Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Siyasət > Nüvə danışıqlarının yarımçıq dayandırmasının səbəbi məlum olub
Nüvə danışıqlarının yarımçıq dayandırmasının səbəbi məlum olub |
İranla “altılıq” ölkələri arasında Vyanada ekspertlər səviyyəsində keçirilən nüvə müzakirələrinin erkən başa çatmasının səbəbi məlum olub.
İran nümayəndə heyətinin ABŞ-ın İrana qarşı tətbiq edilmiş sanksiyaları pozduqlarına görə bəzi şirkətləri “qara siyahı”ya salmasına etiraz olaraq bu addımı atdığı bildirilir. Qeyd edək ki, İranla “altılıq” ölkələri arasında ekspertlər səviyyəsində nüvə müzakirələri dekabrın 9-da axşam saatlarında AEBA-nın (Atom Enerjisi üzrə Beynəlxalq Agentlik) mənzil-qərargahında öz işinə başlayıb. Danışıqlarda agentliyin mütəxəssisləri də müşahidəçi qismində iştirak ediblər. Müzakirələrdə Cenevrə (Jenev) razılaşmasının müddəalarının icraya yönəldilməsi əsas müzakirə mövzusu olub. Danışıqlarda Tehranı İran Xarici İşlər Nazirliyinin beynəlxalq iqtisadi məsələlər şöbəsinin müdiri Həmid Bəidinejadın rəhbərliyi altındakı nümayəndə heyəti təmsil edib. Onların arasında İran Mərkəzi Bankının və Neft Nazirliyinin nümayəndələri də olub və məqsəd bu ölkənin bank və neft sektoruna qarşı tətbiq edilmiş sanksiyaların aradan qaldırılması üçün müzakirələr aparmaq mahiyyəti daşıyıb. “Altılıq” ölkələrinə isə Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsinin müavini Ştefan Klement rəhbərlik edəcək. Ancaq İran nümayəndə heyəti dörd gün davam edən danışıqlardan sonra dekabrın 12-də axşam saatlarında müzakirələri yarımçıq dayandıraraq Tehrana qayıdıb. Müzakirələrin bu həftənin sonunadək davam edəcəyi bildirilirdi. Xatırladaq ki, ABŞ Maliyyə Nazirliyi dekabrın 11-də İrana qarşı tətbiq edilmiş sanksiyaları pozduqlarına görə 19, dekabrın 12-də isə 18 hüquqi və fiziki şəxsi “qara siyahı”ya salıb. Geri dön |