Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Diaspor > Bütöv Azərbaycan Konseyinin təşəbbüs qrupu 21 Azər Hərəkatının 68-ci ildönümünü qeyd edib
Bütöv Azərbaycan Konseyinin təşəbbüs qrupu 21 Azər Hərəkatının 68-ci ildönümünü qeyd edib |
Bütöv Azərbaycan Konseyi Təşəbbüs Qrupu tərəfindən 15 dekabr 2013-cü il tarixində Güney Azərbaycanda baş vermiş “21 Azər” hərəkatının 68-ci ildönümü münasibəti ilə Beynəlxalq Konfrans keçirilmişdir. Tədbir Fəxri xiyabanda “21 Azər” hərəkatının ölməz lideri Seyid Cəfər Pişəvərinin məzarına əklil qoyulması ilə başlandı. Tədbirin ikinci hissəsi elmi konfrans xarakterli olaraq Abbasador Hoteldə davam etdirildi. Konfransda millət vəkilləri, tanınmış ziyalılar, müxtəlif partiya və QHT məsulları, incəsənət xadimləri, KİV və Konsey üzvləri , fəal gənclər iştirak etmişlər.
Konfransı açıq elan edərək Mərdan Seyidbəyli tədbirin keçirilməsində əsas məqsədin 21 Azər Hərəkatının mahiyyətini ictimai-siyasi həyatımızda daim gündəmdə saxlanılmasını, bununla əlaqədar fəal gənclərimizi marifləndirib ön plana çəkilməsini, Güney və Quzey Azərbaycanlılar arasında ayrılmaz əlaqələrin daha da gücləndirilməsini qeyd etdi. DAK Daimi Şurasının Sədri Əjdər Tağızadə, MDHP sədr müavini Əlirza Amanbəyli, Dr. Pərvanə Məmmədli , Dr.Yasəmən Qaraqoyunlu, Dr. Sübhan Talıblı, tarixçi Cavid Barış, fəal gənclərdən Fərid Əhmədov, Gülnaz Mahmudova Konfransın mövzusu haqqında ətraflı çıxış etdilər. Məlum olduğu kimi, İkinci dünya müharibəsinin başlanılması Böyük Britaniya ilə yanaşı Sovetlər Birliyi hərbi hissələrinin İran adlanan ölkənin ərazisinə daxil olması ilə yekunlaşdı. Bu isə, eyni zamanda, ölkənin Rza şahın başçılıq etdiyi istibdad rejiminin süqutuna gətirib çıxardı. Bir tərəfdən xarici müdaxilə, digər tərəfdən mövcud rejimin yıxılması İranda müəyyən qədər demokratik mühitin yaranmasına gətirib çıxarmış oldu. Demokratik proses ölkənin müxtəlif bölgələrində fərqli formalarda təzahür edirdi. Güney Azərbaycanda isə bu milli-azadlıq hərəkatı Seyid Cəfər Pişəvərinin başçılığı ilə Azərbaycan Milli Hökumətinin yaranması ilə nəticələndi.Azərbaycan Milli Hökuməti Azərbaycan türklərinin apardığı uzun illik milli-azadlıq hərəkatının təbii yekunu kimi şərtlənməkdədir. Seyid Cəfər Pişəvərinin başçılığı ilə aparılan 21 Azər Hərəkatı 12 dekabr 1945-ci ildə Azərbaycan Milli Hökumətinin qurulması ilə nəticələnir. Ona görə də tarixi-siyasi ədəbiyyatda Azərbaycan Milli Hökuməti 21 Azər Hərəkatı adı ilə tanınmaqdadır. Azərbaycan Milli Hökuməti İran adlanan ölkədə Azərbaycan türklərinin milli muxtariyyət hüququnu tanıyan bir hökümət kimi fəaliyyətə başlamış, daha sonra isə siyasi istiqamətini müstəqil dövlətçilik səmtinə yönləndirmək məramı izləmişdir. Konfransda məruzə və çıxış edənlər Güney Azərbaycanın iki əsr boyunca yaşadığı olaylar nəticəsində düşdüyü sosial-iqtisadi və siyası durumu üzərində dayanmışlar. Eyni zamanda məruzələrdə İran adlanan ölkədə sayı 35 milyon olan Azərbaycan türklərinin öncə şah, sonra da dini pərdə altında hakimiyyətə gələn şovinist fars rejimi tərəfindən milli və insani haqların əllərindən alınması, ana dilində təhsilə yasaq qoyulması, yer adlarının farslaşdırılması kimi gerçəkliklər də qeyd olundu. Konfrans bitdikdən sonra tədbir iştirakçıları qısa fasiləyə ayrılmış, daha sonra isə tədbir konsert proqramı ilə davam etdirilmişdir. Konsertdə Respublikamızın, eyni zamanda Güney Azərbaycanın tanınmış sənətçiləri də iştirak etmiş, dinləyicilərin böyük coşğusuna səbəb olmuşdur. Konfransın sonunda bəyanat qəbul olundu.... Geri dön |