Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > İdman > Azərbaycanın UEFA reytinqində mövqeyi dəyişib
Azərbaycanın UEFA reytinqində mövqeyi dəyişib |
Avropa Liqasında qrup mərhələsinin oyunları başa çatdıqdan sonra UEFA reytinqi açıqlanıb. Apasport.az saytının məlumatına görə, gələn il baş tutacaq qarşılaşmalar ərəfəsində əmsallar cədvəlində cüzi dəyişikliklər olub.
Bu dəyişikliklər Azərbaycanın mövqeyinə də təsir edib. Buna “Şerif” (Moldova) səbəb olub. Qrup mərhələsinin sonuncu turunda Tiraspol təmsilçisinin “Tromse” (Norveç) üzərindəki 2:0 hesablı qələbəsi Moldovanın xalını 10,375-ə çatdırıb. Bununla, Moldova 31-ci pillədəki Azərbaycana çatıb. Hər 2 ölkənin eyni xalı olsa da, əlavə göstəricilərdə Moldova bizi qabaqlayır. Qeyd edək ki, klublarımız cari mövsümdə 2,500 xal toplayıb. Bunun – 1,375-i “Qarabağ”ın, 0,625-i “İnter”in, 0,375-i “Xəzər Lənkəran”ın, cəmi 0,125-i isə “Neftçi”nin payına düşür. Ölkəmizin indi qərarlaşdığı 32-ci yer də 2015/16 mövsümündə ölkə kubokunun qalibini Avropa Liqasının II təsnifat mərhələsinə göndərmək hüququ verir. UEFA reytinqində 21-35-ci yerlər ...21. Polşa - 18,875 22. Belarus – 18,625 23. Şotlandiya - 16,566 24. İsveç – 16,325 25. Bolqarıstan – 14,875 (1 klubu mübarizəni davam etdirir) 26. Norveç - 14,275 27. Serbiya - 14,125 28. Macarıstan – 11,625 29. Slovakiya - 11,000 30. Sloveniya – 10,750 (1 klubu mübarizəni davam etdirir) 31. Moldova – 10,375 32. Azərbaycan – 10,375 33. Gürcüstan – 9,875 34. Qazaxıstan – 8,250 35. Bosniya və Hersoqovina – 7,500... Geri dön |