Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin Bakıda keçirilən sessiyası başa çatıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Mədəniyyət > UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin Bakıda keçirilən sessiyası başa çatıb

UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin Bakıda keçirilən sessiyası başa çatıb


Bakıda UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyası başa çatıb.



Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, sessiyanın yekun iclasından əvvəl Azərbaycanın incəsənət ustaları tərəfindən qədim "Kilimarası", "Maral oyunu", "Qız şahı" oyunları təqdim olunub.



Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin sədrliyi ilə sessiyanın yekun iclası keçirilib. Nazir bildirib ki, indiyədək nəzərdə tutulan bütün sənədlər müzakirə və qəbul olunub: “Qarşıda duran sonuncu məsələ iştirakçılara paylanılan UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin qərar layihəsinin təsdiqi və qəbul edilməsidir”.



Yunanıstan və Uruqvay dövlətlərinin təklifləri əlavə edilməklə UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin qərarı təsdiq olunub.



QHT Forumunun nümayəndələri çıxış edərək bildiriblər ki, Komitənin 8-ci sessiyası yüksək səviyyədə keçirilib. Çıxış edənlər QHT-lərin fəaliyyəti haqqında geniş məlumat vermiş və qeyri-maddi mədəni irsin qorunması məsələlərinə dair fəaliyyət göstərə biləcəkləri sahələr üzrə fikirlərini səsləndiriblər.

Geri dön