Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Nə üçün avropalılar Təbrizi özlərinə yaşayış yeri seçmişlər
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan-Təbriz > Nə üçün avropalılar Təbrizi özlərinə yaşayış yeri seçmişlər

Nə üçün avropalılar Təbrizi özlərinə yaşayış yeri seçmişlər


Hələ Abbas Mirzə Təbrizdən hökmranlıq etdiyi zamanlarda ,əhalinin sıxlığına və ərazisinin böyüklüyünə görə İranın birinci şəhəri hesab olunduğu üçün bütün Avropa səfirlikləri İranın rəsmi paytaxtı olan Tehran şəhərində deyil, Təbrizdə yerləşirdi.Aşağıdakı verilən səbəblərə görə səfirliklər Tehranı deyil, Təbrizi özlərinə oturum yeri seçmişlər:

Birincisi o zamanlar Təbriz Tehrandan qabaqcıl şəhər hesab olunurdu, çünki Təbrizin əhalisi hələ qədim zamanlardan Avropalılarla ticarət və gediş-gəliş edirdilər.Ona görədə Təbrizdə bir Avropalını küçədə görəndə nə heyrətlənərdilər, nə də üz çevirərdilər, alver zamanı onları normal bir müştəri kimi qəbul edib alış-veriş edərdilər. Lakin Tehranda onlara şübhə ilə baxılardı, bəzi zamanlarda öz qonşuları yanında nüfuzlarının aşağı düşməməsi üçün onlara bir şey satmazdılar. Hətta Səfəvilər dövründən bir az qabaq İtaliyan dukası, Fransız livri və Rusiya rublu Təbriz bazarında İran pulu kimi dövriyyədə idi. Onda Tehran Rey şəhəri yanında kiçik bir qəsəbə hesab olunurdu və islam tarixçiləri onun adını yalnız coğrafi baxımdan cəkmişlər.Fətəli şah dövründə Tehran Kərim-xani Zəndin tikdirdiyi binalara baxmayaraq kiçik bir qəsəbə idi.İngilis Dr.Barnez 5 il Türkmənçay müqaviləsindən sonra 1833-cü ildə İranda səyahəti zamanı yazmışdır ki, Tehranın əhalisi 25000 , Təbrizin isə 400000 nəfər əhalisi var idi, Avropalılarda Təbrizi bir Avropa şəhəri kimi qəbul edib oranı yaşayış yeri seçmişlər.

3-cüsü Avropalılar Təbriz şəhərindən həm də coğrafi mövqeyinə görə başqa şəhərlərlə əlaqə saxlayırdılar, onlar öz çaparlarını Təbrizdən Trabzona göndərərdilər, oradan da Avropaya.Tehrandan Trabzona çapar göndərmək çox çətin idi, çünki o yol daha uzaq idi , nəqliyyat vasitəsinin imkanlarına uyğun gəlmirdi və bununlada Təbrizdəki səfirliklər daha çox vaxt qazanırdılar.

4-cüsü Təbrizin havası Avropanın havasına uyğun gəlirdi, yəni rütubətli deyildi. Dr. Barnez yazmışdır ki, Təbrizin havası o qədər təmizdir ki, orada heç bir Avropalı xəstələnmir. Amma Tehranın yay havası onlara düşmürdü, onları xəstələndirirdi.Ümumiyyətlə İrana gələn turistlər Tehranın yay havasına dözməzdilər və yaylağa gedərdilər.

5-ci səbəb Təbriz ticarət mərkəzi hesab olunurdu.Təbrizin ticarət mərkəzi olmasının uzun bir tarixi var,tarixə əsasən Təbriz miladın birinci əsrindən başlayaraq ticərət mərkəzinə çevrilmişdi və bura Tovruz adı verilmişdi.Tacirlər bu şəhəri import-eksport üçün Tehrandan üstün bilirdilər, çünki onların imkanları Tehrandan cox idi.Təbrizdə böyük ticarət mərkəzləri ilə yanaşı həm də pul alver mərkəzləri mövcud idi ki, onlar bu günkü bankların gördüyü işləri yerinə yetirirdilər.Əgər tacirlərin pula ehtiyacları olsa idi həmin pul alver mərkəzlərindən kredit ala bilirdilər, amma bu imkanlar Tehranda yox idi.Yalnız Avropalılar ticarət baximdan Təbrizə üstünlük vermirdilər, hətta daxildə yaşayan tacirlər də oranın ticarət imkanları yüksək olduğu üçün Təbrizə üstünlük verirdilər.

