Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Güney Azərbaycan xəbərləri
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > Güney Azərbaycan xəbərləri

Güney Azərbaycan xəbərləri


BERLİNDƏKİ AZƏRBAYCAN EVİ YARANMASININ İLDÖNÜMÜNÜ QEYD ETMİŞDİR

Berlində fəaliyyət göstərən Azərbaycan Evi yaranmasının 5 illik yubileyini keçirdiyi tədbirlərlə qeyd etmişdir. Azərbaycan Evinin sədri Tofiq Qarayev qonaqları salamlamış və hamıya xoş əhval-ruhiyyə arzulamışdır.
Gecəni idarə edən yazıçı Əmir Pəhləvan Azərbaycan Evinin fəaliyyəti haqqında qonaqlara məlumat vermiş və təşkilatın bu illərdə bir sıra idman və mədəniyyət tədbirləri təşkil etdiyini, Azərbaycandan gələn incəsənət xadimlərinə hamilik etdiyini bildirmişdir.
Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov Azərbaycan Evinin əməkdaşlarını yubiley münasibətilə təbrik etmiş, onun yaranması ideyasının tarixinə dair məlumat vermiş, son bir ildə gördüyü işləri təhlil etmiş, gələcək fəaliyyətində təşkilata uğurlar diləmişdir.
Gecədə AFFA-nın birinci vitse-prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev Azərbaycan Evinin idman sahəsində gənclərlə apardığı işlərin təqdirəlayiq olduğunu bildirmişdir. Azərbaycan Evi nəzdində futbol məktəbinin rəhbəri və kiçikyaşlı uşaqlardan ibarət “Azəri” futbol komandasının məşqçisi Yohannes Zvik komanda tərəfindən imzalanmış topu və idman paltarını Rauf Əliyevə təqdim etmişdir.
Azərbaycan Evinin yubileyi münasibətilə Berlin-Bakı Qalereyasının rəhbəri İbrahim Əhrari təbrik sözləri söyləmiş, Azərbaycan Evinə uğurlar arzulamış və özünün rəsm əsərini təşkilata təqdim etmişdir.
Tədbirdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov, Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycan İcması İctimai Birliyinin İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Rövşən Rzayev, Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Sevinc Xəlilova, Azərbaycan səfirliyinin əməkdaşları, çox sayda alman və azərbaycanlı qonaqlar iştirak etmişlər.
Gecənin bədii hissəsində Moldovadan gəlmiş qonaq Konstantin Moskoviç nay alətində Azərbaycan xalq musiqisi incilərindən parçalar ifa etmişdir. Azərbaycandan gəlmiş incəsənət ustaları Azərbaycan və Avropa musiqisi nümunələrini ifa edərək, qonaqlara xüsusi zövq vermişlər.


Əli Həsənov: “Tehrana səfərim zamanı İranda ayrı-ayrı dairələrin Azərbaycan əleyhinə təhrikedici çıxışlarına son qoyulması xüsusi müzakirə olunacaq”

Azərbaycan Prezidenti Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun başçılıq etdiyi nümayəndə heyəti sabah İrana səfər edəcək.
Bu barədə məlumat verən Ə. Həsənovun sözlərinə görə, səfər İran hökumətinin təşəbbüsü ilə gerçəkləşir. Səfər dəvəti çoxdan edilsə də, vaxtın təyini ilə bağlı problemlərə görə dekabra salınıb.
Görüşlərdə iki dövlət arasında mövcud informasiya, təbliğat, televiziya yayımları, ictimai institutların ölkədaxili proseslərə münasibətləri, açıqlamalar, ayrı-ayrı bəyanatlar və bu məsələlərdən irəli gələn məsələlər müzakirə olunacaq: «Azərbaycan həmişə İranla dost və qonşu münasibəti saxlamağa cəhd göstərib, həmin siyasəti bu gün də saxlamağa çalışır. İran da həmişə münasibətləri yaxşı müstəvidə saxlayıb. Təəssüflər olsun ki, son vaxtlar həm İran, həm də Azərbaycanda bəzi dairələr bilərəkdən, yaxud bilməyərəkdən iki qonşu ölkə arasında münasibətlərə ictimai-siyasi, mətbuat, teleradio, təbliğat müstəvisində xələl gətirə bilən müəyyən tədbirlər həyata keçirirlər. Müəyyən məlumatlar, hərəkətlər müşahidə olunur. Səfərin əsas məqsədi bütün bunlara son qoymaqdır».

