Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Macarıstanın Xalq Akademiyasında Azərbaycan dilinin tədrisinə başlanıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Türk dünyası-Turan > Macarıstanın Xalq Akademiyasında Azərbaycan dilinin tədrisinə başlanıb

Macarıstanın Xalq Akademiyasında Azərbaycan dilinin tədrisinə başlanıb


Macarıstanın Lakiteleki Xalq Akademiyasında Azərbaycan dilinin tədrisinə başlanıb.
Azərbaycanın Macarıstandakı səfirliyindən verilən məlumata görə, akademiyanın dinləyicilərindən 24 nəfər dilimizi, eyni zamanda, bu dil vasitəsilə tarix və mədəniyyətimizi öyrənmək qərarına gəlib.
Məşğələləri Budapeştdəki Mərkəzi Avropa Universitetinin magistrantı Aynur Məmmədova aparır.
Səfirlik Azərbaycan dilini öyrənənləri müvafiq dərsliklərlə, audio materiallarla, habelə ölkəmizin həyatının müxtəlif sahələrinə dair ədəbiyyatla təmin edib.

Geri dön