Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Güney Azərbaycan xəbərləri
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > Güney Azərbaycan xəbərləri

Güney Azərbaycan xəbərləri


Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin (GAMAC)


BƏYANATI


2011 –ci il noyabrın 23-də Azərbaycanın tanınmış yazarı Rafiq Tağı fikir və söz azadlığından yararlanaraq öz fikirlərini sərbəst şəkildə ifadə etdiyi üçün, İran mollası Fazil Lənkəraninin din adı altında onun haqqında verdiyi terror fitvası nəticəsində iran rejimi tərəfindən qəddarcasına qətlə yetirilməsi, heç şübhəsiz ki, Azərbaycan dövlətinə və onun ictimai-siyasi qurumlarına ciddi xəbərdarlıq olmalıdır. Müstəqil Azərbaycan Respublikasında İran tərəfindən belə bir terror aktının törədilməsi, əslində Azərbaycanda söz və fikir azadlığına qarşı həyata keçirilən terror aktıdır. Çünki, Rafiq Tağı hər hansı bir din əleyhinə çıxış etmirdi, din adına xurafatları tənqid edirdi və onun bu baxışı əslində sağlam cəmiyyətin formalaşdırmasına yönəlmişdi. Ancaq, fars molla rejimi dəfələrlə onu müxtəlif vasitələrlə hədələdi, ona qarşı ölüm fitvası verdi və onun qətlə yetirilməsini həyata keçirdi. Bu acınacaqlı hadisə bir daha subut etdi ki, Rafiq Tağının fars mollalarının təbliğ etdiyi yalançı dinə fərqli münasibəti, əslində din pərdəsi altında İran tərəfindən təbliğ edilən cəhalət və qaranlığı dağıda biləcək güclü aydınlatıcı mövqe idi.
Biz, Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi olaraq İran-fars rejimi tərəfindən Azərbaycan vətəndaşı və ziyalısına qarşı həyata keçirilən bu terror əməlini qınayırıq və hesab edirik ki, Azərbaycan dövləti İran rejimi tərəfindən Azərbaycan respublikasında bəslənən terror yuvalarını tezliklə dağıtmalı və bu kimi qeyri-insani əməlləri törədənlərə qarşı daha adekvat cavab verməlidir. Bu hadisə onu tələb edir ki, Azərbaycan dövləti İranın Azərbaycandakı radikal islamçılara verdiyi dəstəyin durdurulması üçün ciddi və təxirəsalınmaz fəaliyyətə başlasın. Əks təqdirdə Azərbaycanda bu kimi terrorların sayı artacaq, çünki hazırda daxili və xarici siyasətində gərginlik yaşayan İran Azərbaycanın sabitliyini, demokratik inkişafini, getdikcə dünyada artan müsbət imicini görmək istəmir və Azərbaycandakı sabitliyi bu şəkildə pozmaq onun işinə yarayır. Bü gün azərbaycan ziyalısı Rafiq Tağının terror edilməsi əslində iran molla rejiminin Azərbaycanın müstəqilliyinə, dövlətçiliyinə, ərazi bütövlüyünə, hakimiyyətinə və cəmiyyətə qarşı uzun illərdən bəri apardığı düşmənçılık siyasətinin tərkib hissəsi, Azərbaycana qarşı tez-tez səsləndirdiyi hədə mesajlarının daha açıq formada təzahürüdür. Əgər bunun qarşısı alınmazsa bu, Azərbaycanda yeni təhlukələrin başlanğıcı olacaq.
Bütün bunları nəzərə alaraq, Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi bir daha İran tərəfindən həyata keçirilən bu terror əməlini qınayır və bəyan edir ki, Güney Azərbaycanda yaşayan 30 milyon azərbaycan türkü bu kimi hadisələrə biganə qalmayacaq, İran molla rejiminin insanlığa, azad fikirliliyə, demokratiyaya qarşı yönələn bu kimi çirkin əməllərini bütün dünyada ifşa etməyə və rejimə qarşı mübarizəsinə davam edəcək.
Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi Rafiq Tağının terror edilməsi və həyatının itirməsi ilə bağlı millətimizə, bütün azərbaycan ziyalılarına və özəlliklə onun ailəsinə başsaglığı verir və inanır ki, bu cinayəti törədənlər və onun fitvasını verənlər millətimiz tərəfindən layiqli cavablarını alacaqlar.

Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi (GAMAC)
28.11.2011



Avropa Birliyi İrana qarşı sanksiyalar hazırlayır

Avropa Birliyi (AB) ABŞ-ın Tehranın nüvə proqramından narahatlığına həmrəy çıxaraq İrana qarşı yeni məhdudlaşdırıcı tədbirlər hazırlayır. Bu barədə noyabrın 28-də Avropa Birliyinin sədri Herman Van Rompey çıxış edib., Ağ Evdə prezident Barak Obama və ABŞ-ın başqa yüksək çinli məmurları ilə birlikdə jurnalistlər qarşısında çıxış edən Van Rompey məhz hansı sanksiyaların tətbiq ediləcəyini dəqiq bildirməyib.
Görüşdən sonra dərc olunmuş birgə bəyanatda bildirilib ki, ABŞ və AB Tehranın nüvə proqramının mümkün hərbi komponentləri barədə ortaq "dərin narahatlıq" keçirirlər.
"Biz İranın nüvə proqramının xüsusiyyətləri barədə beynəlxalq toplumun ciddi narahatlığının həlli üçün bu ölkənin öz öhdəliklərini yerinə yetirməsi, o cümlədən BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl etməsi və Beynəlxalq Atom Energetikası Agentliyi ilə tam keyfiyyətli əməkdaşlıq etməsi baxımdan qərarlı olduğumuzu bir daha vurğulayırıq", - deyə bəyanatda vurğulanır.


İSFAHANDAKI PARTLAYIŞ HAQDA ZİDDİYYƏTLİ MƏLUMATLAR YAYILIB

Noyabrın 28-də günorta saatlarında İranın İsfahan şəhərində baş verən partlayış haqda ziddiyyətli məlumatlar yayılıb.
Partlayış şəhərin Şiraz darvazası və İsfahan Hərbi Universitetində baş verib. İranın “Fars” agentliyi İsfahan ostandarının siyasi və təhlükəsizlik məsələləri üzrə müavini Məhəmməd Mehdi İsmayiliyə istinadla partlayış haqda xəbər yaysa da, az sonra həmin xəbər agentliyin saytından çıxarılıb.
Xəbər saytdan çıxarıldıqdan bir neçə saat sonra Məhəmməd Mehdi İsmayili jurnalistlərə açıqlamasında məsələdən xəbərsiz olduğunu və partlayışla bağlı mediaya hər hansı açıqlama vermədiyini vurğulayıb.
Partlayışda ölən və yaralananlar haqda hər hansı məlumat açıqlanmır.


İRANLI İSLAMŞÜNAS RAFİQ TAĞININ QƏTLİNƏ VERİLMİŞ FİTVANIN “QURAN”a ZİDD OLDUĞUNU BİLDİRDİ

ABŞ-da mühacir olan iranlı dissident ruhani, məşhur islamşünas Möhsün Kədivər azərbaycanlı yazıçı Rafiq Tağının qətlinə fitva vermiş ayətullah Məhəmməd Fazil Lənkəraninin oğlu axund Məhəmməd Cavad Lənkəraniyə məktub yazıb.
Möhsün Kədivər məktubunda bildirib ki, Rafiq Tağının qətlə yetirilməsi üçün verilmiş fitva və digər oxşar fitvalar islama, “Quran”a və onun ruhuna zidd ekstremist hərəkətdir: “Bu fitvalar yalnız möminləri qanunu pozmağa təşviq edə bilər. Öz tənqidçilərini və müxaliflərini hər hansı ədalət mühakiməsi keçirmədən edama, terrora məhkum edən bir dinə necə inanmaq olar?”
Möhsün Kədivər vurğulayıb ki, kiminsə qanını halal elan etmək, qətlini vacib saymaq üçün hər hansı islam rəvayətinə istinad olunması mötəbər sayıla bilməz: “Lap əgər bu kimi rəvayətlərin mötəbər olmasını qəbul etsək də, fiqh alimlərinin əksəriyyəti bu kimi hökmlərin yalnız islam peyğəmbərinin və şiə imamlarının dövründə həyata keçirilə biləcəyini bildirirlər. Bu kimi fitvalar yalnız islamın zəiflədilməsinə, hərc-mərclik yaranmasına və qanunsuzluğa rəvac verə bilər.
İslam peyğəmbərini, islamı və “Quran”ı təhqir edən yalnız bu iki nəfər (Rafiq Tağı və Salman Rüşdi) deyil. Şübhəsiz ki, hər gün kitablarda və internetdə, xüsusən də farsdilli saytlarda dini inaclara və islama yönəlmiş təhqirlərdən xəbəriniz var. Onda belə bir sual ortaya çıxır ki, atanızın fitvası əsasında peyğəmbəri söydüklərinə görə həmin şəxslərin də qətli vacibdirmi? Belə olan halda atanızın fitvası əsasında möminlər insanları öldürməyi özlərinə bir peşə kimi seçməli, gündəlik terrorla məşğul olmalıdırlar.
Siz azərbaycanlı yazıçı Rafiq Tağının öldürülməsindən sevindiyinizi bəyan etmisiniz. Lakin mən sizin əksinizə olaraq bu ədəbsiz Azərbaycan vətəndaşının qətlə yetirilməsinə sevinmirəm. Mən onun islam, şiəlik, ruhanilik və fitva adı ilə acınacaqlı və namərdcəsinə öldürülməsindən xəcalət çəkirəm”.