Ə. Həsənov səfər çərçivəsində İran telekanallarının Azərbaycan efir məkanına müdaxiləsi, həmçinin bəzi İran telekanalları tərəfindən Azərbaycanın daxili işlərinə qarışma cəhdlərinin qarşısının alınması, antiazərbaycan, İrandakı ayrı-ayrı dairələrin Azərbaycanla bağlı təhrikedici, Azərbaycandakı dini vəziyyətlə bağlı çıxışlarına son qoyulması məsələlərinin xüsusi yer tutacağını qeyd edib.


İranın bütün diplomatları Böyük Britaniyadan qovuldu

Böyük Britaniya rəhbərliyi Tehranda Britaniya səfirliyinin ələ keçirilməsinə qarşı sərt tədbirlər görüb.
Bu barədə jurnalistlərə Böyük Britaniyanın XİN (xarici işlər nazirliyi) rəhbəri Uilyam Heyq məlumat verib.
Britaniya XİN-nin tələbi üzrə, bütün iranlı diplomatlar 48 saat ərzində ölkəni tərk etməlidirlər. İranın Londondakı səfirliyi bağlanılacaq.
Bununla yanaşı U.Heyq qeyd edib ki, İran rəhbərliyi “müəyyən dərəcədə Tehranda səfirliyə hücuma dəstək göstərib.”


Norveç İrandakı səfirliyini bağlayır

Norveç rəhbərliyi etirazçıların Britaniyanın diplomatik nümayəndəliyinə hücumundan sonra İrandakı səfirliyini bağlamaq qərarına gəlib.
Bu barədə Frans-Press Agentliyinə Norveç hökumətindən məlumat verilib.
Norveç XİN-in (xarici işlər nazirliyi) rəsmisi Hild Steinfeldin agentliyə bildirdiyinə görə, hələlik Norveçin diplomatik missiyasının (görəv, məmuriyyət) əməkdaşları Tehrandadır və onların təxliyəsi barədə qərar hələ qəbul edilməyib.
Qeyd edək ki, çərşənbə axşamı radikal əhval-ruhiyyədə olan iranlı tələbələr Böyük Britaniyanın bu ölkədəki səfirliyi önündə etiraz aksiyası (etiraz göstərisi) keçirib, səfirliyin binasına daxil olaraq Britaniya bayrağını yandırıblar.


Britaniyanın İrandakı səfirliyi Bakıya köçürülüb

Böyük Britaniyanın Tehrandakı səfirliyinin diplomatik heyətinin evakuasiyası (təxliyyə) ilə əlaqədar İrana dair məsələlər bundan sonra müvəqqəti olaraq bu ölkənin Bakıdakı səfirliyinin vasitəsi ilə çözüləcək.
Məlumata görə, İranda baş verən və Britaniyaya aid olan mövzularla bağlı Böyük Britaniya Xarici İşlər Nazirliyini bu ölkənin Azərbaycandakı səfirliyi məlumatlandıracaq.
Xatırladaq ki, iki gün öncə bir qrup iranlı tələbə Britaniyanın Tehrandakı səfirliyinə hücum edərək səfirliyi tutub, bəzi məxfi sənədləri ələ keçirib, Britaniya bayrağını yandırıb və altı nəfəri girov götürüb. İran polisinin səyləri nəticəsində tələbələr səfirlik binasından çıxarılıb, girovlar isə azad edilib.
Böyük Britaniya yaranmış vəziyyətlə əlaqədar artıq diplomatlarını İslam Cümhuriyyətindən çıxarmağa başlayıb.
Britaniyanın baş naziri Deyvid Kameron isə İrana xəbərdarlıq edib ki, səfirliyə hücum ciddi fəsadlara səbəb olacaq


