Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > DAVAMın yazıları > İranın Güney azərbaycanlılardan Ana dili qorxusu
İranın Güney azərbaycanlılardan Ana dili qorxusu |
“İranda
“İranda “Ana Dilində Təhsil” haqqı istəmək, Cənub Azərbaycan türklərinin azadlığını istəməkdir” Yaşamaq haqqından sonra insanın ən böyük haqqı ana dilində danışmaq və təhsil almaq haqqıdır. Bu haqqın tapdanılması bütün hallarda yolverilməzdir. Məhz bunu nəzərə alaraq 1999-cu ilin noyabrında YUNESCO-nun Baş Konfransında 21 fevral Beynəlxalq Ana Dili Günü kimi elan edilib və 2000-ci ilin fevral ayından etibarən hər il dilçilik, mədəni müxtəliflik və çoxdilliliyi təbliğ etmək üçün qeyd edilir. Beynəlxalq Ana Dili günü 1952-ci il 21 fevralda Banqladeşin Benqal şəhərində öz ana dilinin rəsmi dil olması uğrunda mübarizə aparan 4 tələbənin öldürülməsi hadisəsini xatırladır. Bunun qeyd edilməsi BMT Baş Məclisi tərəfindən 2008-ci ili Beynəlxalq Ana Dili günü elan etməsi ilə rəsmi olaraq tanınıb.Lakin çox təəssüf ki, İranda yaşayan 35 milyon Azərbaycan türkləri hələ də Beynəlxalq Ana Dili Günü bayramını qeyd edə bilmirlər. Hətta həmin günlər İranın paytaxtı Tehran da daxil olmaqla, azərbaycanlıların yaşadığı şəhərlərin universitetlərində tələbələrə xəbərdarlıq edilir ki, Ana Dili Günü ilə bağlı tədbirlər keçirməsinlər. Bu ərəfədə böyük şəhərlərdə polis yüksək hazırlıq vəziyyətinə gətirilir, ölkənin mərkəzi bölgələrindən Azərbaycan şəhərlərinə qüvvə cəlb edilir. İran yaşayan azərbaycanlılar milli azlıq deyil, xalq statusundadır. Onların da ana dilində təhsil almaq haqqı var. Hər il sentyabrın 23-də İranda yeni dərs ili başlayır. Amma on minlərlə azərbaycanlı uşaqlar ana dilində təhsil ala bilməkdən də məhrumdurlar.Güneyli soydaşlarımız uzun illər Tehran hakimiyyətindən bu hüququ təmin etməsi üçün tələblər irəli sürür və etiraz aksiyaları keçirrlər. Lakin hələ də onların hüquqları təmin olunmayıb. İran bu ölkədə yaşayan bütün millətlərə öz ana dilində təhsil hüquq verməməklə öz Konstitusiyasının əksinə gedir Qeyd edək ki, YUNESKO Baş Konfransının 1999-cu ildə keçirdiyi 30-cu sessiyasında tövsiyyə olunub ki, ölkələrin rəsmi dililə yanaşı ölkə daxilində yaşayan digər millətlətin dilləri də rəsmiyyətdə tanınmalı, bütün sahələrdə istifadə olunmalı və onun inkişafına şərait yaradılmalıdır. Ancaq İranda öz tarixi torpaqlarında yaşayan və sayları ökə əhalisinin yarıdan çoxunu təşkil edən Azərbaycan türklərinin bir dənə də olsun məktəbi yoxdur. 90 ilə yaxındır ki, İranda qeyri-fars millətləri ən ibtidai hüquqlarından, o cümlədən ana dilində təhsil almaq, mətbuat vasitələrindən yararlanmaq, dil və mədəniyyətinin inkişaf etdirmək üçün hansısa mədəni tədbirlərini keçirməkdən məhrum edilib. İran Konstitusiyasının 15-ci maddəsi bu ölkədə yaşayan bütün millətlərə öz ana dilində təhsil hüququ tanıyır. Amma sayı 35 milyona çatdığı bildirilən azərbaycanlıların öz dilində məktəbi yoxdur. Azərbaycan türkcəsi öz fonetik ahənginə və qrammatikasına görə, dünyanın ən təkmil dillərindən biri olduğu halda, uşaqlarımız öz ana dilində yox, yabancı fars dilində məcburi şəkildə təhsil alır. ABŞ Dövlət Departamenti dünya ölkələrində insan haqlarının durumu ilə bağlı yaydığı illik hesabatın İrana aid 55 səhifəlik bölümün önəmli bir hissəsini ölkədə yaşayan qeyri-fars xalqlara həsr edərək, Azərbaycan türkləri, habelə kürdlər, ərəblər və bəluclara qarşı siyasi, ictimai və iqtisadi ayrı-seçkilik tətbiq edildiyini və onların öz dillərində təhsil almaq hüququndan məhrum olduğunu qeyd edib. Sənəddə Azərbaycan türklərinin umumi vəziyyəti qeyd edilir. “İran dövləti ana dilində təhsil almağı qadağa etmək, azərbaycanlı fəallar və təşkilatçıları basqılara məruz qoymaq, coğrafi adları dəyişdirmək və dil və