FAZİL LƏNKƏRANİNİN RAFİQ TAĞIYA ÇIXARDIĞI ÖLÜM FİTVASININ MƏTNİ

“Media forum” saytı iranlı ayətullah Məhəmməd Fazil Lənkəraninin beş il əvvəl yazıçı Rafiq Tağıya çıxardığı ölüm fitvasının mətnini təqdim edir.
2006-cı il noyabrın 30-da Fazil Lənkərani deyib: “Belə bir şəxs (Rafiq Tağı – red.), əgər müsəlmandan doğulubsa, etdiyi bu etiraflarına görə mürtəddir. Yox, kafirdirsə, peyğəmbəri söyənlərdən sayılır və hər iki halda bu etiraflarına görə onun qətli vacibdir. Ona əli çatan hər kəs onu cəzalandırmalıdır. Bu şəxsin fikir və əqidəsini bilə-bilə yayan qəzet məsulunun hökmü də eynidir. Allah islamı və müsəlmanları düşmənlərin şərindən qorusun”.
2006-cı il noyabrın 1-də “Sənət qəzeti”ndə Rafiq Tağının “Avropa və biz” məqaləsi dərc olunub. Məqalədə islam peyğəmbərinin adının hallandırılması Azərbaycanda və İranda etirazlar doğurub. 2006-cı il noyabrın 22-də iranlı ayətullah Mürtəza Bani Fəzl Rafiq Tağının ölümünə fitva verib. O, yazıçını öldürənə öz evini bağışlayacağını bəyan edib.
Noyabrın 30-da İranda daha bir ayətullah Rafiq Tağının ölümünə fitva verib. Bu dəfə fitva “Sənət qəzeti”nin baş redaktoru Samir Sədaqətoğluna da şamil olunub. Fitva ayətullah Məhəmməd Fazil Lənkəranidən gəlib.
Rafiq Tağı və Samir Sədaqətoğlu 2006-2007-ci illlərdə “Avropa və biz” məqaləsinə görə həbsdə yatıblar.
2011-ci il noyabrın 19-da Rafiq Tağı Bakıda bıçaqlanıb. Noyabrın 23-də yazıçı müalicə olunduğu Kliniki Tibbi Mərkəzdə vəfat edib.
Noyabrın 27-də Qum dini dairəsinin axundu, ayətullah Məhəmməd Fazil Lənkəraninin oğlu Məhəmməd Cavad Lənkərani Azərbaycan Respublikası əhalisinə müraciət edərək Rafiq Tağının qətlə yetirilməsindən və atasının fitvasından danışıb.
Rafiq Tağının qətlə yetirilməsindən sevindiyini bildirən ayətullah Məhəmməd Cavad Lənkəraninin Azərbaycan müsəlmanlarına müraciətində deyilir: “İntiqam alan Allaha şükürlərimizi bildiririk ki, onun intiqamı qeyrətli müsəlman kişilərin əli ilə gerçəkləşdirildi və islam peyğəmbərini, eləcə də islam müqəddəslərini təhqir edən bir xəbis şəxsi cəhənnəmə yolladı. Şübhə yoxdur ki, bu ilahi hökmü yerinə yetirib müsəlmanların ürəyini sevindirənin Allah yanında böyük qiyməti və töhfəsi olacaq.
İslam düşmənləri bilməlidir ki, qeyrətli gənclər və alicənab müsəlmanlar dünya zülmkarlarının və beynəlxalq sionizmin islam müqəddəslərini təhqir etməklə bağlı fitnələrinin həyata keçirilməsinə imkan verməyəcək, satqın və din satan ünsürləri iyrənc əməllərinə görə cəzalandıracaqlar. Mən bu münasibətlə dünya müsəlmanlarını, eləcə də qeyrətli Azərbaycan xalqını təbrik edir, bu kafir və mürtədin qanının halal olması ilə bağlı fitva verən ayətullah Məhəmməd Fazil Lənkəraninin xatirəsini əzizləyərək Allahdan ona mərhəmət və ülvi məqam istəyirəm”.
Məhəmməd Fazil Lənkərani 2007-ci ildə vəfat edib.


