Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Güney Azərbaycanın 20 Yanvar şəhidi Saleh Poladi
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Mədəniyyət > Güney Azərbaycanın 20 Yanvar şəhidi Saleh Poladi

Güney Azərbaycanın 20 Yanvar şəhidi Saleh Poladi


Heç kim unudulmur

Güney Azərbaycan 1945-ci ilin Azər (dekabr) ayı idi. Bütün Azərbaycan xalqı ayağa qalxmışdı. Doğma ana vətəndə Cənubi Azərbaycanda Milli Hökümət yaratmaq üçün əziz canlarından, qanlarından, həyatlarından keçməsindən qorxmayaraq şah qoşunları ilə, xanlar və bəylərlə vuruşdular. Bu vuruşanlar fədailər, Azərbaycan Demokrat Firqəsinin üzvləri, kəndlilər, fəhlələr, ziyalılar vəs. sənətkarlardan ibarət axın-axın insan dəstələri idi. 1945-ci ilin Azər (dekabr) ayının 21-də şah qoşunlarına və mürtəcelərə qələbə çalaraq S.C. Pişəvərinin rəhbərliyi ilə Güney Azərbaycanda, doğma ana vətəndə Milli Hökumət yaradıldı.
Azad Azərbaycanda ana dili, Azərbaycan dili elan olundu. Azərbaycan dilində məktəblər, universitetlər açıldı. Kitablar, qəzetlər və jurnallar çap olundu. Filarmoniya, teatr, kino açıldı. Konsertlər ana dilində verildi. 8 saatlıq iş rejimi tətbiq olundu. Savadsızlığı ləğv etmək üçün kurslar açıldı. Kəndlilərə pulsuz torpaq paylanıldı. Milli Ordu, qoşun yaradıldı. Bir sözlə doğma ana vətənimiz Azərbaycan gündən-günə çiçəklənirdi. İnsanlar fərəhlənirdi. Daima arzuladıqları xoşbəxt və firəvan yaşamaq arzusuna nail oldular. Bir sözlə xoşbəxt və şən həyat keçirdilər. Elə bil ki, cənnətdə yaşayırdılar.
Təəssüflər olsun ki, bu xoşbəxtlik uzun çəkmədi. Yalnız bir il çəkdi. Şah qoşunları, əcnəbi Amerika və İngilis yadellilər bu azadlığı qan içərisində boğdular. Yenə də fədailər vətənin azadlığı uğrunda vuruşaraq canlarından keçərək şəhid oldular, fədai oldular, qazi oldular. Bu fədailərin içərisində Poladi Əliqulu və Poladi Saleh qardaşları da var idi. Döyüşlərin birində Əliqulunun yanında qardaşı Salehi güllə ilə vurdular, öldürdülər. Poladi Əliqulu vətən yolunda şəhid olmuş fədai qardaşını ana vətəndə torpağa basdırdı. And içdi ki, qardaşı ilə bərabər şəhid olmuş fədailərin qanını yerdə qoymayacaq. Şah qoşunundan intiqam alacaq. Bunun üçün sağ qalmış digər fədailərlə birlikdə qüvvə toplayıb, qoşun düzəldib, yenidən şah qoşunları ilə vuruşub, İranda, Cənubi Azərbaycanda Milli Hökumət yaratmaq üçün Şimali Azərbaycana, qan qardaşlarına pənah gətirdilər ki, 1 ay ərzində qüvvə toplayıb geri qayıdıb vuruşsunlar.
Təəssüflər olsun ki, Stalin, Mikoyan və Beriyanın riyakar, ikiüzlü siyasəti nəticəsində arzuları və diləkləri gözlərində qaldı. Onların gözlədikləri 1 ay onillərlə, əlli illərlə əvəz olundu. Onlar Şimali Azərbaycanın müxtəlif qəsəbə, kənd, rayon və şəhərlərində məskunlaşıb iş və təhsillə məşğul olub, ailə həyatı qurdular. Saralıb soldular. Əbədiyyətə qovuşdular.