kültür hüquqlarını müdafiə edənləri həbsə atmaqla, azərbaycanlılara qarşı ayrı-seçkilik siyasəti yürüdür,”-deyə hesabatda göstərilir. Azərbaycanlı Məhbusların Hüquqlarının Müdafiəsi Assosiasiyasının sözçüsü Vahid Qarabağlı deyir ki, İranda azərbaycanlı fəalların birinci tələbi ana dilidir: “Elə məhz bu tələblərinə görə insanlar həbs olunur, işğəncələrə məruz qalırlar. Bu cür fəalların dəqiq sayını belə demək mümkün deyil. Amma aralarında hətta mollalar da var, başqa sözlə, ana dilini tələb edən dindarlar da var”. V.Qarabağlı bildirir ki, hakimiyyətin sərt davranışına baxmayaraq, fəallar öz tutduqları yoldan geri çəkilmək fikrində deyillər: “Hakimiyyət etnik qrupların ana dilində təhsil almaları ilə bağlı heç bir addım atmır, əksinə hətta könüllü olaraq öz dilini öyrənib-öyrədənlərə də təzyiqlər var. Amma azərbaycanlı fəalların mübarizəsi açıq-aydın göstərir ki, hakimiyyət istədiyi hədəfə çatmayıb”. O deyir ki, təzyiq və işgəncələrə baxmayaraq, İranda ana dilindən istifadə edən etnik qrupların fəallığı ildən-ilə artır. Gizli yolla da olsa bu dil tədris olunur, insanlar gizli yolla kitablar paylayırlar. Amma indi fəalları həbslərlə yanaşı bir məsələ də ciddi narahat etməyə başlayıb: “Son vaxtlar öz hüquqlarını tələb edənlərin, ictimai fəallıq göstərənlərin şübhəli ölümləri məsələsi ortaya çıxıb. Ana dili tələb edənlər arasında müəmmalı ölənlər var. Bilmək olmur ki, bu ölümlərdə İran xüsusi xidmət orqanlarının əli var, ya yox”. İrandan olan hüquq müdafiəçilərinə gəlincə isə, V.Qarabağlı deyir ki, ana dili məsələsində onlar da susmağa üstünlük verirlər: “İranda azadlıq, demokratiya, insan haqlarını müdafiə edən iranlılar da ana dili məsələsinə gələndə susurlar və bunu İranın parçalanmaması üçün etdiklərini deyirlər. Amma bizə görə millətlərin mədəniyyətlərinin, dillərinin ölməsindənsə, bölünüb ayrı yaşaması daha yaxşıdır”. “Ən çox İrandakı azərbaycanlıların dil hüququ tapdanılır” Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun direktor müavini, professor Məsud Mahmudov bizimlə söhmətində bildirdi ki, İranda Azərbaycan dilindən daha çox məişətdə istifadə olunur. “Elmi termnologiya yoxdursa, artıq dil olur danışıq dili. Heç olmasa özəl bir məktəb yoxdur ki, orada tədris Azərbaycan dilndə aparılsın. Erməni dilində orta mktəb var, amma bizim dildə yoxdur. Hətta digər ölkələrdə azərbaycanlı uşaqları üçün bazar günü məktəbləri açılır. İranda buna da icazə verilmir. Düzdür, Cənibi azərbaycanlılar bununla bağlı mübarizə aparırlar. Amma gördüyümüz kimi bunun qarşısı necə alınır”. Onun sözlərinə görə dilin inkişaf etməsi üçün hökmən məktəblərdə tədris olunmalıdır. “Dərsliklər yazılmalı, qəzetlər nəşr olunmalıdır. Əgər İranda azərbaycanlılar üçün bu imkan olsaydı istər-istəməz terminologiya inkişaf edərdi. Dil inkişaf etmir, bunun üçün heç bir lazımı şərait yaradılmr. Təkcə “Varlıq” qəzeti çıxır, amma bu kifayət etmir”. Drektor müavinin fikrincə İrnda rəsmi və bədii səviyyədə Azərbaycan dili istifadə olunmadğından dilin qrammatikası dəyişməz qalsa da, əsasən leksik tərkibi dəryşib. Dilin assimiliyasiya təhlükəsi olduğunu deyən M.Mahmudov bu istiqamətdə tədqqiat işlərinin aparılıdığını da vurğuladı: “Həmvətənlərimiz bizim izahlı lüğətlərdən, qrammatika kitablarından istfadə edirlər. Onlar gəlib buradan kitablar aparırlar. Bizim onlara müdaxiləmiz mümükün deyil. İran hakimiyyəti çox da həvəslə buraxmır ora bizim alimləri. Biz yalnız qəzetlərdən, agentliklərdən bu səpkidən materiallar əldə edirik. Cənubi azərbaycanılıların dilinin assimliyasiya problemi ilə bağlı AMEA-nın Dilçilik İnstitutu tərəfindən iş aparılır. Bu istiqamətdə dissertasiyalar yazılıb. Şivələrini nə qədər bacarmışık öyrənirik. Onlar özləri də bu istiqamətdə fəaliyyət