Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasi partiyalar, REKLAM SAHƏSİ > Milli Dirçəliş Hərəkatı Partiyasından AÇIQLAMA
Milli Dirçəliş Hərəkatı Partiyasından AÇIQLAMA |
Bir müddət əvvəl Milli Dirçəliş Hərəkatı partiyasının sədri,Milli Məclisin deputatı Fərəc Quliyev eks baş nazir Surət Hüseynov tərəfindən Qarabağ qazilərinin qorunması üçün guya xüsusi fond yaradılması ilə bağlı Modern.az saytının suallarını cavablandırarkən bildirmişdi ki,“Mən Surət Hüseynovun bu addımına əhəmiyyət vermirəm və məni qətiyyən maraqlandırmır. Düşünmürəm ki, onun Türkiyədə Qazilər Fondu yaratması siyasətə qayıdışdır. S. Hüseynov siyasətçi olmadığından onun fond yaratmasını siyasi addım kimi qiymətləndirmək olmaz. Qarabağ qaziləri, müharibə iştirakçıları Sürət Hüseynov ətrafında birləşməz ”.
Milli Qvardiyanın keçmiş komandanı polkovnik Əzizağa Süleymanov Milli Məclisin deputatı F. Quliyevin açıqlamasına mətbuatda reaksiya veirib: “Fərəc Quliyevin bu açıqlamasını mən bir Qarabağ müharibəsinin veteranı olaraq başa düşmədim. Deyək ki, Sürət Hüseynovu ölkə daxilində kimsə qəbul etmir, bunun xarici dövlətdə yaratdığı fonda nə dəxli var? Fərəc Quliyev bu gün millət vəkilidir. Yaxşı olardı ki, bir deputat kimi həmyerlisi tərəfindən hüquqları tapdalandığından canına qəsd etmiş Qarabağ qazisi Zaur Həsənovun faciəli həyat sonluğuna aydınlıq gətirsin. Dövlət qarşısında məsələ qaldırsın ki, bəlkə qazilər dövlət vəsaiti hesabına ailələrinin yaşayışını təmin edə bilsin. Ailə dolanışığı üçün dövlət məmurlarının ayağına getməsinlər.” MDHP mətbuat xidməti bildirir kı, Fərəc Quliyev Parlamentin elə ilk iclasindaca “Qarabag veteranları və Şəhid ailələri Dövlət komitəsi “ yaratmaq təşəbbüsü ilə faliyyətə başladı,dəfələrlə Qarabag veteranlarının sosial durumu ,şəhid ailələri ilə bağlı,zəbt edilmiş zabit evlərinin geri qaytarılma yollari ilə bağlı,istefa və təqaüdə çıxan zabitlərin mənzil təminatı,müavinətləri və s.təkliflərlə çıxış edərək,daim Qarabağ veteranlarını, Şəhid ailələrini diqqətdə saxlamışdır. Ola bilər ki, Milli Qvardiyanın keçmiş komandanı polkovnik Əzizağa Süleymanov ölkə həyatı ilə maraqlanmayıb ,qazet,kitab oxumayib və bütün bunlardan xəbəri yoxdur, Fərəc Quliyevin bu fəaliyyətini də, yuxaridakı açıqlamasını da başa düşməyib. Amma Milli Qvardiyanın komandanı olan adam ,1993-cü ildə kimin əmri ilə Milli Qvardiyanın əsgər və zabitlərinin Gəncədə avtobsda güllə-boran edilib öldürülməsinin təfərrüatlarını bilməmiş, başa düşməmiş olmaz. Ona görə süni döyüşçü təəsübkeşliyi göstərmək inandırıcı görünmür. Əzizağa Süleymanov deyir ki” Fərəc Quliyev həmyerlisi tərəfindən hüquqları tapdalandığından canına qəsd etmiş Qarabağ qazisi Zaur Həsənovun faciəli həyat sonluğuna aydınlıq gətirsin.”Əvvəla Fərəc Quliyev bu işi araşdırmalı strukturun rəhbəri deyil,ikincisi bu sirf məhəllə zehniyyəti deyilmi? Fərəc Quliyev özündə Borçalı departamenti,Qarabag departamenti,Güney Azərbaycan departamenti,Qərbi Azərbaycan departamenti,Dərbənd departamenti,Türk Dünyası və Diaspor departamenti strukturları olan Partiyanın Qurucu Lideridir.Bütöv Azərbaycan,Turan hədəfli Partiya lideri,Millət vəkilinə məhəllə zehniyyətli birisinin məsləhət verməsinə heç ehtiyac yoxdur. Oxuculara sayğılarla –MDHP mətbuat xidməti. Geri dön |