Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Müsahibə, Diaspor > Duman Radmehr: Milli hərəkat insan haqlarına ciddi diqqət yetirməlidir
Duman Radmehr: Milli hərəkat insan haqlarına ciddi diqqət yetirməlidir |
“İranda bir çox qeyri-fars siyasi qruplardan fərqli olaraq əməldə hər hansı zorakı fəaliyyətdən uzaq olan Güney Azərbaycan Milli Hərəkatının insan haqları söyləminə bu qədər biganə yanaşması çox qəribədir,” Duman Radmehr söyləyir. Güneyli siyasi fəal Amerikanın Səsinə müsahibədə güneyli fəallar və təşkilatlar arasında insan haqlarının müdafiəsi sahəsində fəaliyyətlərin durumunu dəyərləndirib.
Duman Radmehrin sözlərinə görə bu gün türklər və türkmənləri istisna etməklə İranda əksər qeyri-fars etnik qrupların siyasi cərəyanları içərisində silahlı təşkilatlar mövcüddür. Ancaq həmin silahlı qruplar da hər zaman insan haqlarından dəm vururlar. “Bu durumda hər hansı zorakı bir fəaliyyətdən uzaq olan Güney Azerbaycan Milli Hərəkatının insan haqları söyləmlərinə bu qədər biganə qalması çox qəribə bir haldır,” deyə o, əlavə edir. Güney təşkilatlarını insan haqları fəaliyyətləri baxımından tənqid edən Radmehr özü və fikir yoldaşlarını da istisna etmir: 35 milyon insandan danışırıq, istədiklərimizin hamısı da insan haqları çərçivəsindədir, ancaq hüquq müdafiəçiliyi sahəsində barmaq sayısında çalışanımız yoxdur. Duman Radmehr“Mən bütün bu tənqidləri irəli sürdüyümdə özümü və dostlarımı ayırmıram və hərəkatımızı bir bütün olaraq deyirəm. 35 milyon insandan danışırıq, istədiklərimizin hamısı da insan haqları çərçivəsindədir, ancaq hüquq müdafiəçiliyi sahəsində barmaq sayısında çalışanımız yoxdur.” İsveçdə mühacirətdə yaşayan fəalın fikrincə, hazırda dünyada mövcud olan şərait dövlətləri də insan haqlarına riayət çərçivəsində siyasət yürütməyə məcbur edir. “İndiki dünyada post-modern bir şərait hakimdir. Müasir dünyada dövlətlər öz maraqlarını qorumaq əsasında dəyərləndirilirdilər, ancaq bu gün daha çox başqalarının haqlarına dair mövqeləri ilə qiymətlənirlər.” Bu səbəbdən də cənab Radmehr hesab edir ki, beynəlxalq miqyasda gündəmə çıxmaq istəyən siyasi hərəkat özünün insan haqlarının müdafiəsi üzrə göstəricilərinə ciddi diqqət yetirməlidir. Siyasi fəal İranın Azərbaycan və digər vilayətlərində yaşayan türklərin bütün haqları və tələblərinin insan haqları bəyannamələrində nəzərdə alındığını vurğulayır. Geri dön |