Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycanda bir ildə 1800 körpə ölüb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Hadisə, Sağlıq > Azərbaycanda bir ildə 1800 körpə ölüb

Azərbaycanda bir ildə 1800 körpə ölüb


Ötən il Azərbaycanda 172 mindən çox uşaq dünyaya gəlib
Sağlamlıq Ötən il Azərbaycanda 172 mindən çox uşaq dünyaya gəlib, 1, 8 min körpə isə dünyasını dəyişib.

Bu barədə Dövlət Statistika Komitəsinin AzVision.az-ın sorğusuna cavabında bildirilib. Komitədən verilən məlumata görə, bu göstərici ötən il ərzində qeydə alınıb.

“2013-cü ildə ölkədə 172,6 min körpə doğulub, onlardan ölənlərin sayı 1,8 min nəfər təşkil edib”.

Qeyd edək ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin məlumatına görə isə son 3 illə müqayisədə bu il 1 yaşa qədər körpələr arasında ölüm faktı azalıb. Belə ki, 2011-ci ildə 1903 körpə ölüb.

2012 – ci ildə isə 1884 körpə ölümü qeyd alınıb. Bu isə hər 1000 nəfərə 10,8 nəfər deməkdir. 2013 –cü ilin 6 ayı ərzində 900 nəfər 1 yaşa qədər körpə dünyasını dəyişib. Ölkədə 2011-ci ildə ölən 1903 körpədən 1536 nəfəri şəhər, 367 nəfər isə kənd yerlərinin payına düşür. 2012-ci ildə isə tələf olan 1884 körpədən 1524-ü şəhər, 360-ı isə kənd yerlərindən olan uşaqlar təşkil edib.

Geri dön