Bu fədailərdən biridə Poladi Əliqulu idi. Təəssüflər olsun ki, qardaşı Salehin və digər fədailərin qanını şah qoşunundan ala bilmədi. Digər azadxalq fədailəri kimi Bakı şəhərində yaşadı və işlədi. Gülbahar xanımla gözəl və xoşbəxt ailə qurdu. 1968-ci ilin dekabr ayının 6-da onların evində 1 oğlan uşaqları dünyaya göz açdı. Əliqulu kişi Gülbahar xanımın razılığı ilə uşağa qardaşı Salehin adını qoydu. Saleh günü-gündən böyüyüb boy atırdı. 1975-ci ildə Əliqulu kişi ciyərparası Salehin əlindən tutub Nəsimi rayonundakı 159 saylı orta məktəbin 1-ci sinfinə, sinif rəhbəri Sevil Əliyeva müəlliməyə təhvil verdi. Saleh sinif yoldaşlarının və məktəbin müəllim kollektivinin dərin rəğbətini qazanaraq məktəbin fəal və sevimli şagirdlərindən biri oldu. Poladi Saleh Bakı şəhərinin Nəsimi rayonunun 159 saylı məktəbini bitirdikdən sonra əsgərliyə getdi. 2 il əsgərlik borcunu yerinə yetirdi. Əsgərlik zamanı əsgər yoldaşlarının, komandirlərinin dərin hörmətini qazanmışdır. Komandanlıq tərəfindən dəfələrlə fəxri fərmanla və müxtəlif əsgərlik nişanları ilə təltif olunmuşdu. Təəssüflər olsun ki, atası Poladi Əliqulu rəhmətə getmişdi. O, oğlu Salehin orta məktəbi bitirməsini, əsgərliyə getməsini, nə də əsgərliyi bitirməsini görmədi. Əliqulu kişinin ölümündən sonra onun sevimli həyat yoldaşı Gülbahar xanım Əliqulunun yoxluğuna dözməyib xəstələndi. Ana oğlu Salehə baxıb daima fərəhlənirdi. “Şükür sənə ilahi ocağımız boş qalmadı” deyirdi. Əliqulu kişinin yarımçıq qalmış ömrünü yaşatmaq başsız ailəyə sevinc gətirmək payı Gülbahar ananın çiyninə düşmüşdü. Təzə-təzə bu yükü oğlu Salehə təhvil verəcəkdi. Hətta oğlundan xəbərsiz özünə gəlin seçirdi.
Saleh əsgərliyi bitirdikdən sonra Sənaye Malları Trikotaj Koperativində işləyirdi. O, hər gün vaxtlı-vaxtında evə gəlirdi. O həm evin kişisi, həm də oğlu idi.
O Gün... O Gün evə tez gəldi. İş yox idi. Hamı torpağının, millətinin hayında idi. Anası evdə yox idi. Stolun üstündəki dərmanların azlığından yəqin etdi ki, anası şəhərə dərman almağa gedib. Çörəyini yedi və sonra dəftər, qələmi götürüb anasına bir kağız yazıb qoydu. “Ana, mən şəhərdəyəm nigaran qalma. Tez gələcəyəm. Tək deyiləm. Çörək yemişəm. Hörmətlə oğlun Saleh”.
Saleh həmişəki kimi dostları Cavid və Sahib ilə XI Qızıl Ordu meydanından şəhərə getməli idilər. Sən demə taleyin amansız və sərt qanunlarına əsasən bu gediş dostlardan ikisinin Saleh və Cavadın son gedişi imiş.
Dostlardan sağ qalan Sahib isə belə deyirdi: - XI Qızıl Ordu meydanına təzəcə çatnışdıq tankların gurultusu, avtomatların şaqqıltısı aman diləyən dinc əhalinin harayını batırmışdı. 5-10 metr aralıda avtomat gülləsindən yaralanmış 1 qadın fəryad çəkib ətrafdakılardan kömək diləyirdi. Saleh dərhal ona yaxın getdi. “Son saniyələrini yaşayan Azərbaycan Qadınını kənara çəkərkən bircə dəfə A deyə bildi. Görəsən Saleh son nəfəsində nə deyə biləcəkdi? “Ana”, “Ata”, “Azadlıq”, “Azərbaycan”, “Ana Vətən”... Kim bilir???

