Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Mədəniyyət > TAPDIQ ƏMİRASLANOVUN XALQINA ÇIRAQ ÖMÜRÜ
TAPDIQ ƏMİRASLANOVUN XALQINA ÇIRAQ ÖMÜRÜ |
Göyçə mahalının Sovetlər dönəmində maarifpərvər və ziyalı nümayəndələrindən biri olan Tapdıq Əmraslanovun Göyçə türklərinin maariflənməsində əvəzolunmaz xidmətləri olmuşdur. Tapdıq müəllim hələ rayon rəhbərliyində ikinci katib işlədiyi vaxtda erməni millətçiləri ilə qarşı-qarşıya gəlmiş və onun zəkası qarşısında erməni böhtanları iflasa uğramışdır. Maarifpərvər ziyalı Göyçə mahalında daim hörmət və ehtirama layiq duyğularla yad olunur. O, əmək fəaliyyətinə gənc yaşlarında müəllim və məktəb direktoru işləməklə başlamışdır: On beş yaşında müəllim, iyirmi iki yaşında isə məktəb direktoru işləmişdir. Tapdıq müəllim sonralar başqa vəzifələrdə işləsə də ona ehtiram olaraq müəllim deyə müraciət olunmuşdur. “Müəllim” sözü isə öyrədən deməkdir...
Qəlbində hər zaman mənsub olduğu xalqına məhəbbətini və təəssübünü gəzdirən zəka sahibi məsul vəzifələrdə işlədiyi dövrdə erməni millətçilərinin təzyiqlərinə sinə gərərək Göyçə mahalının kəndlərində məktəblər, uşaq bağçalarının tikilməsinə nail ola bilmişdir. Bu maarifpərvər ziyalı daim tədris prosesini izləməklə bacarıqlı və istedadlı Türk uşaqlarına məktəb direktorları tərəfindən qayğı göstərmələrini tələb etmişdir. Vaxaşırı məktəblərdə əlaçı şagirdlərlə görüşüb onların bilik səviyyəsini yoxlayırdı. Həmin gənclərin gələcəkdə ali məktəblərə qəbul olunması ilə maraqlanardı. Ali məktəblərə qəbul olan məzunların sorağını alan zaman Tapdıq müəllimin sevincinin həddi-hüdudu olmazdı... Bu yazıda Tapdıq müəllimlə görüşüm haqqında bir əhvalatı xatırladım. Orta məktəbi bitirib birinci ili ali məktbə qəbul ola bilmədikdən sonra Krasnoselo rayonunda fəaliyyət göstərən altı aylıq sürücülük kursunda oxuyurdum. rayon partiya komitəsinin qaşısından keçərkən rayon partiya komitəsinin bir işçisi ilə söhbət edən Tapdıq müəllimlə qarşılaşdım. Taptıq müəllim o zaman Basarkeçər rayon maarif şöbəsinin müdiri vəzifəsində işləyirdi... Ürəyimdə ona qarşı olan hörmət və ehtiram hissi yerimdə heykəl kimi donub qalmağı tələb etdi. Ancaq “Salam!”,-deyib susmağı bacardım və onun uzaqlaşmasını gözlədim. O, salamımı alıb dedi: -Hansı kəntdənsən? Cavab verdim ki, Dərə kəndindənəm, ali məktəbə qəbul imtahanından kəsilmişəm, indi rayonda “Avtoşkola”da oxuyuram. Tapdıq müəllim qınayıcı nəzərlə yenidən sual verdi:- əgər sürücü olmaq istəyirdinsə, onda elə səkkizinci sinif də bəs edirdi də, daha onuncu sinif nəyinə gərək idi. Ali təhsil almaq lazımdır!.. Fikirləşirdim ki, elə sürücülük vəsiqəsi alıb Bakıda sürücü işləyib həyatımı davam etdirərəm... Tapdıq müəllimin sözləri məni bir daha düşünməyə vadar etdi. ADU-nun hüquq fakültəsinə dəfələrlə sənəd verdim, lakin qəbul ola bilmədim. Hərbi xidmətdən sanra ADU-nun kitabxanaçılıq fakültəsinə qəbul olundum və ali təhsil aldım. Uzun müddət mədəniyyət işində çalışdım və qabaqcıl mədəniyyət işçisi kimi Səməd Vurğun adına Şəki rayon mədəniyyət evin direktoru vəzifəsinə irəli çəkildim. “Zorxana” folklor xalq rəqsinin meydana çıxarılmasında ilk təşəbbüskar oldum... Yaradıcılıq aləmində şair Niftalı Göyçəli adı ilə tanındım. Göyçə mahalından olan insanların Tapdıq müəlimlə bağlı mənim xatirələrim kimi indi qəlblərdə ehtiramlı çoxsayı xatirələr yaşamaqda davam edir. Qələmə aldığım “Xalqına çıraq ömür” adlı bioqrqfik povest maarifpərvər bir ziyalını gələcək nəsillərə xeyirxah insan kimi təqdim edəcəkdir... N. Göyçəli Geri dön |