Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Mədəniyyət, DAVAMın yazıları > Nazim Nəsrəddinov: - Retro xəbər və yaxud yaxşı adam haqqında yaxşı söz
Nazim Nəsrəddinov: - Retro xəbər və yaxud yaxşı adam haqqında yaxşı söz |
Bir neçə məqaləm görkəmli və çox qayğıkeş jurnalist Nəsir İmanquliyevin redaktəsi və uğurlu yol arzusu ilə işıq üzü görüb. Bunların çoxu Bakının sənaye və tikinti müəssisələrində işləyən əmək adamları haqqında yazılmış oçerk və ictimai-siyasi məsələlərdən bəhs edən yazılardır. Sonralar Nəsir İmanquliyev məktəbinin ləyaqətli davamçılarının da qayğısını hiss etmişəm. Bir çox yazılarım "Bakı" və "Baku" qəzetlərində çalışan məhz bu varislərin öz ştatdankənar müxbirlərinə qayğısı sayəsində oxucuların diqqətinə çatdırılıb: "Плохих педагогов Г.З.Тагиев не держал ( "Баку "-04.02 1993), "Носил ли Г.З.Тагиев белые перчатки?" ("Баку ", 06.02.1993), "Почему забыт Мустафа Махмудов? Отзовитесики родственники друга и соратника М.Э.Расулзаде ,("Баку" ,06,04.1993), "Будет ли школа имени Г.Зардаби" ("Баку",14.09.1993)...
Məni Nəsir İmanquliyevlə Qiyasbəyovlar nəslindən olan partiya işçisi Təhminə xanım tanış etmişdi. 1974- cü ilin iyun ayının əvvəlləri idi. Çita şəhərindən əsgərlikdən gəlmişdim. Akademiyanın Nəsimi adına Dilçilik İnstitutunun aspirantı idim. Laçın vaxtlarım idi, amma cibim boş idi. Nəsir müəllim məni redaktoru olduğu "Bakı " və "Baku" qəzetlərinə ştatdankənar müxbir kimi işləməyə dəvət etdi: məni sənaye şöbəsinin müdirı yaxşı insan və yaxşı jurnalist olan Səfər Məmmədova tapşırdı. Beləliklə, "Bakı"lı və "Baku"lu oldum. "Bakı" və "Baku"dakı bir neçə yazım arxiv sənədləri əsasında yazılıb. H.Z.Tağıyev, onun maarifçilik və xeyriyyəçilik fəaliyyəti haqqında yazdığım yazılar o vaxtlar çox maraqla qarşılanmışdı. Sonralar bu mövzuya dəfələrlə qayıtmışam. H.Z.Tağıyevin Əhmədli kəndində öz fabrikində işləyən fəhlələrinin uşaqları üçün açdığı ibtidai məktəbə aid yazım da bu mövzudadır. (Gələn il bu məktəbin110 yaı tamam olur.Bu yubiley tədbirini yüksək səviyyədə keçirmək lazımdır.Əlbəttə söz Təhsil Nazirliyinin və onun mətbu orqanı olan "Azərbaycan müəllimi" qəzetinindir (Redaktoru Bayram Hüseynzadədir)). Nazim Nəsrəddinov. 20.12.2013. s.16:35. P.S. Mən 20-25 il Nəsir İmanquliyevi redaktor olduğu "Bakı" və "Baku" qəzetlərinin ştatdankənar müxbiri olmuşam.Hələ də buradakı qələm yoldaşlarımı - Əliabbas Əliyevi,Səfər Məmmədovu,Tamilla Hacıyevanı, Dağbəyi İsmayılovu,Qüdrət Piriyevi və başqalarını məmnunluqla xatırlayıram. Geri dön |