Sonuncu səbəb budur ki, Avropalı səfir və tacirlər öz ölkələrində istifadə etdikləri bütün yemək məmulatlarını Təbrizdə tapa bilirdilər, yalnız balıq və bəzi quş növlərindən başqa.Avropalılar 19-cu əsrdə Tehranda bazarlıq edərkən alver məmulatlarının burada daha bahalı olduğunu və Təbrizdə onların daha ucuz və keyfiyyətli olduğunu qeyd etmişlər.

Bu izahatlardan sonra daha təəcüblü deyil ki, rus generalı Paskeviç nə üçün Təbrizi işğal etmək planını tökmüşdür.Əgər o zaman Paskeviç Təbrizi işğal etsə idi Fətəli şaha böyük zərbə vura bilərdı.Hətta İsxovun Araz çayını keçməsinə baxmayaraq, İran əhalisi çarın qoşunlarının Təbrizi işğal etməsini ağıllarına gətirə bilmirdilər və deyirdilər ki, çarın qoşunları Arazı keçsə böyük təhlükə ilə qarşılaşacaqlar və Ayərbaycanlılarla müharibəyə səbəb olacaq.O zaman Fətəli şah tərəfindən ruslara qarçı vuruşmaq istəyən, yalnız soyuq silahla təchiz olunmuş könüllü 2 grup Ayərbaycana tərəf yola düşür,amma Fətəli şah onların rusların isti silahları qarşısında nə edəcəklərini təcrübə edə bilmirdi.Hələ Aristovun qoşunlarında olan çıçək xəstəliyı keçdikdən sonra Paskeviç əvvəlcə Təbrizi, sonra Azərbaycanı və bütün şimal vilayətlərini işğal etmək planını həyata keçirmək üçün Aristovu oraya təyin etdi.Paskeviç Aristovu başa saldı ki, o bu müharibədə Ayərbaycanda olan elatlarla üzbəüz gəlməməyə çalışsın.

O elatların Ayərbaycanın qərb hissəsində yaşadığını və əgər onlar bu müharibəyə qoşulsalar o şəhərlərin işğalindan vaz keçməsini anlatdı.Azərbaycanın bütöv işğalı elə olmalı idi ki,mərkəzi vilayətlərdən onun əlaqəsi kəsilsin, Aristov o zonanı əlinə elə alsın ki, o biri vilayətlərdən qoşunlar yardıma gələ bilməsinlər.O qeyd etdmişdir ki, Təbrizin işğalında cox ehtiyatla davranmalidır, camaatın canına, malına xəsarət dəyməsin.Aristov nəzərə almalıydı ki,namus məsələsində ayərbaycanlılar cox təəsübludürlər, onların heysiyyatlarına toxunmasınlar və o şəhərlər stratejik baximdan əhəmiyyəti yoxdursa onlara vaxt sərf etməsinlər.O vaxt Fətəli şahla ruslar vuruşanda Təbrizin ətrafında hasar və qalalar yox idi.Müharibə başlayanda Təbrizlilər Abbas Mirzə xana təklif edirlər ki, Təbrizin ətrafına hasar çəkilsin və Abbas Mirzə xan bu təklifi qəbul edir.1819-cu ildə Təbrizin ətrafında hasar tikilir və xəndəklər qazılır.Lakin imkan olmadığından bu xəndəklər yaxşı qazılmadı və 1825-də sona çatdı.Artıq Paskeviç Aristovun vasitəsilə Təbrizi işğal etmək istəyəndə hasarlarda, xəndəklərdə hazır idi.O zaman Təbrizin hakimi Allahyar xan Qacar Dəvəlli (ləqəbi Asəf-id Dölə) idi, amma Abbas Mirzə onun hakimliyinə etiraz etməsinə baxmayaraq Fətəli şah onun hakim olması əmrini verdi.

Həmin hakimin ləyaqətsizliyi və bəzi təbrizlilərin xəyanəti Aristovun oranı işğal etməsinə səbəb oldu.Paskeviç , Abbas Mirzə və Mirzə Əbülhəsən xan Şirazi (xarici işlər naziri idi) 1827-ci ildə Türkmənçay müqaviləsini imzalayırlar və bununlada Quzey Azərbaycan Naxçıvan, İrəvan, Şirvan, Qarabağ, vilayətləri Rus və Güney Azərbaycan isə Fars əsarətinə verildi.

Geri dön