ÜÇ AVROPA ÖLKƏSİ İRANDAKI SƏFİRLƏRİNİ GERİ ÇAĞIRDI

Böyük Britaniyanın Tehrandakı səfirliyinin tutulmasına etiraz olaraq üç Avropa ölkəsi - Almaniya, Fransa və Hollandiya İrandakı səfirlərini geri çağırdıqlarını bildiriblər.
Almaniya Xarici İşlər Nazirliyinin sözçüsü noyabrın 30-da bəyanat yayaraq ölkənin İrandakı səfirini geri çağırdıqlarını bildirib: “Xarici işlər naziri Gido Vestervelle hazırkı gərgin vəziyyəti nəzərə alaraq Almaniyanın İrandakı səfərini vəziyyətlə bağlı məşvərət üçün geri çağırmaq qərarına gəldi”.
Almaniya Xarici İşlər Nazirliyi yaydığı digər bir bəyanatda Böyük Britaniyanın İrandakı səfirliyinə hücumu və onun tutulmasını kəskin pisləyib: “Bu, beynəlxalq diplomatik qanunları açıq-aşkar pozmaqdır və yolverilməzdir”.
Fransa və Hollandiyanın Xarici İşlər nazirlikləri isə yaydıqları ayrıca bəyanatlarda Böyük Britaniyanın Tehrandakı səfirliyinə hücuma etiraz olaraq İrandakı səfirlərini məşvərət üçün geri çağırdıqlarını bildiriblər.
İtaliyanın xarici işlər naziri isə jurnalistlərə açıqlamasında Tehranda xarici diplomatik korpuslara qarşı təzyiq və təhdidi nəzərə alaraq İrandakı səfirliklərini bağlamağı müzakirəyə çıxardıqlarını və vəziyyəti dəyərləndirməyə başladıqlarını bildirib.


İsveçrədə İran səfirliyinə silahlı hücum olub

İsveçrənin paytaxtı Berndə İran səfirliyinə silahlı hücum olub. ANS PRESS CNN Türk-ə istinadən xəbər verir ki, polis 2 nəfər gəncin dünən axşam saatlarında səfirliyə daş və yanğın yarada biləcək maddələr atdığını bildirib. Ancaq hücum nəticəsində səfirliyin binasına zərər dəyməyib.
Adı açıqlanmayan gənclər saxlanılıb və ifadələri alınıb.
İsveçrə adətən ABŞ və Qərb ölkələri ilə İran arasında vasitəçi olur.


Avropa İttifaqı və Yaponiya İrana qarşı yeni sanksiyalar tətbiq edə bilərlər

Bu gün Avropa İttifaqına üzv olan 27 ölkənin xarici işlər nazirlərinin Brusseldə keçiriləcək sammitində əsas mövzulardan biri İranda baş verən son hadisələr olacaq.
Ehtimal olunur ki, İrana əlavə sanksiyaların tətbiq olunacağı barədə razılaşma əldə olunacaq. İlkin məlumatlara əsasən, sanksiyalar İranın dövlət məmurlarına qarşı, neft sənayesi və bank sektoruna tətbiq ediləcək.
Öz növbəsində Yaponiya hökuməti də İrana qarşı yeni sanksiyaların tətbiq olunmasını nəzərdən keçirir. Yaponiyanın XİN rəhbəri Koitiro Qemba bildirib ki, sanksiyalar İranın öz ərazisində xarici diplomatların və əmlakının təhlükəsizliyi təmin etmədiyinə görə tətbiq oluna bilər. Yaponiya noyabrın 29-da Britaniyanın Tehrandakı səfirliyinə edilən hücumu qəti şəkildə pisləyib. Qemba deyib ki, sanksiyalar barədə yekun qərar Yaponiyanın Avropa tərəfdaşları ilə məsləhətləşmələrindən sonra qəbul olunacaq.


Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin (GAMAC) bütün dünya azərbaycanlılarına
M Ü R A C İ Ə T İ


GAMAC-ın başkanı prof.Qulamrza Səbri Təbrizinin təşəbbüsilə GAMAC İdarə heyətinin qəbul etdiyi müraciəti diqqətinizə çatdırırıq.

Əziz həmvətənlər!

