Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Depuatatlar insan haqlarının müdafiəsindən danışdı
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev > Depuatatlar insan haqlarının müdafiəsindən danışdı

Depuatatlar insan haqlarının müdafiəsindən danışdı


10 dekabr "Beynəlxalq İnsan Haqları" günüdür. İlk dəfə 1789-cu ildə Fransada qəbul edilmiş "İnsan və vətəndaş haqqları haqqında deklarasiya" ölkələrdə müxtəlif təbəqədən olan insanların hüquqları olmasını təsdiq etdi. Deklorasiyada göstərilir ki, hər bir insan irqdən, cinsiyyətdən, dildən, dindən, siyasi və digər baxışlardan, milli və sosial mənşədən, mülkiyyətdən, doğum və başqa hallardan asılı olmayaraq təmin olunmuş insan haqlarına və azad olmaq hüququna malikdir.

Deputatlarımız Azərbaycanda və dünyada insan haqlarının qorunmasına toxunublar.

Fərəc Quliyev isə bildirir ki, “Azərbaycan müharibə şəraitində yaşayan ölkədir. 1 milyondan artıq qaçqını var. Azərbaycan bir çox vətəndaşlarının hüquqlarını qoruya bilmir. Niyə?! Çünki BMT-nin qəbul etdiyi qərarlar, qanunlar, davranış modelləri hamı üçün bərabərdirsə, onda ortaya sual çıxır ki, bəs Azərbaycanla bağlı qəbul edilən 4 qətnaməyə niyə əməl olunmur. Həmin qətnamənin qəbulu üçün səs verən ölkələrdən biri məhz elə xarici ölkələr olub. BMT nizamnaməsinin 7-ci bəndinin 41, 42-ci paraqraflarında göstərilir ki, qətnamələrin həyata keçməsi üçün ya qeyri-hərbi sanksiyalar, ya hərbi sanksiyalar həyata keçməlidir. Azərbaycan da heç vaxt danışıqlar məsələsində tərəddüd etməyib. Biz “Dağlıq Qarabağ” probleminin sülh yolu ilə həlli üçün hər cür addımlar atmışıq. Amma buna sülh yolu vastəsilə nail olunmursa, niyə qeyri-hərbi sanksiyalar tətbiq olunmur? Hər bir ölkənin öz vətəndaşlarının hüquqlarını qorumaq haqqı var. Bizim 1 milyondan artıq qaçqınımızn hüquqları niyə qorunmur. Onları öz torpaqlarından zorla çıxartmaq insan hüquqlarının pozulması deyilmi? Avropa, BMT, xarici dövlətlər bu faktı niyə gözardı edirlər? Mən Avropa ölkələrinin davranışını normal hesab etmirəm. Amma Azərbaycanın ortaya qoyduğu mövqe açıq-aydın görünür. Biz hələ də məsələnin diplomatik yolla həllinə ümid edirik. Ancaq onu da nəzərə almaq lazımdı ki, dövlət bu gün torpaqlarımızı qaytarmaq üçün fəal addımlar atır. Azərbaycan da çalışır ki, Avropanın qaydalarına əməl etsin. Qərbə inteqrasiyasını ortaya qoysun. Avropanın enerji təhlükəsizliyində, iştirakı olsun. Bütün digər məsələrdə Azərbaycan öz mövqeyini açıq şəkildə ortaya qoyub. Bizim Avropa inteqrasiyada nə qədər maraqlı olduğumuz görmək istəyənlər üçün Azərbaycanla Avropa arasında imzalanan viza sazişinin əhəmiyyətinə diqqət çəkmək kifayətdir”.

simsar.az saytı. Aynur Bayramova

Geri dön