Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Təbriz şəhərindəki şairlər abidəsi dağılmaq təhlükəsi ilə üzləşib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Təbriz şəhərindəki şairlər abidəsi dağılmaq təhlükəsi ilə üzləşib

Təbriz şəhərindəki şairlər abidəsi dağılmaq təhlükəsi ilə üzləşib


Güney Azərbaycanın Təbriz şəhərindəki “Məqbərətüşşüəra” abidəsi dağılmaq təhlükəsi ilə üzləşib. Həmin məzarlıqda Azərbaycanın böyük şairi Məhəmmədhüseyn Şəhriyar da daxil olmaqla bir çox tanınmış şəxslər dəfn olunub.
Məlumata görə, 40 yaşlı tarixi abidənin bərpa olunmasına ehtiyac var. Təbriz şəhərinin Sorxab məhəlləsinin sakinlərindən biri olan Hacı Əli deyib ki, son bir neçə ildə tarixi abidə dəfələrlə bərpa olunmaq adı ilə qapadılıb: “Məqbərəyə artıq əvvəlki kimi turist axını yoxdur. Artıq abidəni ziyarət etməyə gələn şagird və tələbələrin sayı yüzlərlə deyil. Çünki əksər günlər məqbərə tikintidən dolayı bağlı olur”. Məqbərənin yerləşdiyi Sərxab məhəlləsinin digər sakini Rza Yusifpur vurğulayıb ki, “Şairlər məqbərəsi” şöhrəti dünyaya yayılmış Təbriz şəhərinin tarixi abidələrindən biridir: “Bir neçə ildir məqbərədəki məzarlar təmir və bərpa edilir. Mən tarixi abidənin tavanından da yağış damdığını eşitmişəm”.

Geri dön