Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Türk dünyası-Turan > Türkiyəli millət vəkili Azərbaycanı da “Kürdüstan”a daxil etdi
Türkiyəli millət vəkili Azərbaycanı da “Kürdüstan”a daxil etdi |
Türkiyəli millət vəkili Azərbaycanı da Kürdüstana daxil etdi
İraq Kürdüstan regional rəhbərliyinin başçısı Məsud Bərzaninin 21 il sonra Türkiyə baş naziri Rəcəb Təyyib Ərdoğanın dəvəti ilə Diyarbəkrə səfərindən iki həftə keçdi. Ancaq bu səfər, Ərdoğanın çıxışında “Kürdüstan” ifadəsini işlətməsi və səfər ərəfəsində M.Barzaninin rəhbərlik etdiyi Kürdüstan Demokratik Partiyasının rəsmi facebook səhifəsində “Böyük Kürdüstan” xəritəsinin verilməsi ətrafında müzakirələr hələ də davam edir. Xatırladaq ki, Azərbaycanın əksər şəhərləri də “Böyük Kürdüstan” xəritəsinə salınmışdı. “Hürriyet” qəzetinə müsahibəsində Xalqların Demokratik Partiyasının həmsədri və İstanbul millət vəkili Sebahat Tuncel bütün bunları qiymətləndirib. Ərdoğanın söylədiyi “Kürdüstan” ifadəsinə şərh edən millət vəkili bu ifadənin coğrafi bir ad olaraq Mustafa Kamal Atatürk tərəfində də işləndiyini bildirib. Millət vəkili “Kürdüstan haradır” sualına cavab verərkən isə Azərbaycana qarşı da ərazi iddisı iləı çıxış edib:“İran, İraq və Suriyanın şimalı, Türkiyənin cənub və cənub-şərqi. Kürdlər adətən bu dörd parçaya Kürdüstan deyirlər. Hətta bəziləri beş hissədən də danışır. Çünki, Rusiyada da çoxlu kürd yaşayır. Azərbaycanda bir milyon kürd yaşadığı deyilir. Amma Kürdüstan ümumiyyətlə söylədiyim 4 bölgəni əhatə edən coğrafi bölgəni ifadə edir. Baş nazirin bu sözü söyləməsini də əhəmiyyətli hesab edirəm. İnsanlar illərlə “Kürdüstan” və “kürd” dediyi üçün mühakimə olundu. Amma baş nazir bunu qanuniləşdirərkən Atatürkə istinad etdi. “Kürdüstan” demək, ya da kürdlərə avtonomluq vermək Türkiyəni bölməz, əksinə birləşdirər”. S.Tunceli PKK qurulan zaman müstəqil və birləşmiş “Kürdüstan” tezisi ilə ortaya çıxdığını, amma zaman keçdikcə PKK-nın bu tezisdən imtina etdiyini deyib. O, dövlətin türklərin qorxuları ilə oynadığını və öz məqsədləri üçün istifadə etdiyini bildirib. Millət vəkili Diyarbəkr görüşü ilə baş nazirin Orta Şərqdə necə hərəkət edəcəyinə dair ümumi bir mesaj verdiyini düşünür:“Bu təbii ki, kürdlərə də, hörmətli Öcalana da verilmiş mesaj oldu. Diyarbəkrdəki görüntü kürd probleminin həllinə dair deyil, ticarət razılaşmalarına istiqamətli bir görüntü idi”. Xatırladaq ki, bir neçə gün əvvəl AKP-li millət vəkili Mehmət Mətin Ər də Ərdoğanın “Kürdüstan” ifadəsini dəstəkləmiş və “Böyük Kürdüstan” xəritəsini müdafiə etmişdi. Millət vəkili “Haber türk” telekanalının “Teke tek” proqramında məşhur jurnalist Fatih Altaylının suallarını cavabladırarkən “Mən bu xəritəni təsdiq edirəm və hər kəs onu təsdiq etməyə məcburdur. Kürdlər 4 ölkədə yaşayırlar və oranı Kürdüstan adlandırmaq lazımdır”, - söyləmişdi. Kürdüstan Demokratik Partiyasının rəsmi facebook səhifəsində yayılan xəritədə bütün Qərbi Azərbaycan əyaləti, Şərqi Azərbaycanın bir sıra şəhərləri, azərbaycanlılar yaşayan Bicar, Gürvə, Sonqur şəhərləri, Həmədan əyaləti, Naxçıvan və bir sıra başqa şəhərlər daxil edilib. “Kürdüstan” xəritəsi ilk dəfə deyil ki, ortaya çıxarılır. Xəritələrin Qərb mətbuatında da yayımlanması göstərir ki, bu işdə maraqlı tərəflər yetərincədir. Təxminən üç ay əvvəl Almaniyanın məşhur dərgilərindən biri olan “Zenith”in üz səhifəsində ölkənin şərq və cənub-şərq bölgəsi Kürdüstan ərazisi kimi təqdim edilmişdi. İslam dünyası və Yaxın Şərq ölkələrindəki siyasi, mədəni, iqtisadi və ictimai mövzularla bağlı araşdımalar aparan dərginin üz səfihəsində Ərzurumdan Antepə qədər olan ərazi Kürdüstanın tərkib hissəsi kimi göstərilmişdi. “Nyu-York Tayms" qəzetinin yazarı Robin Vrit bu yaxınlarda Orta Şərqdəki situasiyanı və hadisələrin inkişafını qiymətləndirmişdi. Yazar Yaxın Şərqdə 5 ölkənin parçalanacağını və 14 yeni dövlətin yaranacağını irəli sürüb. Vritə görə, parçalanacaq dövlətlər arasında Suriya və İraq da var. Təxminən 2,5 ildir vətəndaş müharibəsi davam edən Suriya ilə yanaşı İraqın da 3 hissəyə bölünəcəyini qeyd edən yazar Suriyanın şimalı ilə Şimali İraqda bir Kürdüstan dövlətinin qurulacağını vurğumışdı. Ömər Dağlı Geri dön |