Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > Türkiyə Suriyaya qarşı sanksiyalar tətbiq edib
Türkiyə Suriyaya qarşı sanksiyalar tətbiq edib |
Türkiyə Suriyaya qarşı sanksiyalar tətbiq etməyə başlayıb.
Bu barədə prezident Abdullah Gül və baş nazir Rəcəb Tayyib Ərdoğanla keçirdiyi görüşdən sonra açıqlama verən xarici işlər naziri Əhməd Davudoğlu açıqlama verib. Onun sözlərinə görə, Suriyada öz xalqına dinc münasibət bəsləyən qanuni hökumət iqtidara gəlməyincə, kooperasiya mexanizmi ən yüksək səviyyədə dayandırılacaq: “Suriya hökuməti son şanslarını itirib və öz yolunun sonuna yaxınlaşır”. Türkiyənin Suriyaya qarşı sanksiyaları strateji əməkdaşlığın və Suriya Mərkəzi Bankı ilə işin dayandırılmasını nəzərdə tutur. Suriyaya maliyyə kreditlərinin verilməsi üzrə əməliyyatlar da dayandırılır, Suriyanın Türkiyədəki bütün aktivləri dondurulur. Ankara Bəşər Əsəd rejiminə bütün növ silahların və hərbi təyinatlı malların çatdırılmasını da qadağan edir. Qeyd edək ki, bu ilin mart ayında Suriyanın Deraa şəhərində başlayan kütləvi aksiyalar daha sonra digər bölgələrə yayılıb və hökumətə qarşı ümummilli hərəkata çevrilib. Müxalifət ölkə rəhbəri Bəşər Əsədin istefasını və siyasi islahatlar aparılmasını tələb edir. Baş verən toqquşmalarda indiyədək 3500 nəfərdən artıq adam həlak olub. Xalq etirazları fonunda Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Bəşər Əsədi istefa verməyə çağırıb. Buna cavab olaraq Dəməşq və Hələb şəhərlərində Türkiyənin diplomatik nümayəndəliklərinə hücum edilməsi Ankara və Dəməşq arasındakı gərginliyi pik nöqtəyə çatdırıb. İndiyədək ABŞ, Avropa İttifaqı və Ərəb Dövlətləri Liqası Suriyaya qarşı sanksiyalar tətbiq edib. Geri dön |