Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Hüquq > BMT, İranda azınlıqların məsələləri ilə bağlı xüsusi konfrans keçirəcək
BMT, İranda azınlıqların məsələləri ilə bağlı xüsusi konfrans keçirəcək |
BMT-nin İranda insan haqları üzrə xüsusi nümayəndəsi Əhməd Şəhid, İranda insan haqlarının pozulması ilə bağlı hazırladığı hesabatı tamamlamaq üçün dekabrın 13-dən 22-ə qədər Avropada insan haqları fəalları ilə bir arada olub.
Ə.Şəhid həmin hesabatı 2014-cü ilin mart ayında Cenevrədə BMT insan haqları şurasının 25-ci konfransına təqdim edəcək. Məlumata görə, azərbaycanlı insan haqları fəalı xanım Jalə Təbrizi isə Parisdə dekabrın 21-də BMT nümayəndəsi ilə görüşüb və aşağıda qeyd etdiyimiz faktları onun diqqətinə çatdırıb: 1- Azərbaycanın prezident seçkilərindən sonra durumu və Həsən Ruhaninin ana dilində təhsil, Azərbaycan türkcəsi mədəniyyət evinin yaradılması, etnik və məzhəb azınlıqları işləri üzrə -hansıki, bu məsələyə olan təhlükəsizlik pronlemi kimi görüşü dəyişə bilsin- müavinin təyin edilməsi və Urmu gölünün yenidən dirçəldilməsi ilə bağlı verdiyi vədlərin icra edilməməsi... . 2- Azərbaycanda məzhəb azınlıqları (əhli-haqq)... . 3- Zəlzələdən zərərçəkən azərbaycanlıların durumu... 4- Azərbaycanda müstəqil dərgi və qəzetlərin nəşrinə dair qadağa... . 5- İranda qeyri-farslara qarşı edilən ayrı-seçkilik və azərbaycanlı məhbusların məsələsi... . Bu söhbətdən sonra BMT nümayəndəsi söz verib ki, İranda azınlıqların məsələləri ilə bağlı xüsusi konfrans keçirəcək. Geri dön |