Güney Azərbaycan Milli Hərəkatının ən şanlı tarixi kimi 1945-ci 21 Azərdə qurulmuş və bir il davam etmiş Azərbaycan Milli Hökumətinin banisi və lideri Seyid Cəfər Pişəvəri olmuşdur. 2012-ci ildə bu böyük liderin anadan olmasının 125 illiyidir. Buna görə də biz GAMAC təşkilatı olaraq, 2012-ci ilinin Seyid Cəfər Pişəvəri ili olması barəsində qərar vermişik. Çox istərdik ki, bu yöndə Güney Azərbaycan davasını aparan bütün milli təşkilatlarımız da bizim bu təşəbbüsümüzə qoşulsunlar. Unutmaq olmaz ki, ictimai mənşəyindən və dünyagörüşündən asılı olmayaraq, 21 Azər hər bir Azərbaycan Türkü üçün şanlı və şərəfli bir tarixdir. Milli Hərəkatımız hər zaman bu irsə sadiq qalmışdır. Səttraxan və Şeyx Məhəmməd Xiyabaninin milli hərəkatımızda çox önəmli yerləri vardır. Onların başlamış olduqları bu möhtəşəm hərəkat Seyid Cəfər Pişəvərinin liderliyində daha da yüksəklərə qaldırılmışdır.
GAMAC bir təşkilat olaraq 2012-ci ildə bu böyük milli liderin dünyanın hər yerində xatirəsinə həsr edilmiş bir sıra tədbirlərin keçirilməsini planlaşdırıbdır. Bu istiqamətdə bütün milli təşkilatlarla əməkdaşlıq şəraitində fəaliyyət göstərməyi özünə bir milli borc hesab edir.
Biz hamılıqla Seyid Cəfər Pişəvərinin əziz xatirəsini yad etməklə həm də bu qüdrətli şəxiyyətin qarşısında ona və Milli Hökumətimizin şanlı tarixinə böyük ehtiram əlaməti olaraq həmrəyliyimizi nümayiş etdiririk. Biz bu möhtəşəm tarixi anmaqla eyni zamanda milli hərəkatımız uğrunda canlarını qurban vermiş onminlərlə milli fəallarımızı da yad edirik. Azərbaycan Milli Milli Hökuməti Güney Azərbaycan tarixinin ən şərəfli və müqəddəs tarixidir. Bizlər bu şanlı tarixin ənənələrinə olan dərin sevgimizə görə indi həmin prosesin ağırlıqlarına və əzablarına qatlaşaraq həmin mübarizəni davam etdiririk. Güney Azərbaycanın tarixi keçmişində və ya bu günkü durumunda milli hərəkatımız uğrunda mübarizə aparan hər bir insana böyük qayğı və sevgi ilə münasibət göstərmək hər birimizin qarşısında duran ümdə vəzifələrdən biri hesab edirik.
GAMAC təşkilatı olaraq inanırıq ki, 2012-ci ilin Seyid Cəfər Pişəvəri ili kimi qeyd olunması bütün milli təşkilatlarımızın hamılıqla sıralarımızın genişlənməsi və güclənməsinə səbəb olacaqdır.
Güney Azərbaycan uğrunda atılan hər bir addım, görülən hər bir iş milli davamızın daha da irəli getməsinə xidmət edir. Biz inanırıq ki, Seyid Cəfər Pişəvərinin ideallarının yenidən öz gerçəkliyini tapması çox da uzaqda deyil. Onun yolu ilə gedənlərin indi sayı milyonları birləşdirməkdədir. Bunu Güney Azərbaycanın indiki milli mübarizə xətti də təsdiq edir. Əziz yurddaşlarımız, hamınıza milli mübarizəmiz yolunda daha böyük uğurlar diləyirik.


Güney Azərbaycan yeni sayt fəaliyyətə başlayıb

Güney azərbaycanlıların hüquqları uğrunda hərəkatın fəallarından olan Ümid Urmulu yeni internet saytı açıb. Yeni veb-səhibə - www.urmiyenews.com əsasən İranın Qərbi Azərbaycan vilayəti, xüsusilə əyalətin mərkəzi Urmiya şəhəri, eyni zamanda Azərbaycan Respublikası, Güney Azərbaycan, ümumilikdə İranda türk köklü xalqlarla bağlı xəbərlər yaymağı qarşısına məqsəd qoyub.
Veb-səhifə heç bir təşkilata bağlı deyil, tam müstəqil fəaliyyət göstərəcək, informasiya sahəsində boşluğu doldurmağa çalışacaq. Hazırda sayt ərəb qrafikalı əski Azərbaycan türkcəsində fəaliyyət göstərir.
Ancaq veb-səhifənin yaradıcısı saytın latın qrafikalı Azərbaycan dili, ingilis və fars dilində də versiyalarını yaratmaq fikrindədir.