göztərməlidirlər. Dil azadlığının verilməsini hökumətdən tələb etməlidirlər”. Ən çox İrandakı azərbaycanlıların dil hüququnun tapdanıldığını deyən həmsöhbətimiz sivlizasiyalı ölkələrin heç birində belə haqsızlığın olmadığını qeyd etdi. Azərbaycan Milli Dirəniş Təşkilatının sözcüsü, politoloq Davud Turana görə isə, İran rəsmilərinin fars dilinin milli birlik yaratdığını düşünürlər: “Başqa dillərin təhsilinə izin verdiklərində bu birliyin pozulacağını zənn edirlır. Keçmiş reformçu dövlət başçısı Xatəmi açıq şəkildə dedi ki, fars dili iranlılarin birlik ruhunu yaradir.Keçmiş mesclis başçısı ve prezidentliyə namizəd olan Həddad Adil isə keçənlərdə Təbrizdə bu haqda sual verildiyi zaman açıq şəkildə dedi ki, azərbaycanlıların öz ana dilində təhsili ölkənin bölünməsinə səbəb olar”. İran çoxetnikli bir ölkə olduğunu deyən D.Turannın fikrincə, əgər bir etikə ana dilində təhsil haqqı verilsə, başqa etniklər də o haqqı istəyəcəklər: “İran ölkənin parçalanması qorxusu ilə yaşayır. Çünku fars olmayan millətlərin İrandan ayrılma kimi meyilləri də vardır”. Qeyd edək ki, İzmir-Azərbaycan Kültür Mərkəzinin sədri Cemal Mehmethanoğlu tərəfindən “İranda yaşayan 35 milyon Azərbaycan türkünə azərbaycanca təhsil haqqı verilməlidir” adlı imza kampaniyasına start verilib. Kampaniyada belə müraciət olunur:”75 milyon əhalisi olan İran İslam Respublikasında 35 milyondan çox Azərbaycan türkü yaşamaqdadır. İranda farsların Azərbaycan türklərindən daha az olmasına rəğmən, İran fars dövlətidir. Rəsmi dil farscadır. İranda Azərbaycan türklərindən başqa, kürdlər, ərəblər, bəluclar və ermənilər kimi bəzi kiçik azsaylı etnik qruplar da yaşayır. Sayı 100 min civarında olan ermənilər ana dilində təhsil haqları olamsına rəğmən, digər millətlərin ana dilində təhsil haqqı yoxdur.Hər insanın, hər millətin ən təməl insan haqlarından birincisi ana dilində təhsil alma haqqıdır.Bu haqq, İnsan Haqları bəyannaməsində də öz əksini tapıb. İranda yaşayan 35 milyondan çox, Azərbaycan türkləri isə ana dilləri olan türkcə təhsil haqqından məhrum yaşamaqdadırlar. Uşaqlarımız, məktəblərdə məcbur olaraq, farsca təhsil almaqda, ana dillərini unutmaqda və millət olaraq yoxolma təhlükəsi yaşamaqdadır. Ana dilində təhsil haqqının, İranda yaşayan Azərbaycan türklərinə də verilməsini tələb edirik”. C.Mehmethanoğlu ilə həmsöhbət olarkən bildirdi ki, bir millətin, dili azad deyilsə, beyni də azad deyil: “İnsanlar ana dillərində, yazıb oxuya bilir, düşünə bilsələr, o zaman fikirləri də azad olar. Bir millət ki, başqa bir millətin dilində oxumaq, yazmaq, düşünmək məcburiyyətində qalmışlarsa, o millətin fikirinin, düşüncə sisteminin azad olmadığını fikirləşirəm. İranda Fars şövinist dövləti, 100 ilə yaxındır, tətbiq etdiyi assimiliyasiya siyasəti sayasində, millətimizi yox etməyə çalışmışdır. Bir milləti assimiliyasiya etmək üçün, onun dilini yox etmək lazımdır. İran da bunu edir.İranda yaşayan Azərbaycan türkləri, yox olmamaq, üçün, var olma - yox olma döyüşü verərlər. Bu döyüşün, ən əhəmiyyətli cəbhəsi, "Ana dildə təhsil haqqı" cəbhəsidir. İranda “Ana Dilində Təhsil” haqqı istəmək, Cənub Azərbaycan türklərinin azadlığını istəməkdir”. Bu gün Cənubi Azərbaycnda yüzlərcə, aydın və insan haqları müdafiəçisi ana dilində təhsil istədikləri üçün həbslərdə, işgəncə evlərində və təqib altında yaşamaqdadır. Bir çox aydın təzyiqlər üzündən ölkəni tərk etmək məcburiyyətində qalıb. İranda əhalinin çoxluğunu təşkil edən azərbaycanlılara Ana dilində təhsil haqqı verilməsi vacibdir. Bütün bu qadağa və təzyiqlərə baхmayaraq, Güney Azərbaycan türklərinin milli şüuru oyanmaqdadır, хalqın böyük əksəriyyəti öz hüququnu, “din” pərdəsi altında qurulan oyunları dərk edir və çıхış yolları arayır. Fuad Hüseynzadə Geri dön |