Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Qədim türk idman növü olan çövkən UNESCO-nun Qeyri-Maddi Mədəni İrsi Siyahısına salındı
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Mədəniyyət > Qədim türk idman növü olan çövkən UNESCO-nun Qeyri-Maddi Mədəni İrsi Siyahısına salındı

Qədim türk idman növü olan çövkən UNESCO-nun Qeyri-Maddi Mədəni İrsi Siyahısına salındı


Qədim türk idman növü olan çövkən (ço`qan) UNESCO-nun Qeyri-Maddi Mədəni İrsi Siyahısına salınır.
Bakıda UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 8-ci icası keçirilib. İclasın açılışında çıxıç edən Azərbaycanın baş nazirinin müavini Elçin Əfəndiyev deyib ki, son illər ərzində Azərbaycan və UNESCO arasında əlaqələr daha da genişlənir. Daha sonra Azərbaycan prezidenti İlham Əliyevin iclas iştirakçlarına məktubu oxunub. Məktubda deyilir ki, konvensiyanın qəbul edilməsi ötən müddət ərzində dünyada mədəni müxtəlifliyin təşviqi və qeyri-maddi maddi irsin qorunması istiqamətində beynəlxalq strategiyaların həyata keçirilməsində əhəmiyyətli rol oynayıb. UNESCO-nun baş dəbiri İrina Bokova isə videomüraciətində mədəni irsin qorunması sahəsində Azərbaycanın fəaliyyətini yüksək dəyərləndirib. O bildirib ki, Azərbaycan Böyük İpək Yolunda mədəniyyət mərkəzi kimi böyük tarixə malikdir. İclasın gündəliyində duran ən əsas məsələ Təcili Qorunmaya Ehtiyacı Olan Qeyri-Maddi Mədəni İrsin Siyahısı və Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Siyahısı üzrə qərar verilməsidir. Təcili Qorunmaya Ehtiyacı Olan Qeyri-Maddi Mədəni İrsin Siyahısında Azərbaycanın qədim Çövkən oyunu da yer alıb. İran isə hər zaman olduğu kimi türk mədəniyyətini mənimsəmək məqsədilə bu məsələyə etiraz edir.

Geri dön