamda Azərbyacan kimi bir ölkənin mövqeləri çox mühümdü. Bu gün Azərbayacana olan təzyiqlər də, əslində o projelərin həyata keçməməsi üçündür. Mən Azərbaycanın bu məsələlərdə ortada buraxılmasını tamamilə anlaşılmaz qəbul edirəm. Çünki Amerika və qərb dövlətlər fərqli davranmalıdılar. Azərbaycan qərbi və ümumiyyətlə yaxın ölkələri enerji təhlükəsizliyi ilə təmin edir. Rusiyadan asılılığı qurtarır. Həm də yeni dünya düzəninin orta Asiyaya transferində çox ciddi rol oynayır. İran, İraq, Suriya məsələlərinin gərgin vaxtında ölkəmiz Qərb üçün çox mühüm və strateji mövqedi. Azərbaycanın rolu nəinki Yaxın Şərqdə, həmçinin Cənubi Qafqazda da danılmazdı. Cənubi Qafqaz tənliyinin həllində də Qarabağ açar məsələsidi. Bu tənlik həll olunmadan bölgədə sabitlik olmayacaq. Təbii ki belə məqamda ABŞ Dövlət Departamentinin bəyanatı da anlaşılmazdı.

- Ancaq hələ ortada BMT Təhlükəsizlik Şurasının Qarabağla bağlı qəbul etdiyi və icra olunmayan qərarlar var...

Əlbəttə BMT-nin qəbul etdiyi qərarlar, qanunlar, davranış modelləri hamı üçün bərabərdirsə, onda ortaya sual çıxır ki, bəs Azərbaycanla bağlı qəbul edilən 4 qətnaməyə niyə əməl olunmur?! Halbuki həmin qətnamənin qəbulu üçün səs verən ölkələrdən biri məhz elə Amerika olub. BMT nizamnaməsinin 7-ci bəndinin 41, 42-ci paraqraflarında göstərilir ki, qətnamələrin həyata keçməsi üçün ya qeyri-hərbi sanksiyalar, ya hərbi sanksiyalar həyata keçməlidir. Azərbaycan da heç vaxt danışıqlar məsələsində tərəddüd etməyib. Biz “Dağlıq Qarabağ” probleminin sülh yolu ilə həlli üçün hər cür addımlar atmışıq. Amma buna sülh yolu vastəsilə nail olunmursa, niyə qeyri-hərbi sanksiyalar tətbiq olunmur? Azərbaycan torpaqlarını qaytarmaq üçün hərbi yola əl atacaqsa bu təqdir olunmalıdı. Hər bir ölkənin belə bir haqqı var. Amerikanın bir ərazisi işğal olunarsa necə davranacaq?!

- Deyirsiz Azərbaycan müharibəyə əl atacaq. Bəs xarici ölkələr necə, buna razı olacaqlar?

- Onlar hesab edirlər ki, burada nə formada olursa olsun sabitlik qalsın və bununla da böyük iqtisadi layihələr həyata keçirilsin. Bunun üçün də regionda problem aradan qalxmalıdır. Problemin həlli isə problemə göz yummaqdan keçmir. Onun üstünə gedib, həll etməkdən keçir. Tamamən qeyri sabit, qeyri müəyyənlik içərisində qalan Qafqazda günün birində bir partlayış olacaqsa bütün iqtisadi layihələr alt-üst olacaq. Bu mənada mən Avropa ölkələrinin davranışını normal hesab etmirəm. Amma Azərbaycanın ortaya qoyduğu mövqe açıq, aydın görünür. Biz hələ də məsələnin diplomatik yolla həllinə ümid edirik. Vastəçilər münaqişəni dinc yolla həll edə biləcəklərsə, etsinlər. Amma bu həll prosesinin konkret bir zaman limiti olmalıdır. Günün birində Azərbaycan hərb yoluna əl atarsa, bizə heç kim irad tuta bilməz.

