Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Cəriməni iki ay müddətində ödəməyən sürücülər nəqliyyat vasitəsinin idarə olunmasından kənarlaşdırılacaqlar
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > Cəriməni iki ay müddətində ödəməyən sürücülər nəqliyyat vasitəsinin idarə olunmasından kənarlaşdırılacaqlar

Cəriməni iki ay müddətində ödəməyən sürücülər nəqliyyat vasitəsinin idarə olunmasından kənarlaşdırılacaqlar


Yol Polisi cəriməni iki ay müddətinə banka ödəməyən sürücülərin idarə etdikləri nəqliyyat vasitələrini saxlayacaq.

Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlqələr şöbəsindən verilən məlumata görə, qanunvericilikdə müvafiq dəyişikliklərin edilməsindən 5 aya yaxın müddət keçməsinə baxmayaraq, bu günə qədər xeyli sayda inzibati xəta törətmiş şəxs tərəfindən cərimə bildirişi üzrə müvafiq məbləğin banka ödənilmədiyi müəyyən edilib.

Bunu nəzərə alaraq BDYPİ bir daha nəqliyyat vasitələri sahiblərinin və sürücülərinin nəzərinə çatdırır ki, inzibati xəta törətmiş şəxslərin cərimə bildirişi üzrə 2 ay müddətində müvafiq cərimə məbləğini banka ödəmədiklərinə görə inzibati xəta törətmiş şəxsin inzibati xətanı törədərkən idarə etdiyi nəqliyyat vasitəsinin saxlanılması barədə qərar qəbul edilərək həmin nəqliyyat vasitəsi DYP əməkdaşları tərəfindən dayandırılacaq.

Avtomobili idarə edən şəxs nəqliyyat vasitəsinin idarə olunmasından kənarlaşdırılacaq və nəqliyyat vasitəsi DYP-nin mühafizə olunan duracağında saxlanılacaq.

Nəqliyyat vasitəsinin sahibinə qaytarılması isə yalnız cərimə, müvafiq dəbbə pulu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqq ödənildikdən sonra mümkün olacaq.

Bu ilin iyul ayında "Yol hərəkəti haqqında" Qanuna dəyişiklik edilərək yol hərəkəti qaydaları pozuntusunun aşkar edilməsi və məsuliyyətə cəlb etmə qaydasını müəyyənləşdirən yeni maddə əlavə edilib.

Yeni maddədə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 30 gün müddətində inzibati xəta törətmiş şəxsin cərimə bildirişi üzrə müvafiq məbləği 3 iş günü müddətində banka ödədiyi halda tətbiq olunan cərimə məbləğinin 10 faizi miqdarında ödənişindən azad edilməsi nəzərdə tutulub.

Həmçinin 30 gün müddətində cəriməni qanunla müəyyən edilmiş əsaslar olmadan ödəmədikdə isə onun ödənilmədiyi hər növbəti gün üçün cərimə məbləğinin 2 faizi miqdarında dəbbə pulunun hesablanması, habelə qərarın qanuni qüvvəyə mindiyi gündən 2 ay müddətində cəriməni qanunla müəyyən edilmiş əsaslar olmadan ödəmədikdə həmin qərarı qəbul etmiş məhkəmə və ya DYP-nin vəzifəli şəxsi tərəfindən inzibati xəta törətmiş şəxsin inzibati xətanı törədərkən idarə etdiyi nəqliyyat vasitəsinin saxlanılması barədə qərar qəbul edilməsi nəzərdə tutulub.

Geri dön