Aman fələk, dad fələk,
Heç olmadım şad fələk.
İçirtdiyin şərbətdən,
Bir özün də dad fələk.

Bağbansız güllər ağlar,
Sonasız güllər ağlar.
Düşmən qəddimi əyibdi
Şəhidləri ellər ağlar.

Təsadüfə fikir ver! Poladi Salehin əmisi İranda Cənubi Azərbaycanın azadlığı uğrunda, doğma ana vətənini şah qoşunlarından azad edərkən vuruş zamanı şəhid olmuşdur. O zaman fədai Poladi Salehin 22 yaşı var idi. Əmi vətənin azadlığı uğrunda 22 yaşında subay ikən şəhid olmuşdur. Qorbaçovun, Yazovun əmri ilə Azad Azərbaycanın azadlığını əlindən almaq üçün cəllad rus qoşunlarının dinc əhalini güllə-boran edib tankla, beterlərlə əzib, güllələyib. Məhv edilənlərdən biri də qardaşı oğlu, adaşı Poladi Salehin də 22 yaşı var idi. O da subay idi. 2 şəhid, 2 qazi vətənin azadlığı uğrunda fəda olanlardan biri idi. Biri İranda Azərbaycanın azadlığı uğrunda Təbrizdə, digəri isə doğma Azərbaycanda, azad yaşayarkən cəllad qan içən rus qoşunları tərəfindən Bakıda şəhid olmuşdur. İkisinin də soyadı, adı və yaşı eyni idi. Poladi Saleh.
İkisidə cavan, subay, ailə qurmamış, 22 yaşında vətən uğrunda şəhid olmuşlar. Bir şəhid İranda, Cənubi Azərbaycanda, Təbriz şəhərində dəfn olunub. Digər şəhid isə Təbrizin doğma qardaşı Bakıda, Şəhidlər Xiyabanında dəfn olunub. Hər iki Poladi Salehlər (əmi və qardaş oğlu)!!!
Siz! Azərbaycanın qəhrəman oğulları və eyni zamanda şərəfli mübariz fədai şəhidisiniz!
Azərbaycan xalqının, Ana Vətənimiz Azərbaycanın azadlığı uğrunda qəhrəmancasına şəhid olmusunuz!!!
Daim ürəklərdə əbədi olaraq yaşayacaqsınız!!!
Poladi Saleh Əliqulu oğlu Bakı şəhərinin Tbilisi prospekti, ev 54 mənzil 60 ünvanda yaşayırdı. Qapını döydüm, qarşıma ağ saçlı bir qadın çıxdı.
Salam sizyəqin ki, Poladi Salehin anası Gülbahar anasınız?
Bəli, oğlum buyurun.
Evə daxil oldum. Bir qədər sonra iki qadın gəldi. Bunlar 159 saylı məktəbin Rəfiqə və Sevil adlı müəllimləriydilər.
Gülbahar ana oğlu Salehin şəkillərini ortaya töküb, tək-tək öpüb müəllimlərə verdi və dedi: Oğul, gərək balamın yanında mən də öləydim. Daha dərman içmirəm, yaşamaq istəmirəm. Kimin üçün yaşayıram. Bütün gəncliyimi oğluma həsr etmişdim. Onu güllələdilər, balamı zorla əlimdən aldılar.
Mehtiyeva Rəfiqə (rus dili müəllimi) – müəllimlər Salehi balası kimi sevirdi. Dərslərini yaxşı oxuyurdu. Ondan heçvaxt pis söz eşitməzdik. Adamı incidən deyildi. Yaxşıları seçib apardılar.
Sevil Əliyeva (sinif rəhbəri) – Məni hamıdan çox yandırır. Hər gün bu evə baş çəkməsəm evimə gedəbilmirəm. Əsgərlikdən gələn kimi birinci məktəbə gəldi, bizimlə görüşdü. Sütül uşaq yola saldıq, yekə kişi oldu gəldi. Basdıranda isə pəhləvan kimi idi. Cənazəsini qaldıra bilmirdik.
Oğlu Salehin şəhidlik dərdinə dözməyən Gülbahar ananın ürəyi 1991-ci ilin mart ayında əbədi dayandı. Onu ömür-gün yoldaşı Poladi Əliqulunun yanına yanında dəfn etdilər. Onun ruhu həyat yoldaşı Əliqulunun və şəhid oğlu Salehin ruhlarına qovuşdu.
Həmin vaxtdan 24 il keçir. Əgər Poladi Saleh Əliqulu oğlu Azərbaycanın azadlığı uğrunda şəhid olmasaydı indi onun 46 yaşı olardı. O, evlənib ailə qurardı, uşaqları olardı. Nəsilləri davam edərdi.
Təəssüflər olsun...
Poladilər ailəsi məhv oldu. Gələcəkdə nəsli davam etdirmək üçün heç kəs qalmadı.
Allah sizə rəhmət eləsin!!!
Heç kim unudulmur!
Qulu Kəngərlinin “Qara Yanvar şəhidləri” və Rafiq Səməndərin “Şəhidlər” kitabında Poladi Saleh Əliqulu oğlu haqqında ətraflı məlumat verilmişdir.



Gəncə şəhəri Güney Azərbaycanlı Mühacirlər
Cəmiyyətinin sədri,MDHP Güney Azərbaycan Departamentinin sədr müavini
Əli DƏSTİ

Geri dön