Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > XXII Qış Olimpiya oyunlarında Azərbaycanı təmsil edəcək idmançıların geyimləri
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > İdman > XXII Qış Olimpiya oyunlarında Azərbaycanı təmsil edəcək idmançıların geyimləri

XXII Qış Olimpiya oyunlarında Azərbaycanı təmsil edəcək idmançıların geyimləri


İdman paltarlarının hazırlanmasının məsuliyyətini Qış idman növləri Federasiyası (Dağ xizək idmanı Federasiyası və Fiqurlu konki sürmə Federasiyası) öz üzərinə götürüb
Azərbaycan nümayəndə heyəti üçün Rusiyanın Soçi şəhərində keçiriləcək XXII Qış Olimpiya oyunlarında Azərbaycanı təmsil edəcək idmançıların geyim dəsti təqdim edilib.

Azərbaycan Milli Olimpiya Komitısinin mətbbuat xiodmətindən ANS PRESS-ə verilən məlumata görə, idman paltarlarının hazırlanmasının məsuliyyətini Qış idman növləri Federasiyası (Dağ xizək idmanı Federasiyası və Fiqurlu konki sürmə Federasiyası) öz üzərinə götürüb.

Açılış və bağlanış mərasimləri üçün parad geyimlərini İtaliyanın məşhur Larusmiani moda evi hazırlayacaq. Brend yüksək keyfiyyətli paltarların sifarişlə tikilməsində ixtisaslaşıb. Larusmiani çoxillik tarixə malik İtaliya brendidir. Brendin üslubu milan, olduqca incə və zərif, zövqlü, eyni zamanda ümumi fondan seçilir. Kaşemir, yüngül yun, vikunya və digər təbii materiallar - istər qış, istərsə də yay üçün tikilən bütün kolleksiyaların əsasını təşkil edir. Bunlar bahalı və effektiv materiallardır, eyni zamanda geyimdə çox rahatdır. Larusmianinin paltarları yalnız bahalı materiallardan tikilir, onlar nəinki yaraşıqlı görsənir, həm olduqca rahat və davamlı olması da onun vacibliyini təsdiqləyir. Brend paltarlarının üslub yaradıcı əşyalarını əlbətdə ki, kişi kostyumları təşkil edir. Kolleksiyada həmçinin plaşlar, gödəkcələr, münasib idman əşyaları da öz yerini tapır. Hər bir xırda detal olduqca zərif işlənib.

Dəstin dizaynı milli koloritlər və MOK, Soçi 2014 simvolları, həmçinin brendin loqotipi nəzərə alınmaqla işlənib. Bütün loqotiplər Beynəlxalq Olimpiya Komitəsinin istifadə qaydaları və standartlarına müvafiq şəkildə əks etdirilib.

Dəstlərin hazırlanması prosesində dizayn işləri mütəmadi olaraq Azərbaycan Milli Olimpiya Komitəsi və Dağ Xizək İdmanı Federasiyasının rəhbərliyi ilə razılaşdırılıb.

Qeyd edək ki, 2014-cü il fevralın 7-də XXII Qış Olimpiya oyunlarının açılış mərasimi keçiriləcək.

Azərbaycan nümayəndə heyətinin rəhbəri Milli Olimpiya Komitəsinin Beynəlxalq Əlaqələr İdarəsinin rəisi Könül Nurullayevadır. Olimpiadaya yola düşəcək dövlət nümayəndələri arasında gənclər və idman naziri, Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Qış İdman Növləri Federasiyasının prezidenti İskəndər Xəlilov və idman sahəsində tanınmış digər nümayəndələrin iştirakı da nəzərdə tutulub.

Azərbaycan Qış Olimpiya Oyunlarında 1998-ci ildən etibarən iştirak edir. Ölkəmiz Soçi Qış Olimpiya Oyunlarında 5 idmançı ilə təmsil olunacaq.

Beynəlxalq yarışlarda öz uğurlarını nümayiş etdirən, fiqurlu konki sürənlər Aleksey Sitnikov və Yuliya Zlobina da bu siyahıya daxildirlər. Həmçinin, Azərbaycanı layiqli təmsil edən xizəkçiləri - Patrik Braxner, Sedrik Notz və Qaya Bassani Antivarini qeyd etmək lazımdır.

Geri dön