Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > “Azərbaycanda dərmanların qiyməti süni şəkildə qaldırılır, dəyəri 50 qəpik, 1 manat olan antibiotiklər 5-10 manata satılır”
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Sağlıq > “Azərbaycanda dərmanların qiyməti süni şəkildə qaldırılır, dəyəri 50 qəpik, 1 manat olan antibiotiklər 5-10 manata satılır”

“Azərbaycanda dərmanların qiyməti süni şəkildə qaldırılır, dəyəri 50 qəpik, 1 manat olan antibiotiklər 5-10 manata satılır”


“Son dövrlər Azərbaycanda dərmanların qiymətləri süni şəkildə qaldırılır. Dəyəri 50 qəpik, 1 manat olan antibiotiklər 5-10 manata satılır”.

Bunu səhiyyə nazirinin müavini Elsevər Ağayev əczaçılıq şirkətlərinin Bakıda fəaliyyət göstərən nümayəndəliklərinin rəhbərlərinin iştirakı ilə keçirilən iclasda deyib.

E. Ağayev iclasda dərman vasitələrinin içlik vərəqələri ilə bağlı yol verilən qanunsuzluqlara da toxunub. Nazir müavini bildirib ki, qanunvericiliyə görə, həmin vərəqələr Azərbaycan dilində olmalıdır: “Bir çox əczaçılıq şirkəti bu tələbə məhəl qoymur. Mən ölkədə qeydiyyatdan keçən 3600-ə qədər dərman preparatının Azərbaycan dilində yazılmış içlik vərəqələrini təsdiqləmişəm. İçlik vərəqələri hazırlanır, təsdiq edilir, ancaq aptekdən dərman alanda onun içərisində Azərbaycan dilində içlik vərəqi görmürük. Bu məsələyə diqqətlə yanaşılmalıdır”.

Geri dön