Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Tükiyədə Abdulla Öcalan başda olmaqla PKK-çılar partiya üzvü olacaq
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Türk dünyası-Turan > Tükiyədə Abdulla Öcalan başda olmaqla PKK-çılar partiya üzvü olacaq

Tükiyədə Abdulla Öcalan başda olmaqla PKK-çılar partiya üzvü olacaq


Türkiyə Böyük Millət Məclisınə (TBMM) təqdim olunan qanun paketində nəzərdə tutulan müddəalara görə, Abdulla Öcalan və dağdan enən PKK-çılar siyasi partiyalara üzv ola biləcəklər.
Türkiyə mətbuatının məlumatına görə, Türkiyə hökumətinin bir müddət öncə açıqladığı "demokratikləşmə paketi" 5 dekabrda TBMM-nə təqdim olunub. 17 maddəlik paketdə bu tənzimləmələr yer alib:
Seçkilərdə kürdcə təbliğat aparıla biləcəcək. Siyasi partiyalar artıq həmsədrlik sisteminə keçe biləcək. Həmsədrlər 2 nəfərdən cox olmayacaq. Yerli təşkilat qurulmayacaq: Yerli təşkilatların qurulmasi məcburi olmayacaq, nəticədə yeni partiyaların seçkilərdə iştirakı asanlaşacaq. 3% səs toplayana 1 milyon lirə yardim: Millət vəkili seçkilərində 3% səs toplayan partiyalara büdcədən maddi yardım ediləcək. Yardim 1 milyon lirədən az olmayacaq. Mitinq yeri ortaq müəyənləşəcək: Bölgələrdə miting yeri və marşurutu, TBMM qrupu olan partiyaların, bölgə təmsilçiləri ilə, ən çox üzvü olan peşə və ictimai təşkilatların numayəndələri ilə razılardırılaraq müəyyənləşəcək. Həyatı mürəkkəbləşdirmə meyyarları: Bölgə, mahalların ərazisi və inkişafı nəzərə alınaraq, toplantı və yürüyüş üçün birdən çox yer və marşrut müəyyanləşəcək, amma iştirakçılar ümumi asayişi pozmayacaq, vətəndaşların gündəlik həyatını çətinləşdirməyəcəklər.
Açıq hava mitinqləri günəş batana qədər, qapalı məkanda isə saat 24:00-a qədər davam edəcək. Nümayişçilər müşahidə altında saxlanılacaq: Bütün tədbir və nümaişlərdə çıxış edənlərin səs və gorüntüləri yazılacaq.
Məqsəddən kənara çıxılarsa, polis aksiyanı dağıdacaq: Təşkilatçılar mitinqin məqsədini aşarsa və ya nizam-intizam yarada bilməsə, polisə "dağıdın" əmri veriləcək.
Artıq kürd dilində təhsil daxil olmaqla, fərqli dil və ləhcələrdə təhsil almaq mümkün olacaq. Hicaba mane olanlar həbs ediləcək. Kimlik verməyən cəzalandırılacaq. Məktəb və iş yerlərində namaz qilmağa mane olanlara 1 ildən 3 ilə qədər həps cəzası veriləcək.

Geri dön