Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Fərəc Quliyev-51
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Siyasi partiyalar, Fərəc Quliyev > Fərəc Quliyev-51

Fərəc Quliyev-51


Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili, istiqlalçı deputat Fərəc Quliyevin doğum günü gənclərlə görüş-tədbiri ilə keçirilib

Bu gün Milli Dirçəliş Hərəkatı Partiyasında “31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi” günüylə bağlı partiya sədri, millət vəkili, istiqlalçı deputat Fərəc Quliyevin gənclərlə görüş-tədbiri keçirilib. Azərbaycanın dövlət himninin ifası ilə başlayan tədbiri giriş sözü ilə açan Leyla Cahangirova Milli Dirçəliş Hərəkatı Partiyası və partiyanın gənclər siyasəti ilə bağlı ümumi məlumat verdikdən sonra, sözü partiya sədri Fərəc Quliyevə verdi.
F.Quliyev mövzu ilə bağlı əsas prioritetlər, hədəflər və strateji gedişlər baradə ətraflı məruzə etdi, lazımi izahatlar və tövsüyyələrini çatdırdıqdan sonra, bu istiqamətdə və gəncləri maraqlandıran digər məsələlərlə bağlı verilən suallara ətraflı cavablar verdi.
Bundan sonra bu gün-22 dekabr tarixi Fərəc Quliyevin doğum günü olduğu üçün, gənclərin təşəbbüsü ilə tədbir bədii hissəylə davam etdi. Bədi hissəni aparmaq üçün söz partiya sədrinin ideoloji məsələlər üzrə sədr müavini Həbib Ələkbərsoya verildi. H.Ələkbərsoy arqumentlərlə Fərəc Quliyevin mübarizə yolunun ideoloji və mənəvi xətdini qısa tezislərlə gənclərə və tədbir iştirakçılarına çatdırdı. H.Ələkbərsoy partiya adından təbriklərini F.Quliyevə çatdırdıqdan sonra, tədbir musiqi və azyaşlı təəssübkeşlərin təbrikləri ilə davam etdirildi. Azərbaycan və Türk mədəniyyətinə xidmətləri ilə seçilən iki sənətçinin- Niftalı Göyçəlinın sazda müşaiəti ilə Əlirza Amanbəylınin ifasinda səslənən Anayurd Marşı tədbirə çoşqu qatdı.
Fərəc Quliyevin hazırlanmış portireti və digər hədiyyələr partiya adından təqdim olunduqdan sonra, partiya sədri üzərində Bütöv Azərbaycanın xəritəsi işlənmiş tortu kəsrək “Güney Azərbaycanı İrandan ayırdı”. İdeologiyaya və mücadilə hədəfinə hesablanmış bu simvolik jest tədbir iştirakçıları tərəfindən gürültülü alqışlarla qarşılandı.
Sonda Fərəc Quliyev tədbirdə ona hazırlanmış bu surpriz təbriklər üçün öz təşəkkürünü bildirdi və daha çox simvolizə ifadələri üzərində qurulmasından məmnunluğunu bildirdi.
Fərəc Quliyev-51

Fərəc Quliyev-51

Fərəc Quliyev-51

Fərəc Quliyev-51

Fərəc Quliyev-51

Fərəc Quliyev-51

Fərəc Quliyev-51

Fərəc Quliyev-51

Fərəc Quliyev-51



MDHP Mətbuat Xidməti

Geri dön