Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Amerika qanunvericiləri İrana qarşı əlavə sanksiyaların tətbiq edilməsinə çalışır
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Siyasət > Amerika qanunvericiləri İrana qarşı əlavə sanksiyaların tətbiq edilməsinə çalışır

Amerika qanunvericiləri İrana qarşı əlavə sanksiyaların tətbiq edilməsinə çalışır


ABŞ-da ) hər iki aparıcı siyasi partiyaya mənsub qanunvericilər İranın nüvə proqramı ilə əlaqədar müvəqqəti razılığın imzalanması ilə bağlı şübhələrini bildiriblər. Obama administrasiyasının ciddi ölçülərin kövrək diplomatik addımları təhlükə altına ala bilməsilə bağlı xəbərdarlıqlarına baxmayaraq, Konqresin Tehrana qarşı daha ciddi sanksiyalar tətbiq etmək istəyi azalmayıb.
Senatın Xarici Əlaqələr komitəsinin sədri, demokrat senator Robert Menendes İranın nüvə ambisiyaları ilə bağlı beynəlxalq qarşıdurmaya müzakirələr yolu ilə son qoyulmasını arzuladığını deyib. “Mən ümid edirəm ki, razılıq uğurlu bir razılıq olacaq. Tamamilə aydındır ki, biz diplomatik həll yolunu görmək istəyirik”-deyə senator Menedes CBS tele-şirkətinə müsahibə zamanı bildirib.
Lakin o eyni zamanda, İrana qarşı iqtisadi təzyiqlərin davam etdirilməli və müzakirələrin yekun razılaşmasına gətirib çıxarmadığı halda gücləndirilməli olduğunu qeyd edib.
Xarici Əlaqələr komitəsində nüfuzlu respublikaçı senator Bob Korker müvəqqəti razılığı səhv addım kimi qiymətləndirib. Kroker deyib ki, sanksiyaların gücləndirilməsi İranın nüvə proqramı ilə bağlı daha yaxşı nəticənin əldə edilməsini mümkün edə bilər. O, qanun layihəsinin demokratların nəzarətində olan Senatda tez bir zamanda səsə qoyulması ilə bağlı ümidini ifadə edib.
Senatda əksəriyyət təşkil edən demokratların lideri senator Herri Rid məsələ ilə bağlı belə bir səsvermənin keçirilməsini nə rədd, nə də təsdiq edib. O, qərar qəbul etməzdən əvvəl əlavə sanksiyaların araşdırılması üçün vaxt lazım olduğunu deyib.

Geri dön