Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Mədəniyyət > AMEA Mərkəzi Elmi Kitabxanası 20 Yanvar hadisələrinin 24-cü ildönümünə həsr edilmiş “Müstəqillik uğrunda mübarizə - 20 Yanvar” mövzusunda sərgi təşkil edib
AMEA Mərkəzi Elmi Kitabxanası 20 Yanvar hadisələrinin 24-cü ildönümünə həsr edilmiş “Müstəqillik uğrunda mübarizə - 20 Yanvar” mövzusunda sərgi təşkil edib |
Tədbiri giriş sözü ilə açan Mərkəzi Elmi Kitabxanın direktoru, filologiya elmləri doktoru Aybəniz Əliyeva-Kəngərli həmin günün mahiyyətindən bəhs edən məruzə ilə çıxış etmişdir: “20 Yanvar hadisələri xalqımızın milli mənliyinə, milli azadlıq ruhuna qarşı bir təcavüz idi. Buna baxmayaraq Azərbaycan xalqı öz qürurunu itirmədi, onun iradəsi qırılmadı. Xalqımızın qan yaddaşına silinməz faciə kimi yazılmış 20 Yanvar eyni zamanda xalqımızın tarixində bir qəhrəmanlıq səhifəsidir. Biz 20 Yanvarı milli matəm, hüzn günü kimi qeyd edirik, ancaq o müdhiş gecəni həm də iftixar hissi ilə xatırlayırıq. Çünki 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan xalqına qarşı törədilmiş cinayət, tökülmüş nahaq qanlar, insanların vəhşicəsinə qətlə yetirilməsi Azərbaycan xalqının müstəqillik uğrunda mübarizə əzmini qıra bilmədi. İmperiya rəhbərliyinin Azərbaycan xalqına qarşı törətdiyi bu qanlı cinayət xalq kütlələrini daha da birləşdirdi, onların mübarizliyini daha da artırdı. Həmin gecə Azərbaycan xalqı özünün yenilməzliyini, qəhrəmanlığını, Vətənə, torpağa sədaqətini, azadlıq uğrunda mübarizə əzmini bütün dünyaya bəyan etdi. Məhz bu əzmin, iradənin sayəsində xalqımız müqəddəs arzusuna çatdı, milli azadlığına qovuşdu”. Sonra söz Şərqşünaslıq İnstitutunun direktoru, millət vəkili Gövhər Baxşəliyevaya verildi. Ulu öndərin təşəbbüsü ilə bu qanlı faciəyə ilk dəfə siyasi-hüquqi qiymət verildiyini vurğulayan millət vəkili bildirdi ki, xalqımızın ağır günündə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələn dahi şəxsiyyət Heydər Əliyev qanlı terror aktının təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etmiş, cəsarətli və imperiya rəhbərliyini ifşaedici bir bəyanatla çıxış etmişdir. Bu bəyanatla Heydər Əliyev ilk olaraq 20 Yanvar faciəsinin əsl siyasi-hüquqi qiymətini vermişdir. Məhz o ağrılı günlərdə - 20 Yanvar günündə xalqının səsinə hər kəsdən əvvəl səs verən də Heydər Əliyev oldu. Daha sonra tədbir iştirakçıları 20 Yanvar faciəsinə həsr edilmiş ədəbiyyat sərgisi ilə tanış olmuşlar. Sərgilənən ədəbiyyat sırasında Aydın Balayev və Rasim Mirzənin birgə yazdıqları “20 yanvar hadisələri. Sənədlər, Mövqelər, Şərhlər” (1999-2000), Hacı Qüdrət Əbdülsəlimzadənin “Nikbin faciə (Qanlı Yanvar düşüncələri)”, “Qanlı yanvardan 15 il keçdi...”, Rafiq Səməndərin “Şəhidlər”, Qulu Kəngərlinin “Qara Yanvar şəhidləri” (Azərbaycan və rus dillərində), Abdulla Qurbaninin “Şəhidlər dastanı”, Tatyana Çaladzenin “Sostradanie”, Murtuz Sadıxlının “Otvet tebe dast istoriya...”, Feliks Çarçbadzenin “Zabıtıy qenosid”, Yasin Aslanın “Azərbaycan tam bağımsızlık yolunda” və s. adını çəkmək olar. Həmçinin sərgidə 20 Yanvar faciəsini əks etdirən Azərbaycan, rus, Qərbi Avopa və Şərq dillərində 250-dən artıq ədəbiyyat, sənədlər, fotoşəkillər, videomateriallar, virtual görüntülər də nümayiş etdirilmişdir. Sərgi Mərkəzi Elmi Kitabxanın Sərgi zalında 15 gün müddətində davam edəcəkdir. Geri dön |