AVRASYA QARDAŞ KÜLTÜRLƏR İZMİR BULUŞMASINDA GÜNEY AZƏRBAYCAN’DAKİ PROBLEMLƏRDƏ DİLƏ GƏTİRİLDİ

Avrasya Qardaş Kültürlər İzmir buluşmasında Quzey Azərbaycan ilə birlikdə Güney Azərbaycan’daki problemlərdə dilə gətirildi.
Bu buluşmada urmu gölü ilə ilgili pankard açıldı və qatılımcılar əllərində Güney Azərbaycan məsələsi ilə ilgili pankardlar daşırdılar,Pankardların üstündə İran’da türk tutsaqlara özgürlük ,urmu gölü qurumasın, türkcə eyitim haqqının verilməsi və bunun kimi çoxlu İran’a yönəlik etirazlar dilə gətirildi.


Güney Azərbaycanlı öyrəncilərə qarşı təzyiqlər davam edir

Azərbaycan pedaqoji universitetinin öyrənciləri bir neçə həftədir universitetin təhlükəsizlik bölməsinə (Hərasət) çağırılıb və təhdid edilirlər.
Öyrənci fəallar türkcə şeir mərasimi keçirib və “Urmu Gölü” adlı Foto Sərgisi açdıqlarına görə universitetin təhlükəsizlik bölümünün məsulları ö cümçlədən bölmə məsulu Səccad Hüseyninin təzyiqləri ilə üz-üzə qalıblar. Onlar davamlı olaraq təhdid edilib və sorğu-suala tutulurlar.
Belə nəzərə gəlir ki, öyrəncilərin milli zəmində apardıqları fəaliyyət olduqca təsirli olduğu üçün, universitet məsulları onları fəaliyyətdən çəkindirməyə çalışırlar.


Calal Salehpur zindana köçürülüb

Noyabrın 24-də ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) məmurları tərəfindən tutuqlanan Calal Salehpur Təbriz zindanına köçürülüb.
Onun ailəsinin məlumatına görə, Salehpur şənbə günü təxminən 60000 dollarlıq (60 milyon tümənlik) mülki vəsiqə qarşılığında azad olunmalı idi. Lakin, o noyabrın 27-də Təbriz zindanının mali bölümünə köçürülüb.
Qeyd edək ki, Salehpur Əhər universitetinin öyrəncisi və “Qaya” rəqs qrupunun məsuludur. Onun tutuqlanmasının səbəbi hələlik elan olunmayıb.


Tağı Sələhşur və Mehdi Həmidi Şəfiqi müvəqqəti azadlığa buraxmadılar

Azərbaycanlı fəallar Tağı Sələhşur və Mehdi Həmidi Şəfiq barədə çıxarılan həbs qərarı vəsiqə qərarı ilə əvəz edilməyib.
Azərbaycanlı fəalların ailəsi dünən bazar günü Təbrizin inqilab məhkəməsinə müraciət ediblər. Lakin, məhkəmə adını çəkdiyimiz fəalları müvəqqəti azadlığa buraxmayıb.
Qeyd edək ki, Tağı Sələhşur və Mehdi Həmidi Şəfiqlə eyni dosyeyə sahib olan bir neçə nəfər keçən günlərdə mülki vəsiqə qarşılığında azadlığa buraxılıblar. Belə məlum olur ki, bu iki nəfər hələ zamanı müəyyən olmayan məhkəmə iclasına qədər zindanda qalmalıdırlar.
Xatırladaq ki, adını çəkdiyimiz milli-mədəni fəallar avqustun 24-ü (şəhrivərin 2-i) Təbrizin Qumtəpə məhəlləsində iftar mərasimi zamanı tutuqlanan milli-mədəni fəallardandırlar.