- Bu qeyri-müəyyən prosesdə Azərbaycanın Rusiyaya, yoxsa Avropaya inteqrasiyası daha münasibdir

-Azərbaycan da çalışır ki yeni dünya qaydalarına əməl etsin. Qərbə interiyasını ortaya qoysun. Avropanın enerji təhlükəsizliyində, iştirakı olsun. Bütün digər məsələrdə Azərbaycan öz mövqeyini açıq şəkildə ortaya qoyub. Hətta Türkiyə rəsmiləri də bildirib ki, Azərbaycan möhkəm dayanıb və öz istiqamətini dəyişməməlidir.

- Müdafiə Nazirliynə yeni nazirin təyin olunması, hərbi sistemin tamamilə yenilənməsi, eyni zamanda, Zakir Həsənovun Qarabağ müharibəsi iştirakçılarından olması Azərbaycanın müharibəyə əl atacağından xəbər vermir ki?

-Mən Zakir müəllimin fəaliyyətə başlamasını təqdir edirəm. Adamlara təbii ki əməllərinə görə qiymət verərlər. Orada kadr islahatı ilə bağlı işlər görürsə, özünün komandasını formalaşdırırsa bu anlaşılan bir şeydi. Biz müharibə şəratində yaşayırıq. Bir gün müharibə edə bilərik. Elə olan halda bizə güvəndiyimiz komandir lazımdı. Dislokasiya məsələlərində də çox çevik davranışları var. Əsgərə sahib çıxmaq çox gözəl addımlar oldu. Mənzillərlə təmin olunma baxımından başqa bərabər yanaşmalar ortaya qoydu. Mən təftişçiliyin əleyihinəyəm. Demirəm ki, keçmiş nazirimiz və nazirikdə işləyənlərin hamısı pis işləyib. İndiyə qədər ordumuz var olubsa, deməli, onların da burada əməyi var. Amma hər struktur kimi ordumuz da kamilləşməlidi. İnkişaf orada daha çox olmalıdı. Üstəlik də nazirimizin təzə siyasi görüşü məni qane edir. Onun Rusiyadakı son görüşdə Rusiya Müdafiə Nazirliyinə irad bildirməsi və sorğu qoyması həqiqətən də çox heyratimizdi. Əslində müdafiə nazirinin bu cür bir şərt qoyması çox gözəl bir haldır. Yəni müdafiə nazirinin dövlətin daxili işlərinə kimsənin qarışmamasını tələb etməsi, dövlətin böük və ya kiçikliyindən asılı olmayaraq, bərabər hüquq gözləməsi mühüm məsələdi. Daxili münasibətlərlə bağlı ordunun silah- sursatla təminatı yüksək səviyyədədir. Qərb silahlarına maraq daha çoxdur. Türkiyədən helekopterlərlə maraqlanmaları təqdirə layiqdir. Silah bazarını NATO prinsiplərinə uyğunlaşdırması və ortaq türk ordusunun yaradılması mühüm işlərdir.

- Artıq şayiələr gəzir ki, Səfər Əbiyev tutulacaq...

- İndi dəbdədir, əgər adam iş başındadırsa ona toxunmurlar. Vəzifədən uzaqlaşdırıldıqdan sonra hücum çəkirlər. Əgər korrupsiya faktı varsa araşdırılacaq. Hər kəs cəzasını çəkəcək. Hələlik bu olmadan indidən kimisə ittiham etmək bir az da yıxılana balta vurmaq kimi çıxır. Mən orduda kifayət qədər səhvlər olduğunu demişdim və indi də deyirəm. Amma ordu quruculuğunda keçmiş komandirlərin, generalların kifayət qədər rolu var. Bunu unutmaq lazım deyil. Hər halda biz həmişə keçmişimizə güllə atmaqla məşqul olmalı deyilik.


Aynur Bayramova "simsar.az"saytı

Geri dön