Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Nizaminin Azərbaycan şairi kimi təbliği üçün xaricə ezamiyyətlər olacaq
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Mədəniyyət > Nizaminin Azərbaycan şairi kimi təbliği üçün xaricə ezamiyyətlər olacaq

Nizaminin Azərbaycan şairi kimi təbliği üçün xaricə ezamiyyətlər olacaq


Yanvarın 15-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin iclasında “Nizami Gəncəvi yaradıcılığında azərbaycançılıq” məruzəsi müzakirə olunub.

AMEA-nın prezidenti akademik Akif Əlizadə deyib ki, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizaminin yaradıcılığını təhriflərdən qorumaq üçün dövlət səviyyəsində işlər aparılıb, o cümlədən şairin 870 illik yubileyi yüksək səviyyədə keçirilib, Romada möhtəşəm abidəsi ucaldılıb, Gəncədə nüfuzlu Beynəlxalq Nizami Mərkəzi təşkil olunub. Akif Əlizadə vurğulayıb ki, bu və digər tədbirlər dünyada Nizamiyə İran şairi kimi yanaşmanı aradan qaldırmaq üçün vacib addımlardandır. Onun sözlərinə görə, Azərbaycanda bu istiqamətdə bir sıra elmi tədqiqatlar da aparılıb və mühüm nəticələr əldə edilib.

Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü professor Teymur Kərimli sözügedən nəticələr haqqında məruzə ilə çıxış edib. O bildirib ki, bəşər tarixində bir çox sənətkarın müəyyən obyektiv və subyektiv səbəblərdən öz doğma dilində deyil, həmin regionda işlək olan dildə yazması faktına tez-tez təsadüf edilir: “Bu səbəbdən yalnız fars dilində yazdığına görə Nizamini və orta əsrlər Azərbaycan poeziya məktəbinin başqa böyük nümayəndələrini İran və ya fars şairi adlandırmaq qətiyyən reallığa uyğun deyil. İstər şairin özü, istərsə də sonralar onun haqqında yazılmış bütün orta əsr qaynaqları onun 1141-ci ildə Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən və XII əsrdə Azərbaycan Atabəylər dövlətinin paytaxtlarından biri olmuş Gəncədə doğulduğunu və ömrü boyu Azərbaycanda yaşayıb yaratdığını birmənalı şəkildə təsdiq edir. Nizaminin dilində çoxlu türk sözləri işlənib. Nizami “Leyli və Məcnun” poemasında öz anasının kürd qızı olduğunu bildirib, “Xosrov və Şirin” poemasında isə özünü saf türk sözü ilə “ikdiş”, yəni “metis” adlandırıb”.

AMEA Rəyasət Heyətinin 15 yanvar iclasında Nizami Gəncəvi yaradıcılığında Azərbaycanla bağlı motiv və obrazların daha əhatəli şəkildə araşdırılması, Rusiya, Avropa və Amerikanın şərqşünaslıq mərkəzlərində təbliğ edilməsi məqsədilə elmi ezamiyyətlərin həyata keçirilməsi barədə qərar qəbul olunub.

Geri dön