Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Bakıdakı marşrutlardan birində gediş haqqı artırılıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > Bakıdakı marşrutlardan birində gediş haqqı artırılıb

Bakıdakı marşrutlardan birində gediş haqqı artırılıb


Azərbaycan paytaxtındakı marşrut avtobuslarından birində gediş haqqı artırılıb. APA-nın məlumatına görə, 314 saylı marşrut avtobusunda əvvəllər 25 qəpik tələb olunurdusa, son günlərdə qiymət 30 qəpiyə qaldırılıb.

Nəqliyyat Nazirliyi Katibliyinin rəisi Namiq Nəsənov APA-ya bildirib ki, marşrut avtobuslarında qiymət artımı ilə bağlı qərarı yalnız Tarif Şurası verə bilər: «Tarif Şurasının isə belə qərarı yoxdur». Onun sözlərinə görə, qalan hallarda yalnız marşrutun hərəkət istiqaməti uzadıldığı zaman qiymət artırıla bilər. N.Həsənov konkret olaraq 314 saylı marşrut avtobusu ilə bağlı araşdırma aparılacağını, qanunsuzluq aşkarlanarsa, müvafiq tədbirlər görüləcəyini, özbaşına qiyməti artımı halı varsa, günahkarların cəzalandırılacağını bildirib.

Qeyd edək ki, 314 saylı marşrut avtobus uzun müddətdir Yeni Ramana-8-ci km qəsəbəsi istiqamətində hərəkət edir və son günlərdə marşrutun hərəkət istiqaməti uzadılmayıb.

Xatırladaq ki, noyabrın 28-də Tarif Şurası Bakı Metropolitenində gediş haqqının 33% bahalaşdırılması barədə qərar qəbul edib. Qərara əsasən, dekabrın 1-dən metroda gediş haqqı tarifi 15 qəpikdən 20 qəpiyə qaldırılıb.

Geri dön