Güney Azərbaycanlı fəal Şirzad Hacilunun məhkəmə iclası keçirilib

Güney Azərbaycanlı milli-mədəni fəalın birinci məhkəmə iclası Xoy şəhərinin inqilab məhkəməsində keçirilib.
Hacilu dünən bazar günü keçirilən məhkəmə iclasında ona qarşı irəli sürülən ümumi nizamı pozmağa cəhd göstərməklə bağlı ittihamı rədd edib və Xoy şəhərinin polis məmurlarının tutuqlanmış azərbaycanlı fəallara qarşı münasibətlərini qanunsuzluq adlandırıb.
Xatırladaq ki, Şirzad Hacilu “Əvrin” qeyri-hökumət müəssisəsinin müdir-məsulu, türk dili müəllimi və tanınmış azərbaycanlı milli-mədəni fəallardan biridir. O, senyabrın 26-ı (mehrin 4-ü) Xoy şəhərində mərhum Cəfərzadə ailəsinin dəfn mərasimi zamanı 80 nəfərdən çox milli-mədəni fəalla birlikdə tutuqlanıb və 24 gün işgəncələr altında saxlanılmışdır.


Güney Azərbaycanlı gəncin ixtirası qızıl medala layiq görülüb

Təbrizli gənc ixtiraçı Rəfinin hazırladığı yeni robot Polşada (Ləhistan) keçirilən Beynəlxalq İxtiralar Müsabiqəsində qızıl medala layiq görülüb.
AzərTAc-ın yaydığı xəbərə görə, bu robot insanların müayinəsi və müalicəsi zamanı onların damarlarına iynənin asanlıqla keçirilməsini təmin edir.
İxtiraçı əmindir ki, onun ixtirasından yaxın vaxtlarda dünyanın aparıcı səhiyyə mərkəzlərində istifadə olunacaq.


İRAN RƏSMİSİ: “ƏRDOĞAN SİONİSTLƏRİN YETİRMƏSİDİR”

Noyabrın 28-də jurnalistlərə açıqlama verən İran Hüquq Mühafizə Qüvvələri komandanının canişini Əhmədrza Radan Türkiyənin baş naziri Rəcəb Teyyub Ərdoğana qarşı sərt bəyanatlar səsləndirib.
Ölkənin xarici təhdidə məruz qalmasından, “sionistlərin bölgədəki siyasi oyunlarından” danışan Əhmədrza Radan deyib ki, Türkiyənin baş naziri Rəcəb Teyyub Ərdoğana sionistlər təlim verib: “Ərdoğan sionistlərin yetirməsidir. Sionistlər Ərdoğana təlim veriblər ki, üzdəniraq qatı bir müsəlman kimi onların qarşısında dayansın. Onlar həmin Ərdoğanı qatı bir müsəlman və sionistlərin qatı düşməni kimi Misirə göndərdilər ki, bu ölkə xalqını dünyəvi bir hakimiyyət qurmağa dəvət etsin və bununla da onların sifarişini yerinə yetirsin”.
Noyabrın 26-da “Bəsic” (hökumət tərəfdarı könüllülər dəstəsi) üzvləri qarşısında çıxış edən İran İnqilab Keşikçiləri Korpusunun (“Sepah”) Hava-Kosmik Qüvvələrinin komandanı Əmirəli Hacızadə xarici təhdidə məruz qaldıqları təqdirdə düşmən mövqelərinə qarşı əməliyyatları Türkiyədən başlayacaqlarını bəyan edib: “Əgər İran İslam Respublikasına qarşı təhdidlər olsa, əvvəlcə NATO-nun Türkiyədəki raket hücumundan müdafiə sistemini vuracaq, sonra başqa hədəflərin ardınca gedəcəyik. ABŞ-ın Türkiyədə quraşdırdığı raket hücumundan müdafiə sistemi İsrailə dəstək vermək üçündür”.

Geri dön