Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > İqtisadiyyat > Bakıda beynəlxalq bank konfransı başlayıb
Bakıda beynəlxalq bank konfransı başlayıb |
Bu gün Azərbaycanda MDB-nin iştirakçısı olan dövlətlərin “MDB-nin maliyyə bazarları: qlobal qeyri-sabitlik şəraitində sabit inkişaf yolları” mövzusunda IV Bakı Beynəlxalq Bank Konfransı işə başlayıb.
Iki gün davam edəcək konfrans MDB İcraiyyə Komitəsinin illik dəstəyi ilə MDB-nin Maliyyə-Bank Şurası və Azərbaycan Beynəlxalq Bankı tərəfindən təşkil olunub. Qarşıdakı forumun əsas vəzifəsi indiki qlobal qeyri-sabitlik şəraitində MDB-nin maliyyə-bank sistemlərinin inkişafı məsələlərinin müzakirə edilməsidir. Konfransın formatı bu aktual məsələlərin müzakirəsi və onlara dair birgə qərar qəbul edilməsi üçün münasibdir, belə ki, Bakı forumu həmişə iştirakçılar arasında canlı rəy və təcrübə mübadiləsinə çevrilir. Konfransın plenar diskussiyalarının əsas mövzuları bunlardır: “Dünyanın artan maliyyə-borc böhranı: səbəblər, nəticələr, MDB ölkələrində maliyyə-bank sistemlərinin sabit inkişafı yolları”, “2020-ci ilədək Birlik dövlətlərinin bank inkişaf strategiyasının hazırlanması zərurəti və ortamüddətli perspektivdə - 2020-ci ilədək MDB-nin bank sisteminin inkişaf proqnozu”, “Xəzəryanı regionda investisiya potensialından istifadə problemləri və səmərəli nəqliyyat infrastrukturunun inkişafı - Xəzəryanı dövlətlər arasında iqtisadi əməkdaşlığın inkişafı” və s. Konfransda MDB İcraiyyə Komitəsinin sədri, birliyin icraçı katibi S.Lebedevin, Azərbaycan Mərkəzi Bankının sədri E.Rüstəmovun, Xarici Ticarət Bankının prezidenti - idarə heyətinin sədri, MDB-nin Maliyyə-Bank Şurasının prezidenti A.Kostinin, Azərbaycan Beynəlxalq Bankı İdarə Heyətinin sədri, MDB Maliyyə-Bank Şurası prezidentinin birinci müavini C.Hacıyevin, Avrasiya İnkişaf Bankı İdarə Heyətinin sədri İ.Finogenovun, Rusiya Sənayeçilər və Sahibkarlar İttifaqının prezidenti A.Şoxinin və başqalarının çıxışları gözlənilir. Bu il konfrans çərçivəsində “İnvestisiya mələyi” Beynəlxalq İnvestisiya Mükafatının səyyar sessiyası keçiriləcək. Mükafatın təsisçisi Beynəlxalq Kreditorlar Təşkilatıdır (World Organization of Creditors). Təntənəli təltifetmə mərasimində “MDB-nin ən dinamik inkişaf edən subyekti” və “MDB-nin ən dinamik inkişaf edən bankı” nominasiyalarında laureatlara qiymətli mükafatlar təqdim ediləcək. Geri dön |