Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Rəsmi Bakı Dağlıq Qarabağın erməni icmasının Berlin görüşünə qatılmamasına münasibət bildirib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > Rəsmi Bakı Dağlıq Qarabağın erməni icmasının Berlin görüşünə qatılmamasına münasibət bildirib

Rəsmi Bakı Dağlıq Qarabağın erməni icmasının Berlin görüşünə qatılmamasına münasibət bildirib


«Azərbaycan ərazilərini işğal edib, müəyyən məqsədlərinə nail olandan sonra Ermənistanın həm rəsmi, həm də qeyri-rəsmi strukturları danışıqlardan qaçmağa, bununla mövcud reallığı uzatmağa çalışırlar».

Bunu Azərbaycan Prezidenti Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov Dağlıq Qarabağ erməni icmasının nümayəndələrinin noyabrın 28-də Berlində keçirilən görüşünə qatılmamasına münasibət bildirərkən deyib.

Münasibətlərin tənzimlənməsindəki əsas istiqamətlərdən birinin icmalararası danışıqlar olduğunu deyən PA rəsmisinin sözlərinə görə, rəsmi Bakı bu məsələyə önəm verir: “Azərbaycanlı icması danışıqlarda iştirak etməyə həmişə hazır olub. Ermənilərin danışıqlara hansı səbəblərdən gəlmədiyini araşdırmaq lazımdır”.

Ə. Həsənovun fikrincə, ermənilər bu addımları ilə dünya və Azərbaycan ictimaiyyətini reallıqla barışdırmağa çalışırlar: «Bu da onu göstərir ki, ermənilər işğal siyasətlərinə son qoymaq istəmir, danışıqlardan da prosesin uzadılması məqsədilə istifadə edirlər. Azərbaycan dəfələrlə bəyan edib ki, bu siyasətin sonu yoxdur və sonda müəyyən mənada hərbi qarşıdurmaya gətirib çıxara bilər».

Geri dön