Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Müdafiə naziri çağırışçıların təkrar tibbi yoxlamadan keçməsi barədə əmr verib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Hərb > Müdafiə naziri çağırışçıların təkrar tibbi yoxlamadan keçməsi barədə əmr verib

Müdafiə naziri çağırışçıların təkrar tibbi yoxlamadan keçməsi barədə əmr verib


Müdafiə naziri general-polkovnik Zakir Həsənov Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissələrə xidmətə çağırılan gənclərin təkrarən tibbi yoxlamadan keçməsi haqda əmr verib.

Müdafiə Nazirliyinin mətbuat xidməti bununla bağlı yanvarın 11-də məlumat yayıb.

Məlumatda deyilir ki, nazirin əmrinə əsasən, Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissələrə hərbi xidmətə çağırılan gənclərin sağlamlıq vəziyyəti Silahlı Qüvvələrin birliklərində, Əlahiddə Ümumqoşun Ordusu və Bakı qarnizonu üzrə toplanış məntəqəsində yaradılmış tibbi komissiyalar tərəfindən təkrarən yoxlanışdan keçiriləcək.

Xəstəlik aşkar edilən çağırışçılar geri qaytarılacaq.

Hərbi xidmətə yararlı olanlar 3 ay müddətində yeni gəlmiş heyətin döyüş hazırlığı proqramına əsasən gənc əsgərin hazırlığı kurslarında təlim keçəcək.

Kursu bitirdikdən sonra birliklərdə, Əlahiddə Ümumqoşun Ordusu və Bakı qarnizonu üzrə toplanış məntəqəsində yaradılan komissiyalar tərəfindən xüsusi kompüter proqramı vasitəsilə həyata keçirilən bölgü əsasında gənc əsgərlər yiyələndikləri ixtisaslara uyğun olaraq hərbi hissələrə xidmət yerlərinə göndəriləcək.

Xatırladaq ki, Azərbaycanda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti fəaliyyət göstərir. Hərbi xidmətə çağırılan gənclər burada tibbi komissiyadan keçir. General-polkovnik Zakir Həsənovun Müdafiə Nazirliyinin tabeliyindəki hərbi hissələrə hərbi xidmətə çağırılan gənclərin təkrarən tibbi yoxlanışdan keçməsi və xəstəlik aşkar edilən çağırışçıların geri qaytarılması barədə verdiyi əmr, şübhəsiz ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin apardığı tibbi yoxlamalara etimadsızlıq kimi yozulacaq.

Qanunvericiliyə görə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırışa qədərki hazırlığı, həqiqi hərbi xidmətə çağırışı, ehtiyatda xidmət keçməsi, səfərbərlik hazırlığı və səfərbərlik üzrə çağırışı, xüsusi hərbi ixtisaslar üzrə hazırlığı, ali təhsil müəssisələri tələbələrinin zabitlər hazırlanan xüsusi proqram üzrə hərbi hazırlığı, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və qanunvericiliklə nəzərdə tutulmuş digər silahlı birləşmələrin sülh dövründə çağırışçılarla, səfərbərlik zamanı və müharibə dövründə isə hərbi vəzifəlilərlə və hərbi-nəqliyyat vasitələri ilə, eləcə də mülki heyət vəzifələrində işləmək üçün vətəndaşlarla komplektləşdirilməsi sahələrində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.

Geri dön