Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Babək XALİSTÜRK (Abuşov) yardıcılıqı
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Mədəniyyət > Babək XALİSTÜRK (Abuşov) yardıcılıqı

Babək XALİSTÜRK (Abuşov) yardıcılıqı


“Qızıl Qələm” medya mukafatı laureatı
20 sentyabr 1950-ci ildə Kürdəmir şəhərində
anadan olub. 1968-il¬də orta məktəbi, 1977-ci ildə Azərbaycan Dövlət Universi-tetinin biologiya fakültəsini bitirib. 1977-1992-ci illərdə SSRİ Tibb Elmləri Akademiyasının Beyin institutunda (Moskva şəhəri) işləyib. Biologiya elmləri doktorudur. “Fiziologiya” və “Sitologiya, hüceyrə biologiyası və histologiya” ixtisasları üzrə yüksək kvalifikasiyalı mütəxəssisdir. Hazırda Azərbaycan Milli Elmlər Akademiyası¬nda çalışır. 1977-ci ildən başlayaraq müxtəlif ekstremal faktorun təsiri şəraitində beyində əmələ gələn morfofunksional dəyişiklikləri və onların qarşısının alınma yollarını araşdırır. Türk, rus və ingilis dillərində dünyanın 20-yə qədər ölkəsində nəşr olunmuş 180-dən artıq elmi əsərin müəllifidir. Azərbaycan dövrü mətbuatında çıxmış və internet səhifələrində yerləşdirilmiş 30-dan artıq elmi-publisistik yazının müəllifidir. Xarici ölkələrdə keçirilən elmi forumlarda 10 dəfədən artıq məruzə ilə çıxış edib. Bütün bunlarla yanaşı pedaqoji fəaliyyətini də davam etdirir.
16 yaşından bədii yaradıcılıqla məşğuldur. Qələmindən yüzlərlə qəzəl, lirik və satirik şeir və 10-a qədər hekayə çıxmışdır. Vaxtaşırı qəzet, jurnal və toplularda dərc olunmuş şeirləri rəğbətlə qarşılanır. Bir neçə şairin kitabına yazılmış rəyin müəllifidir. İki şeirlər kitabı naşr olunmağa hazırdır.
4 övladı, 3 nəvəsi var. Övladlarının ikisi həkim, biri pedaqoq, dördüncüsü isə gələcək iqtisadçı-ekoloqdur.
Babək bəyin elmi yaradıcılıqla bərabər bədii yaradıcılığında da təqdirə layiq məqamlar vardır. Belə ki,onun müraciət etdiyi qəzəl-şer janrında başqa qəzəllər kimi erotik düşüncələr yoxdur.Məlum olduqu kimi, Türk bədii təfəküründə gözəlliyə baxış olduqca tərbiyəvi xarakter daşıyır.
Türk şeriyyətində hər hansı bir gözəlin tərifi onun ya gözlərini və ya baxışını səciyyələndirməklə özünə məxsus humanist yanşmalar var.
Burada sevənlə sevilən arasında münasibət şəhvətlə deyil, həqiqi sevgidən qurulur.
Yuxarıda qeyd olunalra münasib olaraq Babək Xalistürkün bir qəzəlini sizə təqdim edirk.

Gözəlim, gözlərinə mən necə heyran olmayım,
Qıyqacı baxdığı an de, necə viran olmayım?
Tək onun nazını mən dəyişmərəm bu dünyaya,
Süzülüb axan zaman bəs necə talan olmayım?
Bu qədər cazibəni hardan alıbdır gözlərin?
Nə olar, aç bu sirri, mən də nigaran olmayım.
İstərəm xoşbəxt görəm həran qara gözlərini,
Əgər o batsa qəmə, de, necə peşman olmayım?
Dünəndən almamışam gözlərindən heç bir xəbər,
Gəlməyincə bir soraq, necə pərişan olmayım?
Xailstürkəm, hər zaman tərif edim gözlərini,
Həsrətindən yanırkən mən necə nalan olmayım!

Müəlifin qəzəlləri bu cür leymativə malik olması onun özünə məxsus üstün xüsusiyyətlərini göstərir.
Müəlif bütün yaradıcılığında Bütöv Azərbaycanla yanaşı Türk dünyası olan Turanı-da unutmayır və yeri gəldikcə onları təkrar- təkrar xatırlayır.
Bu onun vətən və mənsub olduğu millətə alovlu sevgisindən irəli gəlir...

Hazırladı
Niftalı Göyçəli

Geri dön