Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İdman > Güləşdə yeni çəki dərəcələri müəyyənləşdirildi
Güləşdə yeni çəki dərəcələri müəyyənləşdirildi |
Beynəlxalq Güləş Federasiyası (FILA) tərəfindən yeni çəki dərəcələri müəyyənləşdirilib. Bu barədə Azərbaycan Güləş Federasiyasından məlumat verilib.
Belə ki, 2014-cü ilin yanvarından etibarən FILA təqvim planı üzrə bütün yarışlar dəyişilmiş çəki dərəcələri üzrə keçiriləcək. Sərbəst güləş: 57, 61, 65, 70, 74, 86, 97, 125 Yunan-Roma güləşi: 59, 66, 71, 75, 80, 85, 98, 130 Qadın güləşi: 48, 53, 55, 58, 60, 63, 69, 75 2016-cı ildə Braziliyanın Rio-de Janeyro şəhərində keçiriləcək Yay Olimpiya Oyunlarında isə güləşçilər 6 çəki dərəcəsində mübarizə aparacaqlar. Sərbəst güləş: 57, 65, 74, 86, 97, 125 Yunan-Roma güləşi: 59, 66, 75, 85, 98, 130 Qadın güləşi: 48, 53, 58, 63, 69, 75 Yeniyetmə və gənc güləşçilərin çəki dərəcələrində isə dəyişiklik baş verməyib. Bundan başqa, güləş qaydalarında da bəzi dəyişikliklər təsdiqlənib. Texniki qələbə üçün sərbəst güləşdə 10 xal, yunan-Roma güləşində isə 8 xal fərqinə nail olmaq lazımdır. Sərbəst güləşçilər hər aşırma fəndinə görə 4 xal qazanacaq. Yunan-Roma güləşində rəqibi aşırma və nəzarətdə saxlama fəndinə görə 4 xal, rəqibə effektli fənd tətbiq etməyə görə 5 xal veriləcək. Ardıcıl iki 3 xallıq və bir 5 xallıq fənd görüşün başa çatması ilə nəticələnəcək. Yunan-Roma güləşində hesab 0:0 olarsa, sonuncu xəbərdarlıq alana məğlubiyyət veriləcək. Geri dön |