Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Türk dünyası-Turan > Ərdoğan Nazirlər Kabinetinin yeni tərkibini açıqladı, 10 nazir dəyişildi
Ərdoğan Nazirlər Kabinetinin yeni tərkibini açıqladı, 10 nazir dəyişildi |
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Prezident Abdullah Gül ilə görüşdən sonra Nazirlər Kabinetinin yeni tərkibini açıqlayıb. Bu barədə "Anadolu" agentliyi məlumat verir.
Baş nazir qeyd edib: "Kabinetimizdə 10 dəyişiklik mövcuddur". R.T.Ərdoğan Ankaradan olan millət vəkili Əmrullah İşlərin Baş nazirin müavini Bəkir Bozdağın yerinə gətirildiyini açıqlayıb. B.Bozdağ isə ədliyyə naziri təyin olunub. Hakim partiyadan olan millət vəkili Lütfi Əlvan nəqliyyat, dənizçilik və kommunikasiya naziri olub. Ailə və Sosial Siyasət Nazirliyinə Ayşənur İslam, Avropa İttifaqı işləri üzrə Nazirliyə isə Mövlud Çavuşoğlu rəhbərlik edəcək. Elm, sənaye və texnologiya naziri vəzifəsinə Fikri İşıq, ətraf mühit və şəhərsalma naziri vəzifəsinə isə İdris Güllüce təyin olunub. Bundan başqa Nihat Zeybekçi iqtisadiyyat naziri, Akif Çağatay Kılıç gənçlər və idman naziri, Efkan Ala isə daxil işlər naziri vəzifələrində çalışacaqlar. Qeyd edək ki, bu gün Türkiyədə adı korrupsiya qalmaqalında hallanan iqtisadiyyat və daxili işlər nazirləri Zəfər Çağlayan və Müəmmər Gülər, həmçinin şəhərsalma və ətraf mühit naziri Ərdoğan Bayraqdar istefa veriblər. Xatırladaq ki, İstanbul və Ankarada keçirilmiş xüsusi əməliyyat nəticəsində 52 nəfər saxlanılmışdı. Saxlanılanlar arasında Türkiyənin hakim partiyasının üzvü olan bəzi nazirlərin övladları - iqtisadiyyat naziri Zəfər Çağlayanın oğlu Salih Kaan Çağlayan, daxili işlər naziri Müəmmər Gülərin oğlu Barış Gülər, şəhərsalma və ətraf mühit naziri Ərdoğan Bayraqdarın oğlu Oğuz Bayraqdar, həmçinin tanınmış iş adamlarından olan İstanbulun Fatih bələdiyyəsinin başçısı Mustafa Dəmir, Türkiyənin "Xalq Bank"ının baş direktoru Süleyman Aslan da olub. Bununla yanaşı, korrupsiya qalmaqalını araşdıran yüksək vəzifəli polis məmurları işdən azad edilib. Həbslərə səbəb həmin şəxslərin korrupsiya, qaçaqmalçılıq və narkotik maddələrin satışında ittiham edilmələri olub. Həmçinin korrupsiya qalmaqalında iqtisadiyyat naziri Zəfər Çağlayan, Avropa İttifaqı işləri üzrə nazir Egemen Bağış, daxili işlər naziri Müəmmər Gülər və şəhərsalma və ətraf mühit naziri Ərdoğan Bayraqdarın adı hallanır. Bir neçə gün öncə isə Türkiyədə korrupsiya qalmaqalında adı hallanan Fatih bələdiyyəsinin sədri Mustafa Dəmir və saxlanılan iş adamı Əli Ağaoğlu həbsdən azad edilib. Həmçinin məhkəmənin qərarı ilə daxili işlər nazirinin oğlu Barış Gülər və iş adamı Rza Zərrab barəsində həbs qətimkan tədbiri seçilib. Məhkəmənin qərarı ilə həbs olunanlar arasında iqtisadiyyat naziri Zəfər Çağlayanın oğlu Salih Kaan Çağlayan da var. Geri dön |