Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Türkün şanlı tarixi, DAVAMın yazıları > İtaliyalı professor Mario Alinei: Etrusklar türk olmuşlar
İtaliyalı professor Mario Alinei: Etrusklar türk olmuşlar |
İtaliyanın paytaxtı Romada professor Mario Alinei`nin yeni yazdığı “Gli etruschi erano turchi (Dalla scoperta delle affinita genetiche alle conferme linguistiche e culturali)” (“Etrusklar türk olmuşlar (dil və mədəni qohumluğun təsdiqindən etibarən)”) əsəri nəşr edilib. Əsərdə etruskların genetikaya görə Anadolu türkləri ilə qohumluğunu təsdiq edən genetic tədqiqatların nəticələri dərc edilib. Bundan əlavə, ayrıca başlıqda etrusk və türk dilləri arasında fonetik, morfoloji və leksik analogiyaların geniş çeşidi nümayiş etdirilib. Digər fəsildə türk xalqlarının mədəni irsi ilə etruskların mədəni artefaktları arasında paralellərə geniş yer verilib. Məsələn müəllifə görə, Dişi bozqurddan törəmə mifi, bəzi qədim dini baxışlar, rəssamlıq, portret, runic yazı, memarlıq, zərgərlik sənətlərində, güləş, musiqi, bayram ənənələri və geyimdə türk xalqlarının etnoqrafiyası ilə etrusklar arasında ciddi paralellər izlənilir. Mario Alinei kimdir? “Millətçilik” qəzeti artıq son beş il ərzində italiyalı alim və onun əsərləri barədə dəfələrlə məlumat verib. Hal-hazırda məşhur avropalı alim barədə bilgiləri oxucularımızın diqqətinə yenə də çatdırırıq. Mario Alinei 1926-cı ildə Turində (İtaliya) anadan olub. 1950-ci ildə Roma Universitetinin İtalyan dili filologiyası fakültəsini bitirərək, tarix və dilçilik üzrə tədqiqatlara başlamışdır. Dünya şöhrəti ona 1980-ci ildə gəldi. O, Hollandiyanın Utrext Universitetinin fəxri professoru, “Quaderni di Semantica” nüfuzlu elmi jurnalın təsisçisi olur. 1979-1980-ci illərdə Hollandiya Təkmilləşdirmə İnstitutunun üzvü, dünya dillərini tədqiq edən “Atlas linguarum Europae” Beynəlxalq elmi cəmiyyətinin təsisçisi və prezidenti (1982 və 1998-ci illərdə) olmuşdur. 1989-cu illərdə Beynəlxalq “Societas Linguistica Europaea”, 1989-1998-ci illərdə Dialektologiya və Geolinqvistika üzrə Beynəlxalq cəmiyyətin prezidenti seçilmişdir. Professor Mario Alinei 300-dən yuxarı elmi məqalənin və 100-dək əsərin müəllifidir. 90-cı illərdə onun irəli sürdüyü “Paleolitik fasiləsizlik nəzəriyyəsi” ildən ilə dünya alimləri arasında çoxlu tərəfdar toplamaqdadır. Mario Alinei XX və XXI əsrin obyektiv olan yeganə avropalı alimlərindəndir ki, Altay və Türk dillərinə münasibətdə Avropa, ABŞ və Rusiya akademik elmindəki qərəzkarlığın mövcud olmasını göstərmiş, bu qərəzkarlığı ciddi tənqid etmişdir. Alim öz tədqiqatlarında sübut etmişdir ki, Avropa, Amerika və Rusiya akademik dilçilik, türkologiya sahələrində mövcud qərəzli fikirlərin əksinə olaraq, Türk dilləri eneolitin sonunda formalaşmış və Türk dilləri hələ e.ə. IV minillikdə Qərbi Asiyada (Ön Asiyadan Xəzər dənizinin şimal sahillərinədək arealda) yerləşmişdir. İlkin türklər isə, heç də monqoloid irqindən olmamışlar. Etrusklar probleminə gəldikdə isə, ilk dövrdə Mario Alinei etruskların dilinin Fin-Uqor dillərinə yaxın olması fikrində idi. Amma sonrakı tədqiqatlarında o, bu fikirdən çəkinmiş və etrusk dilinin formalaşmasında türk dillərinin qədim bir dialektinin çox güclü təsiri və iştirakı altında formalaşdığını bildirmişdir. Qeyd edək ki, qədim romalılar bütün mədəniyyətlərini, əlifbalarını (bu gün “latın” kimi tanıdığımız əlifba), dövlət quruluşunu, xalq təsərrüfatını məhz etrusklardan əxz etmişlər. Bu günki Avropa mədəniyyətinin kökündə məhz etrusk mədəniyyəti durur. P.S. Azərbaycanlı professor Firudin Ağasıoğlu da etruskların genezisində türklərin iştirakını göstərmişdir. Şəkildə F. Ağasıoğlunun hələ 2010-cu ildə yazdığı “Etrusk-türk bağı” əsərində etrusk və türk runik yazısı arasında analogiyası.
Pərviz Elay Geri dön |