Səfir İranda baş verən son hadisələrə münasibət bildirib

ABŞ-ın (Amerika Birləşmiş Ştatları) Azərbaycandakı səfiri Metyu Brayza İranda baş verən son proseslərə münasibət bildirib.
Səfir jurnalistlərə açıqlamasında deyib ki, ABŞ-ın yaxın müttəfiqi olan Böyük Britaniyaya qarşı İranda törədilən hadisəyə Dövlət Departamenti (xarici işlər nazirliyi) kəskin reaksiya verib: “Bu məsələnin ciddiliyi, Böyük Britaniyanın öz diplomatlarını bu ölkədən çıxarması və İran hökumətinin Britaniyadakı səfirliyini bağlaması barədə qərarı hər şeyi ortaya qoyur. Mən diplomat kimi fəaliyyətimdə çox az sayda belə fakta rast gəlirəm ki, hər hansı bir ölkə öz ərazisində fəaliyyət göstərən səfirliyin bağlanması barədə qərara qəbul edir”. Səfir ABŞ Konqresində hazırda İrana qarşı sanksiyaların gücləndirilməsi ilə bağlı müəyyən qanunvericilik bazasının nəzərdən keçirildiyini də qeyd edib: “Əlbəttə, biz beynəlxalq ictimaiyyətdəki tərəfdaşlarımızla fəaliyyətimizin və addımlarımızın koordinasiyasına diqqət yetiririk”.


The Sunday Times” qəzeti: “İsfahanda baş verən partlayış atom təsisatında olub”

Keçən günlərdə İsfahanda baş verən partlayış zamanı bu şəhərdə yerləşə uran zənginləşdirilən zavoda (öngörü) ciddi ziyan dəyib.
Bu barədə bu gün “The Sunday Times” qəzeti məlumat yayıb.
Qəzet qeyd edir ki, İran rəsmilərinin iddia etdiyi kimi partlayış hərbi təlim zamanı yox, İsfahandakı atom obyektində (təsisat) olub. “The Sunday Tmes” bu xəbəri İsrail kəşfiyyatına mənbəyə istinadən yayıb. İsrail kəşfiyyatı peyklərdən (mahvarə) çəkilən şəkillər əsasında tüstünün uran zənginləşdirilən zavoddan qalxdığını müəyyənləşdirib. İsrail kəşfiyyatı birmənalı olaraq əmindir ki, partlayış zamanı 2004-cü ildə istismara verilən bu zavodda atom qurğusu zədələnib və bu, hərbi təlim zamanı baş verən bədbəxt hadisə deyil.
İsrail kəşfiyyatındakı mənbə “The Sunday Times” qəzetinə bildirib ki, xüsusən İsfahandakı zavodda saxlanılan xammala ciddi ziyan dəydiyi qənaətindədirlər. ABŞ Dövlət Departamentinin (Amerika Birləşmiş Ştatlarının Xarici İşlər Nazirliyi) mətbuat katibi Mark Toner də məsələni araşdırdıqlarını söyləyib. Partlayışdan sonra radiasiyanın baş verib-vermədiyi, bunun İran və qonşu dövlətlərin xalqları üçün nə dərəcədə təhlükəli olduğu da araşdırılır.


Hollandiya və Almaniya da öz səfirlərini Tehrandan geri çağırdılar

Hollandiya Böyük Britaniya ilə həmrəyliyini nümayiş etdirmək məqsədilə Tehrandakı səfirliyini geri çağırıb.
Bu barədə Hollandiyanın xarici işlər naziri Uri Rozental Avropa Birliyi üzvü olan 27 ölkənin rəhbərləri ilə görüşdə deyib.
Dünən Almaniya da İrandakı səfirliyini məsləhətləşmək üçün Berlinə çağırıb.
Almaniya bu məsləhətləşmədən sonra İrandakı səfirliyinin gələcək fəaliyyəti ilə bağlı qərar verəcək.

Geri dön